Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                     Tiflisə biletləri tur firmalar satır? .....                     Tanınmış yazıçıdan sərt QINAQ: .....                     Ramiz Mehdiyevlə Köçəryanı .....                     "İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub .....                     Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi .....                     Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     “Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” .....                     Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                 

"O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq"
Tarix: 14-10-2016, 09:14 | Çap et
"O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq"
Bəzi sənətkarlar var ki, onları yola gətirmək üçün aylarla zəng etməli, xahişdə bulunmalı oluruq. Bundan nə bezirik, nə də yoruluruq. Müsahibəyə razılıqlarını alanda isə sevinirik. Mediadan və efirlərdən uzaq düşən o məşhurların nazıyla oynamağa da dəyər. Çünki əsil sənətkarla həmsöhbət olmağın ayrı ləzzəti var. Onlardan biri də Akif İslamzadədir. Deyir ki, nə az, nə çox düz 30 ildir ki, oxumur. Amma indən belə 30 il oxumasa da, Akif İslamzadə sevənlərinin yaddaşında əsil sənətkar olaraq qalacaq.

Bağda öz hücrəsində öz dünyası ilə baş-başa qalan sənətkarı söhbətə çəkdik.

- Akif müəllim, çoxdandır efirlərdə də görünmürsünüz, sənət aləmində baş verənlərdən xəbərdar olursunuz?

- Mən ümumiyyətlə, televizora baxmıram. Baxanda da idman kanallarını açıb futbolu izləyirəm.

- Heç olmasa saytları, qəzetləri izləyirsinizmi?

- 30-40 ildir ki, mətbuatı da izləmirəm.

- Yəni sənət aləmində baş verən qalmaqallardan da xəbəriniz olmur?

- Ara-sıra qulağıma gəlib çatır.

- Reaksiyanız necə olur bəs?

- Ümumiyyətlə, əsil sənətkarın qalmaqalla məşğul olmağa vaxtı qalmaz. Qalmaqalı, dedi-qodunu sənət adamına yaraşdırmıram. Allah ruzi verib, onlar da ruzilərinə təpik atırlar. Bir var qibtə, bir də var paxıllıq, mən heç vaxt kimlərəsə paxıllıq etməmişəm.

- Yəqin, bu da qulağınıza gəlib çatıb, Əli Mirəliyev mətbuata açıqlamasında tez-tez belə ifadə işlədir ki, o vaxtlar toylara gedən bir mən olmuşam, bir də Akif İslamzadə...

- Elə şey olmayıb. Bəs onda Hüseynağa Hadıyev, Gülağa Məmmədov, Zaur Rzayevin, Anatollu Qəniyevin adını niyə çəkmir? Axı onlar da sevilən sənətkarlar olub.

- Əli Mirəliyevin özünü öyməklə yanaşı, saçlarını boyayan yaşlı sənətkarlara da istehza edir, buna münasibətinizi bilmək maraqlı olardı…

- Düz eləmir. Hər kəsin öz işidir, saçını boyayır, ya boyamır. Başqalarının şəxsi işinə müdaxilə etmək lazım deyil. Bizim dövrümüzdə sənət adamı yalnız sənətlə məşğul olurdu, qalmaqalla yarışmırdı.

- Bir çoxları gündəm naminə qalmaqal edir, bəziləri də toylarının sayının artması üçün...

- Bizim vaxtımızda toy sahibləri özləri gəlib bizi axtarırdı. İlin 30 ayını məni toya dəvət edirdilər, abrıma qısılıb 7-8-nə razılıq verirdim. Toylardan 30-40 min manat pul qazana bələrdim. Yadımdadır ki, 1984-cü ilin aprelində 28 toy oxudum. Kim gəlirdi, imtina etmirdim.

- Toy sahibinin kimliyi sizin üçün maraqlı idi?

- Bizim öz çevrəmiz vardı. Toy sahibi ilə 2-3 dəqiqə danışandan sonra bilirdim ki, necə adamdır. Danışığından, hətta qalstukunu necə bağlamasından başa düşürdüm ki, o, necə insandır. Əlbəttə hər adamın toyunda oxumazdım. Abır-həyamızı qoruyardıq.

- İndi bəzən eşidirik hansısa müğənni toyda döyülüb, ya məclisdən qovulub. O dövrdə belə xoşagəlməz hallarla rastlaşırdınız?

- Toydur, orada içki məclisi də olur. Amma biz özümüzə hörmət edirdik. Özümüzü elə aparırdıq ki, kimsə bizə “gözün üstə qaşın var” deyə bilmirdi. Artıq-əskik söz eşitsəydik, bunu toydan sonra həll edərdik.

- Necə?

- Toydan çıxandan sonra gedib gecə saat 3-də kimisə evində yatdığı yerdən qaldırmışam. Toya getdiyim ilk gündə anamın mənə bir nəsihəti olub. Deyib ki, oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə “svidaniya” verəsən, südümü sənə halal etmərəm. O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq. Hamısını görməzliyə, eşitməzliyə vururduq. Biri oxumağımı bəyənirdi, biri özümə vurulurdu.

- Xanımların sevgisindən sui-istifadə edirdiniz?

- Abır-həyamız vardı. İllərlə dostlarımın evinə gedib-gəlirdim, amma yolda onların həyat yoldaşlarını, bacılarını görəndə tanımırdım.

- Lap çoxdan bir müsahibənizi oxumuşdum, orada demişdiniz ki, həyatda “brodyaqalıq” həyatı da yaşamışam…

- “Brodyaqalıq” etməmişəm, amma maraqlı yaşamışam.

- İmkanlı ailənin övladı olmusunuz, özünüz də məşhur. Bildiyimiz qədər o vaxtlar həm də dəbi diktə edən müğənni olmuşunuz...

- Geyimlərimi xaricdən alıb gətirirdik, onda pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Toydan qazandığım pulları Moskvaya aparıb dollara dəyişirdim. Başqaları araq, ikra aparıb satırdı, amma mən alveri özümə sığışdırmırdım. Onda dollar yasaq idi. Dollar gəzdirənə iş kəsərdilər. Rusiyada azərbaycanlı uşaqlar vardı, çatan kimi pulumu alıb dollara dəyişirdilər.

- Pulları necə keçirirdiniz, o vaxtlar ciddi nəzarət vardı axı?

- Elə cibimdə aparırdım. Allahdan iş elə gətirirdi ki, məni yoxlamırdılar. O qədər Moskvaya pullar aparıb dollara dəyişmişəm ki…

- Həyatınızda hansı rənglər daha çox üstünlük təşkil edib, qara, boz, yoxsa əlvan?

- Qaranın nəyi pisdir ki? Həyatım enişli-yoxuşlu olub. Bu həyatda böhtan da görmüşəm, məkr də, xəyanət də… Amma yaşadığım həyatı olduğu kimi qəbul etmişəm. Məyusluqlarım da olub, itkilərim də.

- Hansı itki ilə heç vaxt barışa bilməmisiniz?

- Valideynlərimin itkisi ilə. Anam məndən nigaran getdi. O həmişə mənə deyirdi ki, səni dəyirmana ölü salsan, diri çıxarsan. Ölümündən bir qədər əvvəl bağda oturmuşduq, qəfildən mənə dedi ki, oğlum sən möhkəm kişisən. Soruşdum ki, xeyir ola, bu nə sözdür? Dedi ki, sənin başına gələn mənim başıma gəlsəydi, havalanardım. Səsimin batmasını nəzərdə tuturdu. O vaxtdan düz 30 il keçib, onda 38 yaşım vardı.

- Çox acıdır yəqin ki, bunu xatırlamaq?

- Allahdan gələn dərdi də dərman kimi qəbul etmişəm. Əslində mən o vaxt tamam başqa tərzdə oxumaq istəyirdim, amma qismət olmadı.

- Hansı tərzdə?

- Muğam, ilahilər, mərsiyələr. Allah o yolu mənim üçün bağladı. Demək ki, məsləhət bilmədi.

- Mən öz həyat təcrübəmdə də görmüşəm, insan həyatla ölüm arasında qalandan sonra Allahı daha çox dərk etməyə başlayır… Sizdə də belə oldu?

- Bəli. 1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu.

- Bəs sonra nə oldu?

- Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra 30 ildir ki, yaşayıram. Əməliyyat olundu, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur.

- Bunu xatırlamaq sizə yəqin ki, ağırdır?

- Allah səsimi əlimdən aldı, ağlımı ki, almadı. Elə səsli müğənnilər tanıyıram ki, ağlı yoxdur.

- Həyatınızda elə bir günah işləmisiniz ki, bağışlanmağınız üçün Allaha yalvarasınız?

- Bəndə qarşısında səhvlərim ola bilər, amma günahım yoxdur. Lakin Allah qarşısında hamımızın günahı var, mənim də. Ona görə də tövbə qapısı həmişə açıqdır.

- Akif müəllim öz ifanızı, lent yazılarınızı dinləyirsiniz?

- Mən özümə heç vaxt qulaq asmıram.

- Niyə?

- Nə bilim. Əvvəldən elə olub. Özünə qulaq asmaq, güzgüdə özünə tamaşa etmək kimi bir şeydir.

- Bəs təsadüfən radioda, televiziyada mahnılarınızı eşidəndə reaksiyanız necə olur? Deyirsinizmi ki, əhsən, sənə Akif?

- Əksinə deyirəm ki, bu mahnını indi başqa cür oxuyardım.

- Mahnılardan söz düşmüşkən, bu gün kimləri dinləyirsiniz?

- Hacıbaba, Şövkət Ələkbərova, Nisə Qasımova, Alim Qasımov, Brilliant Dadaşova, Eyyub Yaqubov, Nazim, İlqar Muradov, Aygün Kazımova, Fərqanə Qasımova, Yavər Kələntərli bir dəfə demişdi ki, səsim var, amma heyim yoxdur oxumağa. Sizə bir söz deyim, insan yaşa dolsa da, səs heç vaxt itmir, sadəcə olaraq oxumağa enerjisi qalmır.

- Kimlərlə dostluq edirsiniz?

- 50 illik dostlarım var, onlarla bu gün də dostluğumu davam etdirirəm.

- Bəs sənət adamlarından?

- Elə sadaladığım bu insanlar.(publika.az)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru