Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                     Ət niyə bahalaşır? .....                     Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? .....                     Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi .....                     Şimal-şərq küləyi əsəcək .....                     BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? .....                     Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır .....                     Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir .....                     Aygünlə Namiqdən yeni duet və klip: .....                     “Əlvida, Ermənistan?” .....                     Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: .....                     “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir .....                     Bir müharibə cinayətkarı digərini təbrik etdi: .....                     Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? .....                 

“Qayınanamdan hər şey gözləyirəm”
Tarix: 28-09-2015, 08:50 | Çap et
“Qayınanamdan hər şey gözləyirəm”
Artıq yeni mövsümdə nəzərdə tutulan seriallar efirlərdə görünməkdədir. Bu mövsümdə ekrana yeni gələn komediya seriallarında biri olan “QaynanaMız”–ın 2-ci bölümü nümayiş olundu və kifayət qədər də reytinq topladı. Serialın qəhrəmanlarından olan əməkdar artist Dilarə Əliyeva “Kaspi”nin qonağı oldu. O, bizimlə söhbətində serialdakı hadisələrin gedişatından, yaradıcı heyətin peşəkarlığından danışdı. Xalq artisti Afaq Bəşirqızı ilə tərəf müqabili olan Dilarə Əliyeva sözügedən serialda Nabat obrazını canlandırır. O deyir ki, Nabat çox şən və bir o qədər də oturuşunu, duruşunu bilməyən, oynamağa meyilli bir gəlindir.

- Dilarə xanım, yeni mövsümdə “QaynanaMız” serialı ilə tamaşaçıların görüşünə gəldiniz. İstərdik serialın ümumi gedişatı ilə bağlı bizi məlumatlandırasınız.

- Yaxın bölümlərdə gəlinlər arasında konflikt daha da qızışacaq. Yəni gün keçdikcə hadisələr şişəcək və həndəvərindən çıxacaq. Ağanaz Nabatı bir şərtlə alıb ki, onun qardaşı da baldızını - Tubunu alsın. Ancaq Nabatın qardaşı Tubu ilə evlənmək istəmir. Belə olan halda, Nabatın günü göy əskiyə dönür. Hadisələr bu minvalla ailənin ətrafında cərəyan edəcək. Evin içində həqiqətən qeyri-adi anlar yaşanacaq. Dünən biz növbəti seriyanı çəkdik. İnanırıq ki, bütün bölümlərimiz tamaşaçıların marağına səbəb olacaq. Hadisələr o qədər şişib ki, artıq pik və dözülməz həddə çatıb. Təsəvvür edin ki, bir evdə gəlin və qayınana olanda onlar yola getmirlər. Ancaq bizdə bir kişinin iki arvadı var (gülür). Baxmayaraq ki, o biri həyat yoldaşını boşasalar da, o, evi tərk etmir. Hər halda onunla bir evdə yaşayırıq. Belə olan vəziyyətdə iki gəlin həyat yoldaşını bölüşə bilmir və qısqanclıqlar başlanır. Əsas məsələ qısqanclıq deyil, qayınananın gözünə girməkdir. Nabat çox dirəşə bilmir, çünki qardaşının məsələsinə görə dili gödəkdir. Qardaşı Tubunu almayanda Nabatın boşanma ehtimalı 100 faiz artır. Kim qarantiya verə bilər ki, Ağanaz Nabatın da üzərinə gəlin alıb gətirməyəcək? Qayınanamdan hər şey gözləyirəm.

- Bəs, Nabat özü necə gəlindir?

- Nabat çox dilli, danışığının yerini bilməyən, ədəb-ərkan qaydaları tərəfdən bir az axsaq, oturuşunu-duruşunu hesablamayan yüngül xarakterli gəlindir. Hərəkətləri bir qədər kişisayağıdır. Baxmayaraq ki, geyimi, hörüyü, makiyajı yerindədir, kənd üslubunu qoruyub-saxlayır, amma özünə, hərəkətlərinə nəzarət etmir. Nabatın zəif nöqtəsi rəqsdir. Belə ki, oynamaq üçün ürəyi gedir. Musiqi səsi eşitdikdə evdə böyük kiçik saymır, əlini atır qulağının dibinə başlayır oynamağa. Oynamaq sarıdan üzü ağdır. Ən gərgin səhnələrdə belə, dalaşanda oynaq musiqi eşitdisə, məsələ həll olundu (gülürük). Nabat ortalığa düşüb oynayacaq. Onun ürəyi gedir ki, əmisi, dayısı oğlanlarının toy kasetlərini qoyub bütün günü baxsın.

- Müasir dövrdə elə insanlar çoxdur. Hansı ki köhnə toy kasetlərini qoyub, qayınana, qayınatanın yanında oynamağa başlayırlar.

- Bəli. Sizi inandırım ki, serialda yaşanan hadisələr hamısı həyatdan götürülüb. Ssenari gördüyümüz hadisələr üzərində qurulub. Şəxsən onun bir neçəsinə özüm şahid olmuşam. Bir dəfə rayona gedəndə gördüm ki, iki qadın gəlib deyə-gülə yorğanları sırıyıb getdilər. Sonradan mənə dedilər ki, o qadınlar bir kişinin iki arvadıdır. Deməli, bu “qəhrəman” kişi iki arvadı alıb evə qoyub, özü də Rusiyaya gedib. Təsəvvür edirsinizmi ki, o qadınlar cici-bacı kimi gəlib, yorğanı sırıyıb, pullarını qazanıb çıxıb getdilər. Kişidən də xəbərsizdilər. Hələ bizdə, serialda vəziyyət o dərəcədə deyil, onlara baxanda biz şükürlüyük (gülür). Bizim serialda Xuduşun birinci həyat yoldaşını boşamaq istəyirlər. O da deyir ki, mən ailə həyatı quranda 50 kilo idim, indi 150 kiloyam. Bu vəziyyətdə atamın xarabasından içəri keçə bilmərəm. Məni 50 kiloya salıb, sonra boşayın. Bu o deməkdir ki, yəni mən getmirəm.

- Afaq Bəşirqızının - Ağanazın gəlini olmaq necə hissdir?

- Afaq Bəşirqızının öz gəlini ondan çox razıdır. Həm də bir tərəf müqabili kimi onun xətrini dünyalar qədər istəyirəm. Aramızda hörmət, sevgi, bir-birimizə böyük rəğbətimiz var. Bu, bir günün içərisində formalaşan münasibət deyil. Biz illərdir ki, Afaq xanımla görüşürük. Belə bir layihə haqqında danışırdıq. Bir yerdə olmağı çoxdan arzulayırdıq. Bu iş reallaşana yaxın Afaq xanımı dəvət etdik, indi böyük məmnuniyyətlə bir yerdə çalışırıq. O, insan kimi gözəl insandır. Bütün yaradıcı kollektiv Afaq xanımın ətrafında birləşmişik, bir növ onun işığına toplaşmışıq.

- Bu günə qədər efir məkanında qayınana-gəlin mövzusu çox işlənib. Sizin layihənizin digərlərindən fərqi nə olacaq?

- Bizim qayınana-gəlin mövzumuz indiyə qədər tamaşaçının adət etmədiyi, görmədiyi – tam fərqli mövzudur. İndiyə qədər bir evdə bir kişinin iki həyat yoldaşı mövzusuna toxunulmayıb. Hər zaman kimisə boşayıb o birisini alıblar. Bədii material olaraq bizim mövzumuz tam yenidir. Burada münasibət tamamilə fərqlidir və çoxşaxəlidir. Eyni zamanda, ssenari qlobal bir konflikt əsasında yazılıb.

- Əgər ortada iş varsa, tənqid qaçılmazdır. Tənqidlərə hazırsınızmı?

- Təbii ki. Burada peşəkar bir komanda çalışır. Biz işin məsuliyyətini bilmədən işə başlayıb, onun təməl daşını qoymuruq. “QaynanaMız” serialı “SOY” prodakşının istehsal tarixində artıq 5-ci serialdır. Biz bu işin artıq nəzəriyyəsini bilirik. Bizimlə çalışan komandanın tərkibi peşəkarlardan ibarətdir. Belə ki, hər kəs canlandırdığı xarakteri dərialtı vəzilərinə qədər mükəmməl bilir. Hər dəfə ssenari yazılanda bir masa ətrafında cəmlənib, onu analiz edir, birlikdə təhlil edirik. Hər şeyi müəyyənləşdirib kamera arxasına keçirik. Ortaya qoyduğumuz məhsulun tənqidlərinə də açığıq. Yetər ki, bu, sağlam tənqid olsun. Başqa yolumuz yoxdur. Hər hansı bir işi ictimaiyyətə təqdim edirsən və o ictimailəşirsə, ictimaiyyətdən gələn tənqidlərə də komanda hazır olmalıdır.

- Bəs, aparıcısı olduğunuz “Səs verməyin” verilişi necə oldu? Davam etdirəcəksinizmi?

- Bu mövsüm verilişi dayandırdıq. Mən hələlik bu serialla məşğulam. Vaxtımın çox hissəsini buna həsr edirəm. “Üç bacı” serialına çəkiləndə də veriliş aparmadım. Çünki çatdıra bilməzdim. Serialdakı rolumla çox böyük yükün altına girmişdim. Amma onu deyim ki, bu mövsüm üçün yeni veriliş layihəmiz var idi, sadəcə, düşünürəm ki, onu həyata keçirməyəcəyik. Bir başqa veriliş layihəmiz olan “Axşam, axşam”ın üzərində işlər gedir və güman edirəm ki, sentyabr ayının axırlarına yaxın efirdə nümayiş olunacaq. O verilişin aparıcısı Kamilə Babayeva olacaq. O, tamaşaçılara möhtəşəm axşam şousu təqdim edəcək. Mənim fikrimcə, Kamilənin təqdimatında çox maraqlı bir veriliş ərsəyə gələcək. Çünki uzun müddətdir ki, o, efirdə veriliş aparmırdı.

- Dilarə xanım, baş rollardan birini canlandırdığınız “Üç bacı” serialının çəkimləri bitib, yoxsa qısa müddətlik fasilə vermisiniz?

- Həmin serialın çəkilişlərini bitirmişik. Ondan sonra “SOY” prodakşının istehsalı olan “Miras” serialı çəkildi. Bu serial çəkildiyi andan etibarən “Üç bacı” serialı bitdi. “Üç bacı”-nı iki mövsüm davam etdirdik. İndi efirdə sözügedən serialın təkrarı nümayiş olunur. Həmin serialın izləyiciləri kifayət qədər idi. Ümumiyyətlə bizim layihədə yer alan aktyorların heç biri meydançaya hazırlıqsız, necə gəldi çıxmırlar. Bizim prodakşın bütün detallara diqqətlə yanaşır. Hətta arxa fondakı şəkillər, dekorasiyaya qədər hər şey göz oxşamalıdır. Kadrda olan bütün dekorasiyalar janrın tələbinə uyğun şəkildə hazırlanır. Bir də aktyorların geyimi bir-birini tamamlamalıdır. Bir sözlə, layihələrimizi ərsəyə gətirərkən yüz ölçüb bir biçirik və nəticəsini də görürük.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Bu gün, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Bu gün, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Bu gün, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Bu gün, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Bu gün, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Bu gün, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Bu gün, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Bu gün, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Bu gün, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Bu gün, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Bu gün, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Bu gün, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Bu gün, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Bu gün, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Bu gün, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Bu gün, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Bu gün, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Bu gün, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Bu gün, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Bu gün, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Bu gün, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Bu gün, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Bu gün, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Bu gün, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Bu gün, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Bu gün, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Bu gün, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Bu gün, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Bu gün, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Bu gün, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Bu gün, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Bu gün, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Bu gün, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Bu gün, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Bu gün, 12:10
Ermənistan artıq Rusiya bazasını istədiyi vaxt çıxarmaq imkanına malikdir - Daniel İoannisyan
Bu gün, 12:01
“Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
Bu gün, 11:58
Ukrayna Permdə hərbi zavoda dronlarla zərbə endirib - ASTRA
Bu gün, 11:55
Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır… - İLGİNC
Bu gün, 11:52
Vüsal Nəsirli bu xanıma yüksək vəzifə verdi - ƏMR
Bu gün, 11:47
Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
Bu gün, 11:38
"Renaissance Travel"dən ŞİKAYƏT - polis araşdırmalara başladı
Bu gün, 11:32
Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı
Bu gün, 11:31
Daha üç vəzifəliyə hökm oxundu: Biri Mikayılovun uşaqlıq dostudur - TƏFƏRRÜAT
Bu gün, 11:29
TƏBİB-də “islahat” belə olur? — Rəhbərlər dəyişir, həkimlərin maaşı əriyir!
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru