Röya haqqında hər şey... - FOTO
Tarix: 14-06-2017, 09:12 | Çap et
 Əməkdar artist özəl bayramını qeyd edir. diaaz.space xəbər verir ki, 14 iyunda çağdaş Azərbaycan estradasının ən parlaq ulduzu, əməkdar artist Röya Ayxanın 35 yaşı tamam olur. Dünyaya gəldiyi günü bayram edən pərəstişkarları Röya xanım haqqında hər bir məlumatdan xəbərdar olsalar da, oxucularımız üçün sevimli ulduzun keçdiyi sənət yolunu məmnunluqla sıralayırıq:
Röya Ayxan 1982-ci il iyun ayının bu günündə doğulub. O, Bakı şəhəri Nəsimi rayon 5 saylı orta məktəbin məzunu olur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirir. İlk dəfə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin "W-trio" qrupunda solistlərdən biri kimi səhnəyə çıxıb. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayır.
Röyanın "Bu gecə" adlı ilk konserti Heydər Əliyev Sarayında 2005-ci ildə baş tutub. Bir il sonra o, 3 gün yenidən həmin saray səhnəsində "Darıxmışam" adlı proqram ilə pərəstişkarlarını sevindirib. 2006-cı il sentyabr ayının 15-i Şəfa stadionunda, 22-də isə Milli Parkda konsertlər verməklə uğurlarına uğur qatır.
2005-ci ildə Yaltada keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində iştirak edən müğənni, "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olur. Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsinin bir sıra rayon və qəsəbələrində "Doğma Diyar" adlı konsert proqramı ilə çıxışlar edir. Layihəsi Qubada başlayıb və sonra Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində baş tutub. 7 dekabr 2010 tarixində Röya həmkarı Zamiq Hüseynovla birgə "Doğma" Diyar lahiyəsinə paytaxtda möhtəşəm sonluq verir. 2010-cu il də R.Ayxan yaradıcılığında maraqlı layihələrlə tarixə həkk olunub. "Yaşıl Teatr"da "Surpriz" adlı solo konsert verən müğənni, elə həmin il bir neçə hitini sevənlərinə ərmağan etdi. Röya o, ulduzlardandır ki, 10 il bundan əvvəl ifa etdiyi mahnılarının hər biri pərəstişkarlarının dilində bu gün də əzbər oxunur.
2011-ci ildə müğənni həmkarı Rəhim Rəhimli ilə birgə "RR Show" adlı silsilə konsert proqramlarına imza atır. Həmin ildə onun "Sənə görə" və "Dostumsan yoxsa Sevgilim" adlı mahnılarına çəkdirdiyi klipləri işıq üzü görür. 2012-ci ildə milyonların sevimli ulduzun üzünə Türkiyə şou-biznesinin qapıları açılır. Türkiyəli bəstəkar Soner Sarıkabadayının Röya üçün yazdığı "Gönder"mahnısı tez bir zamanda qardaş ölkənin hit paradlarını zəpt etdi.
2013-cü ildə qardaş ölkədə müxtəlif konsertlərlə çıxış edən Röya, türkiyəli həmkarı Eflatunun müəllifi olduğu "Gemiciler" adlı hiti ilə növbəti dəfə diqqətləri öz üzərinə yönəltdi. Bu mahnının klipi də İstanbulda çəkilir.
Əməkdar artistin "Taksi" filminin baş rol ifaçısı, məşhur aktyor Samy Naseri ilə birlikdə "Günahsız günahım" adlı mahnısına çəkdirdiyi klip də şou-biznesin əsas hadisəsinə çevrildi. Fransada lentə alınan bu ekran işinin Bakıdakı tanıtım mərasimində Naserinin özü də şəxsən iştirak etdi.
Röya 2014-cü ildə ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında iki konsert proqramı ilə çıxış edir. İlin əvvəlində "Mənəm", sonunda isə "Sənə ehtiyacım var" adlı uğurlu konsertlərlə əldə etdiyi uğurların sırasına yazıldı. Həmin il Rusiya paytaxtı Moskvada "Eto ya" konsertini verən müğənni, çalışqan ulduz olduğunu bir daha isbatladı. 2014-cü ildə "Mən sənsiz" və "Sənə ehtiyacım var" hitləri üzə çıxaran Röya, hər iki mahnıya klip də çəkdirir.
2015-ci ildə daha bir uğurlu konsert "Sən yox" adı altında Yaşıl teatrda baş tutdu.
Söz və musiqisi türkiyəli ulduz Gülşənə aid olan "Kesin bilgi" hiti də Röyanın yaradıcılığında xüsusi yer tutdu. Türkiyədə lentə alınan bu mahnının klipi hələ də Röyasevərlər tərəfindən sevilərək izlənilir.
2015-ci ildə "Xəyanət" adlı Mahnısını kliplə birlikdə üzə çıxaran ulduz, qardaş ölkədə parlamaq istəyini yetərincə gerçəkləşdirməkdədir.
Ötən ilin 30 dekabr tarixi Röya Ayxanın yaradıcılığına qızıl hərflərə yazıldı. Azərbaycan Respublikasının prezidentinin imzaladığı sərəncamla sevilən ulduz, Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldü. Daim axtarışda olan müğənninin repetuarına bu il üç yeni mahnı - "Doldur ürəyimi", "Yandım" və "Düşürsən tez-tez yada" hitləri əlavə olundu.
Youtube kanalında hər ifası milyonlarla izləmə rekordu vuran sevimli ulduz həm də qayğıkeş anadır. İş adamı Anar Cəlilovla evlilyindən 25 oktyabr 2009-cu ildə Hüseyn adlı oğlu dünyaya göz açıb. Birinci sinifi bitirən Hüseynin bütün kaprizlərini çəkən müğənni, oğlunun savadlı böyüməsi üçün maksimum şərait yaratmağa çalışır. Sonda diaaz.space ailəsi olaraq dəyərli sənət ulduzunu ad günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.




|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Bu gün, 13:11 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Bu gün, 13:09 |
|
|
|
| • Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Bu gün, 13:05 |
|
|
|
| • Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Bu gün, 12:58 |
|
|
|
| • Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Bu gün, 12:55 |
|
|
|
| • Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Bu gün, 12:52 |
|
|
|
| • MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Bu gün, 12:49 |
|
|
|
| • Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
| • Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Bu gün, 12:41 |
|
|
|
| • Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Bu gün, 12:32 |
|
|
|
| • Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
| • 5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Bu gün, 12:25 |
|
|
|
| • Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Bu gün, 12:21 |
|
|
|
| • Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Bu gün, 12:17 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Bu gün, 12:13 |
|
|
|
| • “ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Bu gün, 12:09 |
|
|
|
| • Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Bu gün, 12:07 |
|
|
|
| • Elgizin verilişi bu tarixdə başlayacaq
Bu gün, 12:01 |
|
|
|
| • Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Bu gün, 11:55 |
|
|
|
| • Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
| • "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Bu gün, 11:48 |
|
|
|
| • Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Bu gün, 11:44 |
|
|
|
| • "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Bu gün, 11:39 |
|
|
|
| • 70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Bu gün, 11:28 |
|
|
|
| • Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Bu gün, 11:25 |
|
|
|
| • Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Bu gün, 11:21 |
|
|
|
| • İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Bu gün, 11:12 |
|
|
|
| • “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Bu gün, 11:08 |
|
|
|
| • Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Bu gün, 11:06 |
|
|
|
| • Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Bu gün, 11:00 |
|
|
|
| • Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Bu gün, 10:52 |
|
|
|
| • "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Bu gün, 10:43 |
|
|
|
| • Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Bu gün, 10:39 |
|
|
|
| • “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:37 |
|
|
|
| • AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Bu gün, 10:35 |
|
|
|
| • “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Bu gün, 10:34 |
|
|
|
| • Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Bu gün, 10:32 |
|
|
|
| • Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Bu gün, 10:30 |
|
|
|
| • İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Bu gün, 10:28 |
|
|
|
| • Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
| • Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Bu gün, 10:14 |
|
|
|
| • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Bu gün, 09:56 |
|
|
|
| • Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Bu gün, 09:36 |
|
|
|
| • Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Bu gün, 09:34 |
|
|
|
| • Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Bu gün, 08:48 |
|
|
|
| • Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Bu gün, 08:46 |
|
|
|
| • Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38 |
|
|
|
| • Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Bu gün, 08:35 |
|
|
|
| • Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
Bu gün, 08:28 |
|
|
|
|