“Səhnədə səni alqışlayan zaman kommunal xərclərin, kirayə pulu, kreditin yadına düşür...”
Tarix: 7-12-2022, 09:25 | Çap et
 “Əslində filmə və seriala çəkilməkdən çox yorulmuşam. Vallah teatrdan yaxşı maaş alsam, heç gedib çəkilmərəm. Çünki başdan-ayağa əziyyətdir. Bütün günü setdə olursan, evdən səhər çıxıb o biri gün evə qayıdırsan. Hal-hazırda “Sevgisizlər” adlı internet serialına çəkilirəm. O ki, qaldı film və seriallara dəvət almamağıma... Mən bahalı aktrisayam, rejissorların pulları çatmır mənim qonorarımı verib, dəvət etsinlər. Ucuz qonorara çəkilmirəm. Onların da qonorarı yoxdur (gülür). Əslində hamısı dost-qardaşdır, amma nə vaxta kimi dosta, qardaşa işləməliyəm?! Onlar bir az artıq versin, mən dolanım. Bəzən deyirlər ki, dostsan, kömək et. Adam nə qədər kömək edər?! Mən uşaqlara yemək yedirtməliyəm, dost-qardaş yox! Onlar bir az artıq versinlər, özümə gün ağlayım, ev tikim. 19 ildir ki, kirayədə yaşayıram” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres deyib. O, daha sonra əlavə edib.
“Kirayələrdə qalmağıma səbəb sənətimə qiymətin verilməməsi olub. 29 ildir ki, işləyirəm. Bu qədər işləyirsən, ora qaçırsan, bura qaçırsan. Elə də böyük miqdarda pul qazanmırsan ki, özünə gün ağlayasan. Hələ xəstə uşaqla ümumiyyətlə mümkün deyil. Bilmirsən kirayə verəsən, yoxsa kommunal xərcləri ödəyəsən. Hər şey bahalaşıb. Adam hansına qaçsın?! Bəzən deyirlər ki, aktrisalar əla yaşayır. Əslində biz göz önündə olan insanlarıq. Hamı elə bilir ki, dərdimiz, problemimiz yoxdur. Bütün günü deyib-gülürük. O qədər problem, dərd-sərimiz var ki. Sadəcə biz o səhnədə olduğumuz iki saat ərzində hər şeyi unuduruq. Səhnədə səni alqışlayan zaman bütün kommunal xərclərin, kirayə pulu, kredit yadına düşür. Camaat necə, biz də elə dolanırıq. İmkanı olan sənətçilər də var. Onlarda ya təməl elə qurulub, ya da ki, hansısa biznesləri var. Bu sənətlə onları etmək çox çətindir. Bilmirəm, bəlkə də naxışım gətirməyib. Mənim bacardığım bu işdir. Bu işə də verilən maaş, qiymət, dəyər budur. Əlini vəlinin başına qoyub vəlini əlinin başına bu aydan o biri aya ötürə-ötürə gedirik. Ümid edirəm ki, bəlkə bizim tərəfə də gün doğar. 19 ildir ki, gün doğur, sonra buludun arxasına girir. Ümid ancaq ona qalıb ki, uşaqlar böyüyür, bəlkə onlar nəsə edə bilər. Mən bu sənətlə uşaqlarıma gün ağlaya bilmədim, ancaq ehtiyac içərisində yaşayırsan. Uşaqlarıma deyirəm ki, çaşarsınız birdən bu sənətə gələrsiniz! Heç vaxt istəmərəm, imkan da vermərəm” deyə sənətçi bildirib.
Mətanət Eres verilişlərdə ekspert qismində oturan sənətkarları qınayanlardan da danışıb.
“Verilişlərə ekspert qismində çıxan sənətkarların özləri müəyyən həyat məktəbindən keçmiş insanlardır. Bu həyatın şirinini, acısını yaşayanlar, başı daşdan-daşa dəymiş insanlardır. Çünki onlar həmin situatsiyanı yaşayıblar, məsləhət verə bilərlər. Kim nəyi necə görüb, düşünürsə bu hər kəsin öz fikridir. Guya bizim öz dərdimiz, sərimiz yoxdur?! Orada oturan şəxs demək ki, özü kiməsə məsləhət verə bilər. Aktyor adam deyil?! O kiməsə məsləhət verə bilməz?! Biz sadəcə göz önündə olan insanlarıq, ona görə də qınanırıq. Göz önündə olmayanlar elə hoqqa verirlər ki, deyiləsi deyil” deyə aktrisa bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|