"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                     Ət niyə bahalaşır? .....                     Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? .....                     Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi .....                 

"Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm"
Tarix: 8-02-2016, 10:02 | Çap et
"Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm"
Kulisin kitabla bağlı suallarını müğənni Nura Suri cavablandırır.

- Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılardır olub? Nələr qalıb yadınızda?

- Uşaqlıqdan kitab oxumağı sevirəm. Bəlkə də gözümü açandan evimizdə kitab gördüyüm üçün belədir. Babam ədəbiyyatçı olub, dayılarım, xalalarım müəllim olublar. Rəhmətlik dayım Rasim Mirzoev alimdir.

Mən orta məktəbi Azərbaycan bölməsində oxusam da hələ uşaq vaxtından bədii əsərləri rus dilində mütaliə edirəm. Çünki o dövrdə Azərbaycan dilində tərcümələr çox deyildi, ona görə məcburiyyətdən rus dilində oxuyurdum.

- Heç kitab oğurladınızmı?

- Yox. Evimizdə o qədər kitab olub ki...

- Şəxsi kitabxananız vardırmı?

- Əlbəttə var.

- Orada sevmədiyiniz yazarların kitabı varmı?

- "Sevmədiyin yazıçı” cümləsi xoşuma gəlmir. Sadəcə hələ anlamadığımız yazıçılar var. Yəni onları anlamaq üçün vaxt lazımdır.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Yox. Qalmayıb.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Yadımda deyil. Amma oxumağı da, yazmağı da sevmişəm.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Vərəqin ucunu qatlayırdım. Hərdən kitabın arasına qoymaq üçün əlfəcindən istifadə edirdim. Çünki vərəqi qatladığıma görə evdə danlayırdılar.

- Şeir əzbərləyirsiniz?

- Bəli. Hətta bədahətən şeir də yazırdım. Bu yaxınlarda da “Həvvan olum” mahnısının sözlərini yazmışam. Amma hərdən olur belə hallar, ilham pərisi gələndə.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yadıma gəlir, Dümanın əsərlərini oxuyurdum. Rəşad Nuri Güntəkinin də əsərlərini sevirdim. Uzun müddət Mopassanın hekayələrinin təsirindən çıxa bilməmişəm.

- Kitab bağışlamısınızmı?

- O qədər bağışlamışam ki... Amma bəziləri də kitablarımı oxumaq üçün götürüb qaytarmayıblar. Sevdiyim kitabları itirmək mənim üçün böyük itkidir.

- Uşaqlarınıza nağıl oxuyurduz?

- Gözümü açandan mənim üçün nağılı nənəm oxuyub.

- Sizcə müğənni ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Dəxli yoxdur müğənnidir, ya polis. İnsanda bu həvəs varsa oxuyacaq, o qabiliyyəti yoxdrursa oxumayacaq.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Bu yaxınlarda Suad ləqəbli bir yazıçının “Diri-diri yandırılmış” əsərini oxumuşam. Öz başına gələn hadisələri yazıb. Düzdür, o yazıçı kimi o qədər də güclü deyil, amma hadisə təsirlidir.

- Kitab oxuyan adam görəndə nə düşünürsünüz?

- Atam kitabları avtomobilində saxlayır, anamı gözləyəndə oxuyur. Boş vaxtından səmərəli istifadə edən insanlardan çox xoşum gəlir. Mən təyyarədə oxumağı sevirəm.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Bizdə də belələri çoxdur, amma əfsuslar olsun ki, çoxu efirdə deyil. Peşəkar aparıcılar evdə oturub.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yazıram. Əvvəllər day.az saytı üçün məqalələr yazırdım. Sonra “Livejournal”da bloqum var idi. Orda kitab üçün cızma-qara edirdim. Beş-on ilə bir kitab çıxaracam, mütləq.

- Hansı ədəbi qəhrəmana bənzəmək istərdiz?

- Bənzəmək istədiyimi deyə bilmərəm. Teodor Drayzerin “Kerri bacı”sının qəhrəmanına bənzəmək istəməzdim. Karolinada nankorluq vardı. O əsəri 13-14 yaşımda oxumuşdum.

- İşlədiyiniz mühitdə kitab oxuyan çoxdur, ya oxumayan?

- Ətrafımda oxuyanlar çoxdur.

- Sizi qorxudan kitab olub, varsa hansıdır?

- Ən çox təsir edən, bəlkə də qorxudan Xalid Hüseyninin “Çərpələng uçuran” kitabıdır. Allah heç kəsə göstərməsin. Ümumiyyətlə oğlan uşaqlarına qarşı çox həssasam. Üç oğul övladım var. Yaxşı ki, Əfqanıstanda doğulmamışam, yoxsa dünyaya uşaq gətirməkdən qorxardım.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Çingiz Abdullayev, Elçin Səfərov, Ramiz Rövşən, Baba Pünhan, Həmid Herisçi, Elxan Qaraqan, Əsəd Qaraqaplan və başqaları. Çoxdur.

- Svetalan Aleksieviçi tanıyırsız?

- Əlbəttə tanıyıram. Ötən il Nobel mükafatı alan Belarus yazıçısıdır. Atamda onun kitabları var, hələ oxumamışam, amma oxumaq fikrim var.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Hər gün Qurani-Kərim oxuyuram.

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Tamaşaçılara nə sözüm olacaq, onsuz da oxuyan oxuyacaq, oxumayan da oxumayacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Dünən, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Dünən, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru