Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                 

“And olsun Allaha ki, bu xalqa, dövlətə xəyanətdir!” - ETİRAZ
Tarix: 25-04-2023, 17:12 | Çap et
“And olsun Allaha ki, bu xalqa, dövlətə  xəyanətdir!”
“Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir”.

Bu tanıtım 2005-ci il istehsalı olan “Girov” filmi haqqında Vikipedia-da yer alıb. Filmin rejissoru mərhum Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev və Natiq Rəsulzadədir. Filmin gündəmə gəlməsi, müzakirələrə yol açması və bir çoxumuzun filmi izləməsinin səbəbkarı olduğu üçün hörmətli yazıçımız Şərif Ağ – Şərif Ağayara təşəkkür etməliyik. Çünki. Etiraf edək, çoxumuz filmdən xəbərsizdik, Şərif bəy onu “yıxıb sürüyənədək”, həmçinin, istedadlı həmkarımızın Ləman Ələşrəfqızı da eynilə sərt statusla çıxış edənədək.

Statusu təqdim edək, sonra rəyə keçək:

“Dünən gecə oturub "Girov" filminə baxıram. Əslində belə bir filmin olduğunu bilmirdim. Sharif AG ötən gün LAF TV-nin efirində bu film haqqında o qədər danışdı ki, marağımı boğa bilmədim. Şərif deyir ki, filmə kalan pul ayrılıb, yaxşı da yeyiblər, ortaya da heç nə çıxartmayıblar. Deməli, filmdə Kərim ermənilərə əsir düşür. Onun qisasını almaq üçün kənd camaatı da bir ermənini girov götürür. Çox gözəl, çox pakizə, deyərdik, çünki ortada məqsəd var - girovları dəyişdirmək. Amma filmi çəkənlər belə hesab ediblər ki, erməni girov mütləq əsir Kərimin evində qalmalıdır. Kərimin evində isə gənc xanımı üç azyaşlı uşaqla qalır. Düzdür, mərd qadındır, qisas hissi ilə yaşayır, əxlaqı yerindədir, amma gənc və gözəl, üstəgəl müdafiəsizdir, yəni 5-6 yaşlarındakı oğlunu nəzərə almasaq evdə bir başıpapaqlı yoxdur. Ayağı yaralı erməni girov isə həyətdəki birmərtəbəli tikilidə qalır. Sonradan biz onun Kərimin gənc xanımı ilə toy fotosunun asıldığı yataq otağına qalxdığını da görürük. Düzdür, o bura həyətdəki xalçaları daşıyarkən gəlib çıxır, amma nə dəxli, əsas odur ki, gəlin məhrəm otağında erməni kişi ilə üzbəsurətdir. Filmə baxdıqca, adam az qalır bağırsın ki, ay rejissor, ay ssenarist, bu xaraba kənddə yer qəhətdi ki, ermənini gətirib kişisiz evə soxmusuz?! Azərbaycan mentalitetində varmı belə şey?! Hanı bu kəndin icra nümayəndəsi, hanı sahə müvəkkili?! Yaxşı, deyək ki, bələdiyyələr onda formalaşmamışdı, hanı bəs kədin o ciyərli oğlanları ki, ermənini kənddə bir it damına yox, məhz üç körpə uşaqlı gəlinlə eyni dam altına salırdı?!
Nə isə...Film Eldar Quliyevlə Natiq Rəsulzadənin birgə işidir. Əslində illər qabaq çəkilib, sadəcə mən indi baxıram. Baxmaz olaydım.
Və...yeri gəlmişkən, fllmdə Kərimin gənc arvadı əynindəki donu sona qədər dəyişmir. Erməni girovun güllə dəyən ayağı sağalır, ay ötür, gün keçir, fəsillər donunu dəyişir, gəlin donunu yox. Büdcədə qarderoba pul ayrılmayıbmı, əcəba? Yoxsa, donun pulunu da yeyiblər?”
Rəyə keçməzdən öncə, tanıtım haqqında bir neçə kəlmə söyləmək haqqımızı özümüzə tanıyaq. Necə yəni, “bir gecənin içində düşmənə çevrilirlər”?.. A kişi, bir gecənin içində baş verməyib bu! Əsrlər öncə baş verib. Və hələ də davam edir. Biz – Azərbaycan türkü və ümumən türklər erməniylə düşmənçilik başlatmamışıq. Erməni kimdi ki, Böyük Türkə “düşmən” ola bilsin?!. Erməninin ara-sıra niyə ucadan hürdüyü hər kəsə, dünyaya da bəllidir. Qısqırdanları var. Erməni adlanan məxluqat əsrlərdir türk düşmənliyi səpələyir. Körpədən uşağa, uşaqdan gəncə, gəncindən kaftarına qədər başlarına ağır daş olub düşən türkü düşmən elan ediblər. Burda tarix səhifələrini vərəqləməyə vaxt, imkan yoxdu. Qısa deyək. “bir gecənin içində düşmənə çevrilirlər” yazılması tarixin təhrifi və xəyanətdir. İkincisi, “zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də (?! – M.R.) insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir” də nə demək? Yəni, ermənilər də zərərçəkən “xalqdılar”, yazıqdılar, zavallıdılar, onlara rəhm etmək lazımdı?!. Laçın yolunda çiyninə avtomat salıb yol boyu var-gəl edən, başından böyük danışan erməni qadınını (“sadə” ermənidi – M.R.) kimsə unutmasın. “Türklər bura gəlsə vuracam!”deyirdi. İndi, vursun, baxaq! Bunların kiçiyindən böyüyünə hamısı terrorçudu, separatçıdı. Tutulanda, əsir alınanda zavallı görkəm almalarına kimsə aldanmır, artıq. Əsirlikdən azad olan kimi “şirə, pələngə” dönürlər. Biz zatımız etibarilə rəhmliyik, insanpərvərik. Amma. Bir yerə qədər! Hər şeyin bir həddi, sərhəddi olduğu kimi rəhmin də həddi olmalıdır və var da! Üçüncüsü, məlum oldu ki, film bir neçə beynəlxalq kinofestivallarda nümayiş olunub. Mərhum Eldar Quliyevin ruhunu incitmək istəməzdim (hərçənd bu bizlik də deyil- M.R.), eynilə ssenari müəllifi Natiq Rəsulzadənin də həqiqətənmi ssenarini məhz bu cür yazıb-yazmadığını da dəqiq bilmirik, inşəllah, bəlkə qismət oldu,özündən soruşmaq, amma belə fikir yarandı ki, yəqin müəlliflər filmi Azərbaycan auditoriyasından daha çox beynəlxalq festivallar üçün nəzərdə tutublar. Və “humanizm” damarları üstün gəlib. Bizə qonşu edilən xalqı da zərərçəkmiş kimi göstərməkdən, “aralarında yaxşılar da var”, deyib festivallara çıxış əldə etmək fürsətini yaxalamaqdan vaz keçməyiblər. Film 2005-ci ildə çəkilib. O vaxt ki, torpaqlarımız hələ işğal altındaydı. Bu, torpağı işğal edilmiş, minlərlə şəhidi, qazisi, girovu, əsiri, itkin düşmüşü, qovulmuş, didərgin salınmış vətəndaşı olan ölkənin rejissoruna, ssenaristinə “yaxşı erməni” obrazı yaratmaq haqqı verirmi? Hesab edirik ki, özünü, rəhbərlik etdiiyi qurumu bu məsələyə aidiyyətli hesab edənlər də ciddi düşünməli və qərar verməlidirlər.

DİA.AZ bildirir ki, yazıçı-dramaturq Seyran Səxavət “Şərq”ə açıqlamasında şəxsən izləməsə də, film haqqında yazılanlara istinadən deməyə çox sözü olduğunu söylədi:

- Şübhəm yoxdu ki, film haqqında danışıldığı kimidir. Sözünə etibar etdiyim şəxslər danışıbsa, onlara inanıram. Belədə, bu film haqqında deməyə də çox sözüm oldu. Həqiqətən də, o kənddə erməni girovu saxlamaq üçün başqa bir ev tapılmır, gərək erməni “erkəyini” azərbaycanlı əsirin xanımının, uşaqlarının yaşadığı evdə girod saxlayaydılar?! Bu, qeyri-mümkündü. Müharibənin acılarını bütün xalqımız birgə yaşayıb. Qarabağlılarsa canlarında, həm də ev-eşiklərində yaşayıblar, canlı-canlı. “Axırıncı aşırım” filmini yadınıza salın; Abbasqulu bəy “evin kişisini soruşarlar!” deyir. Azərbaycanlı adət-ənənəsində, evdə kişi yoxdursa, gələn qonaq kişidirsə qapıdan içəri keçmir. Bizim mentalitet budur! Necə ola bilər ki, erməni “erkəyini” gətirib qatalar əri əsirlikdə olan – evdə olmayan qadının evinə?! Bu, Azərbaycan təfəkküründən min yox e, milyonlarla kilometr uzaqdı. Siz belə bir işi ağlınıza sığışdıra bilirsiniz? Şəxsən mənim ağlıma sığışmaz bu. Bu, ağlasığmazdı. Heç bir azərbaycanlı evində belə hal yaşana bilməz. Bu filmlə sanki biz şərəfsizliyi boynumuza alırıq. Bir məsəl var e, “gözüylə görmək…” daha tam açıq demirəm. Elə bil bizi gözüylə görənə çeviriblər. Bu binamusluğu, şərəfsizliyi niyə ediblər? Məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar. Eynilə bu filmi çəkənlər də, orada rol alıb çəkilənlər də şərəfsizlik, namussuzluq yolunda özlərinə tərəfdaş axtarıblar. Uzun illər əvvəl “Şərq”ə müsahibəmdə “İçərişəhər Bakının yataq otağıydı. Amma biz ora əcnəbiləri daxil etdik” demişdim. Bu gün də həmin fikirdəyəm, mövqeyim dəyişməyib. Bir evin, mənzilin, ailənin ən məhrəm yeri yataq otağıdı. Ora kənar şəxs daxil olmamalıdı. Erməni “erkəyi” niyə yataq otağına daxil olmalıydı, lap xalça daşısa da? Lap ağırını da deyimmi? Bir sevişmə səhnəsi də çəkəydilər, “Qızıl palma budağı”ndan-zaddan verərdilər onlara festivalda. Bu, əkrəmliyin bir başqa formasıdı. Bu, qeyri-səmimi, humanistliyə heç bir dəxli olmayan, xalqımızın namusunu, şərəfini alçaldan bir filmdi. Fuflo bir şeydi. Və mən ağlı başında olan, şərəfi, qeyrəti olan hər kəsi bu filmi boykot etməyə çağırıram. Biz filmi boykot etməklə “gözüylə görən…” məsələsini ortadan qaldırmalıyıq. Belə birisi olmadığımızı təsdiq etməliyik. And olsun Allaha ki, bu xəyanətdir! Həm xalqa xəyanətdir, həm də dövlətə!

S.Səxavət qeyd etdi ki, filmn barədə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu mütləq qərarını açıqlamalıdır:

- Qoy onlar fikir bildirsin, mövqe ortaya qoysunlar. Əgər onlar da, Allah eləməsin, filmə qahmar çıxsalar, şəxsən mən “topla-tüfənglə” meydana çıxmağa hazıram. Heç bir qorxum da yoxdu! İndiyədək kimsədən çəkinməmişəm, bundan sonra da çəkinəcəyim yoxdur. Xalqın fikri ilə razıdırlarsa məhv etsinlər o filmi, arxivdən də silsinlər. Gələcək nəsillər o filmi izləyəndə gorumuza söyməsinlər.

S.Səxavət filmin rejissorunun mərhum kinorejissor Eldar Quliyev olduğuna da təəsüfləndiyini bildirdi:

- O cür milli kişinin (mərhum bəstəkar Tofiq Quliyevi nəzərdə tutur - M.R.) təroməsinə bax! Eldar Quliyev “Bir cənub şəhərində” filmini çəkəndi. Mən artıq şübhələnməyə başladım. Ya o filmi Eldar Quliyev çəkməyib, başqası çəkib, onun adına çıxıblar, ya da bu filmi – “Girov”u o çəkməyib. Çünki bu filmlər bir-birinin ziddidir. Bir də ki, Eldar Quliyev həm də “Babək”i çəkdi də. O boyda sərkərdəni bir qadına yenik düşürdü. Mən xaricdə oturub bizi söyənlərlə bunların arasında daha bir fərq görmürəm. “Südşünas” olmasam da, əməlşünas ola bilərəm. Südün tərkibini müəyyənləşdirmək çətindir, amma əmələ baxıb kimin kim olduğunu müəyyənləşdirmək mümkündür.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bu gün, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Bu gün, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Bu gün, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Bu gün, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Bu gün, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Bu gün, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Bu gün, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Bu gün, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Bu gün, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Bu gün, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru