Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                 

"Direktor dedi, səni işə götürməyəcəm, “bezdarnı”san..."
Tarix: 2-05-2023, 23:08 | Çap et
"Direktor dedi, səni işə götürməyəcəm, “bezdarnı”san..."

Onu sənətdə atdığı ilk addımlardan tanıyıram. Hələ televiziyada “Dəcəllər” adlı uşaq verilişi hazırladığı vaxtlardan. İlk övladı dünyaya gələndə qəzetdə ““Dəcəllər”in dəcəli dünyaya gəlib” başlıqlı informasiya vermişdim. Hələ Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk hazırladığı “Tıq-tıq”dan. İstedadlı və bacarıqldır, özünü sənət yolunda oda-közə atır, həyata keçirdikləri potensialının yarısı deyil. Ona görə də özünü qane etmir, elə bilir, bu da o olmadı, nədirsə, ona doğru qaçır, çabalayır, çatmaq istəyir… Sənətin zirvəsi maraqlandırmır onu, zatən sənətin zirvəsi deyilən nəsnə yoxdur. Zirvə olmur, sənətkarın çatmaq istədiyi hüzura qovuşmaqdır. Bütün potensialını qoyduğu, içinə rahatlıq gətirən işi ortaya qoyan sənətkar daxilən hüzura qovuşur… Çətin ki, bu, hər kəsə nəsib ola.Adətən, ya özünü qane etmir, ya da bunun üçün zaman yetişmir. Bu saat bizim sənət aləmində ikinci hal hökm sürür. Mühitimiz yarımçıq qalmış sənət adamlarından korluq çəkmir, içi dolu, potensialı bol, amma meydanı dar olan adamlardan.

Nə isə, sonuncular qəhrəmanımın taleyindən yan keçsin. Bu saat kükrəyən dağ çayıdır, özünü qayadan qayaya çırpır, sakit axarına, məcrasına doğru hüzurlu yolu olsun. Qarşıda onu daha bir yarım əsr gözləyir, birinci yarım əsri arxada qoyması münasibəti ilə həm ona, həm də sizə onun hekayəsini danışmaq istəyirəm.

Söhbət əməkdar artist Nicat Kazımovdan gedir. Televiziyadan başlayıb, teatrla davam edən, aktyorluqdan rejissorluğa keçən, kinodan “yarımayan” Nicat Kazımov.

***

1972-ci il iyunun 17-də Şabran çəhərində (o vaxt Dəvəçi idi) Mirəziz və Güldəstə Kazımovların ilk övladı dünyaya gəlir. Adını Nicat qoyurlar ki, ailənin nicat yolu olsun.

Ondan sonra dünyaya gələn 3 uşaqla bərabər, ailə Nicat hələ uşaqkən Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinə köç edir. Nicat Kazımov Tağıyev qəsəbəsində yerləşən Sumqayıt şəhər 6 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbdə fəal olub, yaxşı da oxuyurmuş. Sovet uşağı üçün şərəf sayılan pioner sıralarına da, komsomola da keçən ilk şagirdlərdən olub. Pioner baş dəstə rəhbəri, “komsorq” seçilib. Məktəb tədbirlərində şeir deyər, mahnı oxuyar, aparıcı olarmış.

İlk dəfə 1985-ci ildə Dzefirellinin ekranlaşdırdığı “Romeo və Cülyetta” filminə baxanda hiss edir ki, içində qəribə bir hiss baş qaldırıb. Bu əsər və onun ekran həlli Nicatı elə bir sehirli dünyaya aparır ki, indiyə qədər də ordan qayıda bilməyib. Aktyor olmaq arzusu onu əvvəlcə qəsəbədə Kirov adına klubun dram dərnəyinə çəkir. 10-cu sinifdə isə o vaxtkı İncəsənət İnstitunun hazırlıq kurslarına yazılır.

***

1989-cu ildə sənədlərini İncəsənət İnstitutuna verir, amma səhnə danışığından kəsilir. Həyatın istehzasına baxın, zaman keçir, səhnə danışığından kəsilən oğlan sonralar səhnə danışığı müsabiqəsində iki dəfə ardıcıl birinci olur, dövlət televiziyasının diktor müsabiqəsində isə 3 nəfərdən biri.

Növbəti il atası sənədlərini İncəsənət İnstitutuna verməyə qoymur, Nicatı məcbur edir ki, Dəmiryol texnikumuna getsin. Nicat texnikumda oxuya-oxuya Lütfi Məmmədbəylinin Xalq teatrına yazılır. Xalq teatırında “Oktay Eloğlu”, “Özümüz bilərik”, “Qaçırılmış qız” tamaşalarında oynayır. Nəhayət, 1991-ci ildə ailəsindən xəbərsiz sənədlərini Dəmiryol texnikumundan götürüb, İncəsənət İnstitutuna verir. Bu dəfə üç “5” alıb, dram teatrı və kino aktyorluğu fakültəsinə qəbul olunur. Çox keçmir, Gənc Tamaşaçılar Teatrında aktyor kimi peşəkar sənət yoluna ilk qədəmlərini qoyur. Onu teatra “Roneo və Cülyetta” tamaşasına dəvət etmişdilər. Zaman gələcək, Nicat Kazımov həmin tamaşanı rejissor kimi özü hazırlayacaq və özü ayrı-ayrı vaxtlarda həmin tamaşada iki əsas rolda oynayacaq, Romeo və Tibalt rollarında.

1992-ci ildən 1994-cü ilə qədər tearda hazırlanan bir neşə tamaşada ona rol verirlər. Məşqlərə gedir, amma tamaşalarda oynamır. Teatrın direktoru bir gün Nicat Kazımovu çağırıb soruşur ki, bala, rejissorlar sənə rol verirlər, niyə oynamırsan? Gənc aktyor deyir ki, mən onları rejissor saymıram! Sonralar Nicat Kazımov bu fikrin gəncliyin çılğınlığından yarandığını desə də o vaxt xeyirli bir işin təməlini qoymuşdu. Teatrın direktoru Kamal Qurbanov ondan “Bəs sənin üçün rejissor kimdir?” – soruşanda Nicat Kazımov Bəxtiyar Xanızadənin adını çəkir. Direktor da Bəxtiyar Xanızadəni işə dəvət edir. Dəvətdən iki ay sonra Bəxtiyar Xanızadə “Dəli yığıncağı” teatr studiyasını yaradır. Nicat Kazımov da həmin studiyanı – indiki Dövlət Pantomim teatrını yaradanlardan və ilk aktyorlarından biri olur. Sonra…sonra ordan da uzaqlaşır.

“Ona qədər “Ələddinin sehrli çırağı”na görə “İlin rejissoru” oldum. Gənc Tamaşaçılar Teatrının rus bölməsində uğurlu tamaşalarım olub. Tamaşalarımdan utanmıram, amma demirəm ki, hamısı uğurludur. 18 tamaşadan 5-nin adını çəkərəm – “Ələddinin sehirli çırağı”, “Ana qaz”, “Xeyir və Şər”, “Pəri cadu”, “Kabuslar””.

Bir tamaşaçı kimi onun seçimi ilə razıyam. Beşinin içindən isə “Ana qaz”, “Pəri cadu” tamaşalarını seçərdim. Seçim olanda belə olur. Adını çəkdiyim hər iki tamaşa təkrarsız sənət əsəridir. Heç kimin işinə, özünün digər tamaşalarına bənzəmir, amma dəst-xətti həmindir, özünə xas.

***

“Zorən şorgöz” tamaşasına quruluş verməzdən çox əvvəl olub bu hadisə. Bu tamaşanı Akademik Dram Teatrın səhnəsində hazırlayana qədər Nicat Kazımov Gənc Tamaşaçılar Teatrının səhnəsində onlarla uğurlu tamaşa ərsəyə gətirib. “Tıq-tıq və Tuk-tuk” (1996), “РЎənnətin üç alması” (1997), “Qırmızı papaq” (1998), “Pişiyin evi” (rus bölməsi) (1999) və sair. Ola bilər, ardıcıllıqda səhv edərəm. Amma hazırladığı tamaşaların hamısı yadımdadır və hər birini elə premyerada izləmişəm. Bir də, ola bilər ki, fasilə verdiyi illər dəqiqliyi ilə yadımda deyil, amma o yadımdadır ki, Nicat Kazımov sənətdən, səhnədən, onu əhatə edən mühitdən və ümumiyyətlə, Bakıdan küsüb getdi rayona. Bir müddət uzaqlaşdı, torpaqla ünsiyyətdən nə öyrəndisə, nə dərk etdisə qayıtdı geri. Qayıdan kimi ondan müsahibə almışdım. Soruşmuşdum ki, neynədin kənddə?

“Getdim kənddə yer belləməyə. Sağ olsun yaxşı dostlar, kömək olub məni o depressiyadan çıxartdılar. Qayıtdım Gənc Tamaşaçılar Teatrına, Kamal müəllim dedi, səni işə götürməyəcəm, “bezdarnısan”. Dedim, imkan verin, bir tamaşa qoyum, sizdən heç nə istəmirəm, xoşunuz gəlsə qəbul edin, gəlməsə yox. “Tıq-tıq xanım”ı hazırladım. Tamaşaçı bilet tapmayıb, teatrın pəncərəsini sındırmışdı. Məcburən rejissor oldum, çünki nə qədər naftalin iyi verən tamaşalarda oynamaq olar. Amma yalnız “Pəri cadu” tamaşasından sonra hiss etdim ki, rejissorluğu peşəm hesab edə bilərəm. Aktyor kimi hələ də içimdə aclıq var. Bəlkə də rejissorluğum da o səbəbdən oldu. Neronu, Sultan İbrahimi, nə vaxtsa Kral Liri oynamaq istəyirəm”.

Bu son dilə gətirdiyi arzusu hələ də gerçəkləşməyib, amma çox arzular gerşəkləşdirib Nicat Kazımov. Adını çəkdiyi tamaşa teatr aləmində tamamilə yeni dəst-xəttdir. “Pəri cadu”, “Ana qaz” tamaşaları hər ikisi Azərbaycan teatrının ala biləcəyi yüksək mükafatları qazanıb. Çatdığı arzulardan biri də xoşbəxt ailəsinin olması idi. Atası onu aktyor olmağa qoymurmuş ki, aktyorun normal ailəsi olmur. “Bütün həyatım boyu bu məqsədə xidmət etmişəm ki, atama aktyorun normal ailəsinin olmasını isbat edəcəm”.

***

Xanımı Gülarə polis işçisidir. Gənc Tamaşaçılar Teatrının aktrisası Sevincin bacısıdır. 1997-ci ilin may ayında Nicat Kazımov Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk tamaşası olan “Tıq-tıq və tuk – tuk”u hazırlayır. Aktrisa Sevinc Rzayeva teatrda ilk rolu həmin tamaşada oynayıb. Ona görə də bütün ailəsi onu təbrikə gəlibmiş. Nicat da Gülarəni onda görüb. “Bir gün evlərinə qonaq getdim. Sevinci külək yıxmışdı. Getdim ki, görüm külək niyə bu qızı yıxıb. Getdim, gördüm hazırlıq görülüb. Yay ayları idi, evlənmək təklifi etdim. Bir ayın içində hər şey həll olundu. Cəmiyyətdə o qədər riyakarlıqla rastlaşırsan ki, tamam fərqli bir insana ehtiyacın olur. Gülarə evin sonbeşiyidir, elə indinin özündə də saf, ərköyün olaraq qalır”.

İki övladları var. Mirsənan aktyordur. Nicat Kazımov oğullarının aktyor olmasını istəməsə də, Mirsənanla bu gün səhnəni bölüşür. Mirismayıl Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində dizayner ixtisası üzrə təhsil alır.

***

Nicat Kazımov isə yaradıcılığına davam edir. Müxtəlif illərdə həm Gənc Tamaşaçaılar Teatrının, Akademik Dram Teatrın, həm də xarici ölkə teatrlarının səhnəsində “Ələddinin sehirli çirağı”, “Xeyir və Şər”, “Ana qaz”, “Ah qadınlar, qadınlar”, “Р—Рѕoлушка” (rus bölməsi), “Pəri cadu”, “Çəkməli pişik” “Yatmış gözəl”, “Kabuslar”, “Qoca kloun”, “Zorən şorgöz”, “Danışan gəlincik”, “Kölgə”, “Qoğal” “Çirkin ördək balası”, “Öldür məni, can-ciyər” (Qaqauz Milli Teatrı, Moldova, 2016), “Sarı gəlin” (tarixi rekanstruksiya), “Leyli və Məcnun, “Bremen musiqiçiləri”, “Tanrıya 14 məktub”, “Sindibad” rok operası, “Filumena Marturano”, A. P. Çexov “Qağayı” kimi tamaşaları hazırlayıb.

Çoxsaylı dövlət tədbirlrinə quruluş verib. Gənclər və idman nazirliyi, Tələbə baharı 2014, 2015, 2016, 2017, 2019. 2021. 2018, 2019, 2021 və 2022 – ci illərdə Böyük Britaniya Kraliçasının ad günü şərəfinə keçirilən beynəlxalq “windsor real horses show” tədbirlərində Azərbaycan heyyətinin çıxışları. Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” adlı şou – 2019. 2021- ci ildə Şuşada keçirilən “Musiqi milli irsi və Qarabağ atları Cıdır düzündə” tədbiri. Şuşada keçirilən 1-ci Beynəlxalq Kulinariya festivalı (2022) Şuşada keçirilən Vaqif poeziya günləri “Əsrlərin sədası” (2022) və s.

Əməkdar artist, dəfələrlə Prezident mükafatına layiq görülmüş səntkar 2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Şücaətə görə” medalları ilə təltif olunmuş bəlkə də yeganə rejissordur.

Sözün gəlişi, 50 yerdə dərs deyir. 2018-ci ildən peadqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Bakı Xareoqrafiya Aakademiyasında dərs deyir. Hardan alır bu qədər vaxtı..? Bir cavabı var: sadəcə sənətini sevir.

***

Ailəsini və oğlanlarını isə sənətdən də çox sevir. Deyir, mənim onlara sevgim normal deyil, normadan artıqdır: “Ona görə də onların tərbiyəsini uşaqlıqdan analarına həvalə etmişəm”.

Yazdıqlarımın heç biri keçmiş zamanda deyil, davam edir, sabaha ümidlər yaradır. Nicat Kazımovun sənəti sabahın optimist proqnozunu verir. Ona baxanda hiss edirsən ki, teatr sənəti yaşayır, həm də onu sevənlərin və yaşadanların çiyinlərində irəliləyir. Yaşadanlar yaşayacaq. Yaradanları yaşatmağı bacarsaq. Çörəyi çörəkçiyə həvalə etsək.

Ramilə Qurbanlı - Press klub







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru