"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." .....                     "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." .....                     Güney Qafqaz YENİDƏN QARIŞIR? .....                     Bu, düşüncə əxlaqıdır... .....                     Keçmiş mer nəyin güdazına getdi? .....                     Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU .....                     Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? .....                     Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... .....                     15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? .....                     Dinə ÇEVİK MÜDAXİLƏ... .....                     Expressbankda 2 yeni təyinat olub .....                     26 illik şirkət ləğv olunur .....                     Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? .....                     MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş .....                     Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: .....                     Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: .....                     Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb .....                     Rusiya gizli şəkildə İrana kömək edir .....                     Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı .....                     “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” .....                     “AFB Bank”ın İdarə Heyətinə təyinat olub .....                     Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu .....                     Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir .....                     “Citomed” borcunu ödəyə bilmir? .....                     Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik .....                     Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... .....                     Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb .....                     İçib gömrük qapısına uzanan iranlı həbs edildi .....                     Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir .....                     Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə .....                     Sülhün açarı İrəvanda: .....                     Xaricdə qızı boğub öldürən azərbaycanlılara .....                     Əməkdar artistə vəzifə verildi .....                     Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN .....                     “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var” .....                     Yasamalda qanunsuz tikinti narazılıq yaratdı .....                     Rusiya və Ermənistan arasında yük daşımaları artdı .....                     Ət niyə bahalaşır? .....                     Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? .....                     Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi .....                 

“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Tarix: 29-02-2016, 17:39 | Çap et
“Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq?”
Teleaparıcı Vüsalə Əlizadə Musavat.com saytının suallarını cavablandırıb. Teleaparıcı ilə söhbətə rol aldığı “Qardaşlar” serialından danışaraq başlayırıq.

- “Qardaşlar” serialında Dəniz obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?

- Çəkilişlər əla gedir. Kollektivimiz pozitiv insanlardan ibarətdir, bol-bol gülüb əylənirik. Bütün insanlara bizim kimi bir kollektivlə çalışmağı arzulayıram. Serialda dəli ailəyə gəlin düşmüşəm. Obrazım çox müzakirə edilən və qınanılan oldu. Dəniz xarakterinin bu qədər hay-küylə qarşılanacağını düşünmürdüm. Amma maraqlı iş alınacağını bilirdim. Çünki tərəf-müqabillərimin işləri daima müzakirələrə səbəb olub. İlk işim “Bacanaqlar” serialında oldu. “Qardaşlar”da isə baş roldayam. Şəhərdə gəzəndə adi məktəbli uşaq da “Dəniz, Novruzun (serialda Dənizin həyat yoldaşı) üstünə bəsdir də qışqırdın. Yazıq Novruz” deyə mənə səslənir. Əslində, isə o ailədə yeganə ağıllı insan Dənizdir, o da yad yerdən gəlib. O ailənin psixoloji durumu yerində deyil. Bu cür ailələr çoxdur. Novruz həyat yoldaşının və onun qohumlarının hesabına yaşayır deyə Dənizin sözündən çıxmır. Onun kimi kişilər çoxdur.

- Dəniz ailədə hegemonluq edir. Bəs Vüsalə özü ailədə necə gəlin olub?

- Bu haqda çox danışmaq istəmirəm. Hərdən deyirəm ki, kaş əvvəl Dəniz obrazını canlandırıb, sonra ailə qurardım. Bəlkə o zaman hər şey fərqli olardı. Dənizdən təcrübə yığardım, sözünü demək qabiliyyətim, bacarığım olardı.

- Hər aparıcının aktrisalıq etməyi qəbul olunmur. Amma Vüsalə tənqidlərə məruz qalmadı. Sizi digərlərindən fərqləndirən nələrdir? Tamaşaçıların sizə olan münasibəti necədir?

- Mən İncəsənət Universitetinin Rejissor-aktyor fakültəsini bitirmişəm. Müəllimlərim də aktrisalığımı bəyənir. Həmkarlarımın çoxu televiziya, kamera görməyəndə mən dövlət televiziyasında böyümüşəm. Gözümün qabağında Oqtay Ağayev, Mirzə Babayev olub, onların yanında tədbir aparan uşaq olmuşam. Ona görə də mənim üçün aktrisalıq etmək çətin olmadı.

Dəniz obrazına qarşı bəzi insanlarda isə antipatiya yaranıb. Bir aktyor, aktrisa yaratdığı obrazla özünə qarşı sevgi və ya nifrət yaradıbsa, deməli, alınıb. Mən uşaq ikən Muxtar Manıyevə nifrət edirdim. Televiziyaya gələndən, sənət aləminə qoşulandan sonra onu insan kimi tanıdım və sevgim min qat artdı. O qədər peşəkar aktyordur ki, obrazıyla tamaşaçısında nifrət yarada bilib. Bizim yaşımızda olan xanımların hamısı Rasim Balayevə aşiq olub. Ötən həftə Həmidə Ömərova verilişimdə qonaq idi, onun danışığına, davranışına, baxışına valeh olurdum. Onun kimi insanlar kumirimiz olub. Mən böyüklərdən öyrənməyə çalışan biriyəm, aktrisalığımın da zamanla daha da mükəmməl olacağına inanıram.

- Canlandırmaq arzusunda olduğunuz rol var?

- Dram janrında olan filmdə oynamaq istəyirəm. Ruhi xəstə qadının yaşadıqları barədə kitab oxumuşdum. Ən böyük arzum onun həyatını canlandırmaqdır. Oxuduqlarım məni gərginləşdirmişdi. Bəlkə də, o hekayəni ekranlaşdırmaq özümə qismət olacaq. Mənim rejissor təhsilim var. Lakin heç vaxt istəməmişəm ki, uğursuz, keyfiyyətsiz iş görüm. Maddi dəstəyim olar, imkan yaranarsa, məmnuniyyətlə film çəkərəm. Baş rolda da özüm oynayaram. Dramı sevirəm. Romantikanı da gözəl canlandırıram. Özümü isə heç vaxt komediyada görməmişəm, “Qardaşlar”da isə tam komik obraz deyiləm. Öz ciddiliyim var, sadəcə atmacalarla gülüş bəxş edirəm.

- ATV-də “Qadına görə” proqramını təqdim edirsiniz. Adətən qalmaqalsız proqramlar reytinqsiz olur.

- Proqram istədiyim nəticəni verdi. Qadınlardan xoş sözlər eşidirəm, bu da məni sevindirir. Tez-tez qadınlar mənə sosial şəbəkələrdən yazırlar, saatlarla yazışırıq, mənimlə dərdlərini bölürlər. Bizdə düşünürlər ki, həftə ərzində 10-12 reytinq olursa, veriliş baxımlıdır. Reytinqi evlərə quraşdırılmış xüsusi cihazlar bəlli edir. Mənə görə reytinq cədvəli cəmiyyətdə gördüyümüz insanların rəyidir. Yolda 10 qadın məni saxlayıb təşəkkür edirsə, deməli, proqramım baxımlıdır, sevilir. 10 qadın 10 ailənin üzvü, anası, qadınıdır. Hər verilişin öz tamaşaçısı var. Qadın proqramına başlayanda bilirdim ki, reytinqim orta səviyyədə olacaq. Cəmiyyətə yararlı iş görürəm. Qadın, ana statusu alandan sonra həmcinslərimə dəstək olmaq istəyirəm. Xanımlardan ibarət güclü komandam var, yalnız operatorla, montajçı oğlandır. Biz qadın həyatı üçün çalışırıq. Bir-biri ilə ağız büzərək danışanda, dava-dalaş edəndə insanın işi uğurlu alınmır. Qadın proqramları arasında öndə gedirik. Təvazökarlıqdan uzaq olsa da, deyəcəyəm ki, hazırda reytinqdə birinci olan, baryerləri aşan qadın proqramı yoxdur. Millət vəkilindən tutmuş sıravi qadınlar da qonağımız olub. Gözəl əl qabiliyyəti olan qadınlar öz işlərini bizim vasitəmizlə nümayiş etdirə bilirlər. Heç kim bu dünyadan heç nə aparmır, bacardığımız qədər yardımçı olmalıyıq.

- Dediniz ki, ana olandan sonra həyatı, insanlara daha çox qayğı ilə yanaşırsınız. Vüsalə necə anadır?

- Qızım Dilək mənim həyatım, canım, hər şeyim, başımın tatlı bəlasıdır. Gün ərzinin bütün yorğunlunu, stressini onunla unuduram. Zəng edib “Ay mama, hələ gəlmirsən?” deməsi mənə həyat verir. Bilirəm ki, məni kimsə sevir, axtarır. Ana olmadan öncə bacılarımı qısqanırdım. Bacımın qızı bacımı bərk qucaqlayıb içdən öpəndə qısqanclıq hissi keçirirdim. Düşünürdüm ki, görəsən, məni belə sevən olacaq? “Sənsiz ölərəm” deyən adam da övlad qədər insanı sevə bilməz. Valideynlər gərək övladlarına sevgi versin, onlara qarşı biganə olmasın.

- Cəmiyyətimiz həyat yoldaşı vəfat edən və ya boşanan qadınlara ikinci şans vermək istəmir. Növbəti dəfə ailə qurmaq istəyən xanımlara qarşı aqressiya var. Sizin də gənc yaşda ailəniz dağılıb. Yenidən ailə qurmaq istəmirsiniz?

- Əvvəl deyirdim ki, ikinci dəfə ailə qurmaram. Cəmiyyətimiz qadınlara qarşı biganə yanaşır. Qadınlar qınaq obyekti olmamaq üçün növbəti dəfə ailə qurmaqdan qorxurlar. Mənə də müxtəlif məsləhətlər verirlər. Bəziləri “Yenidən ailə qur”, bəziləri “Qız anası ərə getməz, övladın üçün yaşa” deyir. Hər şey qadının özündən asılıdır. Ağlı başında olan xanım ailə də qurar, övladı ilə əri arasında münasibətləri də tənzimləyər. Özü güclü olmayan və ayaqları üzərində dayana bilməyən qadınlar ailə qurmağa qorxmalıdır. Mən güclü qadınam. Çünki hər şeyimi, qazandığım hörməti, məşhurluğu, işimi yenidən geri qaytardım. Hər şeyi yenidən başlamaq mənə sıxıntılı günlər yaşatdı, lakin daima güldüm. Dəstək olsunlar deyə heç kimə sığınmadım. Mənim yerim boş idi, 10 gün efirdə olmayanda unudulanlardan deyiləm.

- Bu aralar həmkarlarınız biznes qurmağa üstünlük verirlər. Sizin ikinci işlə məşğul olmaq planınız var?

- 50-60 yaşıma kimi aparıcılıq etmək fikrim yoxdur. Uşaqlıqdan xəyalımda biznes-layihə var, ona da maliyyə dəstəyi lazımdır. İşimi qurub televiziyadan uzaqlaşacam. İndi vəziyət elədir ki, hansısa işə 5-10 min yatıra bilmərəm. Dünya biznesmenləri belə yatırım etmirlər. Yaxın gələcəkdə özümə uyğun karyera quracağam. Üzü danlaqlılardan olmaq istəmirəm, vaxtında getmək istəyirəm.

- Televiziyaya yeni simalar gəlmir. İllərdir ki, eyni teleaparıcılar efirdədir. Eyni simaları görmək də insanların televiziyaya olan marağını azaldır.

- Bu fikirlə razıyam, televiziyada qıtlıq var. Yararlı olmayan aparıcı televiziyadan getməlidir ki, bacarıqlı gənclərə yol açılsın. O qədər bacarıqlı gənclərimiz var. Onlar teleməkana gəlsələr, irəliləyişlər olar. Hər dövrün adamı var. Biz gənclərə dəstək olmalıyıq. Təəssüf ki, həmkarlarımın 90%-i gənclərə paxıllıq edir. Televiziyanın inkişaf etməsi üçün istedadlı insanlara yol açılmalıdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30
26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28
Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18
Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14
Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09
Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59
Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52
Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27
“AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24
Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16
Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12
“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08
Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59
Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50
İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03
Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00
Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58
Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50
Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45
Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35
“Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07
Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04
Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02
Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45
BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40
Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28
Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27
“Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23
Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21
“Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Dünən, 12:19
Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Dünən, 12:14
Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru