SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI .....                     Qarabağa gedən partiya sədri hökumətə səsləndi .....                     “DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! .....                     TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir .....                     İrəvanın mərkəzində "Artsax": .....                     SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI .....                     Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi .....                     Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək .....                     Abşeronda qəribə qəza .....                     “Mismarla gözünü çıxarmaq istəyirdim...” .....                     Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? .....                     Bu şirkətin 150 min vergi borcu üzə çıxdı .....                     Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi .....                     Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: .....                     100 min dollarlıq duet QALMAQALI .....                     24 ton qızılın arxasında nə var? .....                     “Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” .....                     Sahib Süleymanovun başı dərddə .....                     ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona .....                     Ölkənin ən böyük ixracatçıları kimdir? .....                     Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: .....                     İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir .....                     “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi .....                     17 manatlıq şokolad 36 manat oldu .....                     Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı .....                     "SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib .....                     Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər? .....                     SOCAR prezidentinə müşavir təyin edildi .....                     İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək .....                     Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu .....                     “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                 

Kinomuzun inkişafı üçün bu şərtlər vacibdir - Müstəsna film çəkdiyini iddia edən Azərbaycan rejissoru
Tarix: 6-06-2026, 09:23 | Çap et

Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan müəllim, bildiyimizə görə, hazırda Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunmuş bədii-sənədli film üzərində çalışırsınız. Memar Əcəminin irsini tamaşaçılara hansı aspektdən təqdim etməyi planlaşdırırsınız?

- Film hazırda istehsalat mərhələsindədir və inşallah, ilin sonuna qədər tamamlanacaq. Düşünürəm ki, bu ekran əsəri vasitəsilə tamaşaçılara Memar Əcəmi haqqında dolğun və dəyərli məlumat təqdim edə biləcəyik. Çəkilişlərin əsas mərhələsinə iyulun əvvəlində start veriləcək. Çəkilişlər indi də davam edir, amma bunlar daha çox sənədli kadrlardır. Naxçıvanda sənədli materialların çəkilişini həyata keçiririk.

- Müasir Azərbaycan kinosunun durumunu necə dəyərləndirirsiniz? Sizcə, yerli kino sənayesinin beynəlxalq arenada daha güclü təmsil olunması üçün hansı addımlar atılmalıdır?

- Yaradıcı insan kimi düşünürəm ki, bu istiqamətdə müəyyən işlər görülür. Əlbəttə, görülən işlər daha da təkmilləşdirilə və proses daha yaxşı aparıla bilər. İstərdim, prosesdə aktivlik güclənsin.

Azərbaycan kinosunun beynəlxalq arenada təmsil olunması üçün ölkədə kino istehsalat sistemi tam formalaşmalıdır. Hazırda bu formalaşma prosesi gedir. Kinomuz tam formalaşandan sonra beynəlxalq arenaya çıxışdan daha detallı danışmaq mümkün olacaq. Hələ ki proses fərdi şəkildə, sistemsiz formada, əsasən yaradıcı şəxslərin və ayrı-ayrı layihələrin hesabına gedir.

Davamlı nəticəyə nail olmaq üçün Azərbaycan kino istehsalat sistemi mükəmməl şəkildə formalaşmalıdır. Bu istiqamətdə işlər davam edir.

- Prosesin sürətlənməsi ilə bağlı real və ümidverici perspektivlər mövcuddurmu?

- Ümid həmişə var, bunun yaxın və ya uzaq zamanda baş verəcəyini isə demək çətindir. Bunlar təşkilati məsələlərdir, bir sıra əlavə nüanslarla bağlıdır.

Həm istehsalat sisteminin təkmilləşdirilməsi, həm maliyyə mexanizminin tənzimlənməsi, həm də kino haqqında qanunun qəbulu kimi məsələlər bu prosesə daxildir. Bütün bunların nə vaxt baş verəcəyi barədə isə, yenə təkrar edirəm, yaradıcı insan kimi mən dəqiq proqnoz verə bilmərəm. Fikrimcə, ən azı 10 il ərzində bu prosesin yekunlaşması mümkündür.

- Filmlərinizdə vətənpərvərlik, insan münasibətləri və mənəvi dəyərlər tez-tez ön plana çıxır. Bu mövzuların seçilməsi şəxsi həyat fəlsəfənizlə nə dərəcədə bağlıdır?

- Təbii ki, bilavasitə bağlıdır... Belə bir söz var: “Aşıq gördüyünü oxuyar”. Yaradıcı insan da ürəyindən keçən arzuları tərənnüm etməyə çalışır və özünün psixoloji-mənəvi durumunu ekrana köçürür. Başqa variant yoxdur.

Mən özüm fərqli insanam, filmlərim isə tamam başqa cürdür - bu da ola bilməz. Hər bir yaradıcı insan öz düşüncələrini, mənəvi duyğularını ekrana köçürür.

- Uzun illərdir kino sahəsində fəaliyyət göstərirsiniz, müxtəlif nəsillərin nümayəndələri ilə çalışmısınız. Kino sənətinə gələn gənc rejissor və aktyorlara ən vacib tövsiyəniz nə olardı?

- Hamımız incəsənət sahəsinə müəyyən arzu və ideallarla gəlirik. Belə bir deyim var: incəsənət qurban tələb edir. Burada söhbət, əlbəttə, başqa mənada qurbanlardan getmir. İnsan ilk növbədə öz üzərində işləməli, bəzi şəxsi xüsusiyyətlərindən, təkəbbüründən və eqosundan uzaqlaşmağı bacarmalıdır.

Bu sənətə digər texniki peşələr kimi yanaşmaq olmaz. “Bu sənət mənə nə verəcək, həyatıma nə qatacaq?” sualını yox, “Mən Azərbaycan kinosu üçün nə edə bilərəm, onun inkişafına necə töhfə verə bilərəm?” sualını verməlisən. Bu yolda ən vacib keyfiyyətlər səbirli olmaq, təkəbbürdən uzaq durmaq, daim öz üzərində çalışmaq və dünya kinosuna açıq olmaqdır.

Milli dəyərlərimizi ön plana çıxarmaq da son dərəcə vacibdir. Çünki bugünkü dünyada özümüzü məhz milli kimliyimiz və milli dəyərlərimiz vasitəsilə tanıda bilərik. Ortaq bəşəri dəyərlər hər yerdə təbliğ olunur. Amma xalqları və mədəniyyətləri bir-birindən fərqləndirən, maraqlı edən məhz milli xüsusiyyətlərdir.

- "Dolu” filminin uğurunun əsas səbəbini nədə görürsünüz, onun Azərbaycan kinosundakı yerini necə dəyərləndirirsiniz?

- Əlbəttə, “Dolu” filminin Azərbaycan kinosunda özünəməxsus və müstəsna yeri var. Düşünürəm ki, hər bir sənət əsərinin yaranmasında təkcə peşəkarlıq deyil, həm də zamanın ruhu, insanların duyğuları və müəyyən mənada ilahi bir qüvvənin himayəsi mühüm rol oynayır. “Dolu” filmində bir çox amillər bir nöqtədə qovuşub.

Bir tərəfdən Birinci Qarabağ müharibəsinin ağrısı və nisgili, digər tərəfdən insanların qəlbində yaşayan Qarabağa qayıdış arzusu vardı. Eyni zamanda, Qarabağ uğrunda döyüşən qəhrəman oğullarımızın tarixini gənc nəslə çatdırmaq kimi böyük bir missiya da daşıyırdıq.

Filmin istehsalında iştirak edən hər bir insanın - istər kino işçisi, istərsə də bu prosesə dəstək verən digər şəxslərin - ürəyində ortaq bir arzu dolaşırdı: Qarabağa qayıtmaq arzusu. Şükür ki, bu arzu gerçəyə çevrildi...

- Kino sahəsinin hazırkı inkişafı üçün hansı resepti təqdim edərdiz?

- Bir sıra mühüm amilləri qeyd edərdim. Kino istehsalı yalnız rejissor, operator, ssenari müəllifi, aktyor və ya rəssamdan ibarət deyil. Kino istehsalat prosesində ümumilikdə 75-dən artıq müxtəlif peşə sahəsi iştirak edir. Bu sahələrin mütəxəssislərinin peşəkar təcrübə qazanması və ixtisaslarını təkmilləşdirməsi üçün xarici ölkələrdə təhsil və təcrübə proqramlarına cəlb olunmalarına ehtiyac var.

Eyni zamanda, gənclərin kino prosesində yetişməsinə və peşəkar hazırlığına olan ehtiyacı vurğulamalıyıq.

Kino sənayesinin inkişafı üçün ən vacib məsələlərdən biri çəkiliş prosesinin davamlı olmasıdır. Çünki bu sahədə təcrübə qazanmağın ən effektiv yolu çəkiliş meydançasında işləməkdir. Film istehsalı dayandıqda peşəkar inkişaf prosesi də ləngiyir.

Qarşıda duran vacib məsələlərdən biri də kino haqqında qanunun qəbul edilməsidir. Kino istehsalı digər sahələrdən əhəmiyyətli dərəcədə fərqlənir və özünəməxsus xüsusiyyətlərə malikdir. Bütün bu spesifik məqamlar qanunvericilikdə nəzərə alınmalıdır. Qarşıda həm maliyyələşmə mexanizmləri, həm istehsalın həcmi, həm də sənayenin inkişaf perspektivləri baxımından həllini gözləyən çoxsaylı vəzifələr durur.

Hesab edirəm ki, bütün bu məsələlər kompleks şəkildə müvafiq kino qanunvericiliyinin formalaşdırılması və qəbulundan sonra daha sürətli və sistemli şəkildə həllini tapacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Qarabağa gedən partiya sədri hökumətə səsləndi - "Fəxr dolu 2 gün keçirdik, amma..."
Bu gün, 06:55
“DƏSTƏK" Fonduna ŞÜBHƏ VAR! - Naxçıvanda NARAZILIQ!
Bu gün, 06:49
TƏBİB-in rəhbər sarıdan bəxti gətirmir - MALƏSƏF...
Bu gün, 06:33
İrəvanın mərkəzində "Artsax": - NİYƏ QALMALIDIR?
Dünən, 18:03
SOCAR-ın idarəsinin dövlətə 40 MİLYON VERGİ BORCU YARANDI - TƏFƏRRÜAT
Dünən, 18:02
Müəllimlə valideynin birləşib şagirdə öyrətdiyi DƏRS
Dünən, 17:58
Əminəm ki, Rusiyanın təxribat xarakterli addımları davam edəcək - Tofiq Zülfüqarov
Dünən, 17:50
Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı
Dünən, 17:38
“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş
Dünən, 17:36
Azərbaycan səfirliyinə qarşı təxribatın arxasında nə dayanır? - Moskvanın təhlükəli oyunu...
Dünən, 17:19
Bu şirkətin 150 min vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 17:14
Kəmaləddin Heydərov komandiri vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
Tarix və sərt reallıq istisnasız olaraq hər kəsi mühakimə edəcək: - hər bir Xocalı cəlladı layiq olduğu cəzanı alacaq
Dünən, 17:09
100 min dollarlıq duet QALMAQALI - Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?
Dünən, 17:07
24 ton qızılın arxasında nə var? - Şiryayevin iddialarının rəqəmlərlə təkzibi
Dünən, 17:00
“Okean” restoranında qardaşları bıçaqlayan gənc: “Onunla çiyin-çiyinə dəydik və...” - TƏFƏRRÜAT
Dünən, 16:56
Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
Dünən, 16:52
ETN “köhnə dostla” yenidən anlaşdı: Bu dəfə 3.7 milyona - ARAŞDIRMA
Dünən, 16:29
Ölkənin ən böyük ixracatçıları kimdir? – Milyonlarla dövriyyə, milyonlarla borc müəmması...
Dünən, 16:25
Köçəryanla Sərkisyana Azərbaycandan pis xəbər: - Bu, sübut olunsa, təhvil veriləcəklər
Dünən, 16:18
İranın nüvə silahı əldə etməsi yəhudilərin sonu deməkdir - Netanyahu
Dünən, 16:13
“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi – Yeni təyinat
Dünən, 16:10
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər "od tutub yanır"
Dünən, 16:01
Putin Ukraynada “bataqlığa” düşdü, Tramp İranda ilişib qaldı - iki savaşın ŞOK fərqləri
Dünən, 15:57
"SOCAR Polymer" 7 ayda ixracdan 154 milyon dollardan çox gəlir əldə edib
Dünən, 15:53
Azərbaycanda insanlar ən çox hansı kompüterdən istifadə edirlər?
Dünən, 14:52
SOCAR prezidentinə müşavir təyin edildi - ƏMR
Dünən, 14:48
İki şirkət 1,5 milyon kubmetrlik qum-çınqıl ehtiyatını 172 min manata istismar edəcək - QALİB ŞİRKƏTLƏR
Dünən, 14:45
Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu - Bakıda
Dünən, 14:37
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Dünən, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Dünən, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Dünən, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Dünən, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Dünən, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Dünən, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Dünən, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Dünən, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Dünən, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Dünən, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Dünən, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Dünən, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Dünən, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Dünən, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Dünən, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Dünən, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Dünən, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Dünən, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru