Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                     Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib .....                     Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib .....                     “Tamaşaçını şitliyə siz alışdırmısınız” .....                     Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub .....                     Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib .....                     Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! .....                     Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır .....                     Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                 

AQTA möhtəkirliyin keşikçisi rolunda... - “Qurumun məqsədi qida təhlükəsizliyi deyil”
Tarix: 15-07-2019, 09:34 | Çap et
AQTA möhtəkirliyin keşikçisi rolunda...
Yağ bazarında son illər ərzində formalaşan vəziyyət ürəkaçan deyil. Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli satışa çıxarılan keyfiyyətsiz yağların tərkibində insan orqanizmi üçün təhlükəli maddələrin aşkar olunduğunu deyib. O bildirib ki, Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarı normadan yuxarı olub. Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağ ekspertizaya cəlb olunub:

“Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub. Trans yağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər".

Məlumat üçün qeyd edək ki, yağ əhalinin ən çox istehlak etdiyi 10 qida məhsulundan biridir. Əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinə il ərzində adambaşına yeddi kiloqram kərə yağı daxildir. Azərbaycanda 30 növdən çox kərə yağı satılır ki, bunun da hansının əsl kərə yağı olmasını müəyyən etmək istehlakçı üçün əsl işgəncədir. Ümumiyyətlə, kərə yağının keyfiyyət və qiymət istehsalat bazarında daim ciddi problemlər yaradıb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, qurumun rəhbəri bu yağların adını ictimaiyyətdən sirr kimi saxlayıb. Ağıla gələnlərdən biri budur ki, Qoşqar Təhməzli istehsalçı hüquqlarını nəzərə alaraq bu yağların adlarını açıqlamayıb. Amma bir tərəfdə bir neçə istehsalçı varsa, digər tərəfdə sayı milyonlarla olan istehlakçı var. Təəssüf ki, AQTA bu gün yararsız məhsullar istehsal etməsinə rəğmən bu işbazların maraqlarını qorumaqdan, istehlakçı hüquqlarını isə heçə saymaqdan çəkinmir. 5-10 “istehsalçı”ya görə 10 milyonluq Azərbaycan əhalisi təhlükəyə atılır.

Qeyd edək ki, Azərbaycanda mənfi rəy almış məhsulların adlarının açıqlanması nümunəsini dünən Səhiyyə Nazirliyi ortaya qoydu. Belə ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin may - iyun aylarında 27 Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib. Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir. Deməli, ortada müsbət təcrübə də var və AQTA, ən azından bu müsbət təcrübədən yararlana bilır.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində çox maraqlı mövqeyə malikdir:

“Qurumun əsasnaməsində nəzərdə tutulan funksiyaların yerinə yetirilməsi artıq yaddan çıxıb. Əgər bu gün hər hansı bir qida məhsulunun yararsız olduğu aşkarlanıbsa, istənilən hökumət qurumu onu bəyan etməlidir. Amerikada, Avropada, dünyanın inkişaf etmiş ölkələrində hökumət istehlakçı boykotundan istifadə edir. Yəni sahibkarın hansısa çeşiddəki məhsulu az və ya çox dərəcədə keyfiyyətsizdirsə, onların adı dərhal ictimaiyyətə açıqlanır və cəmiyyət bu məhsulları boykot etməyə çağırılır. Hansı istehsalçı hüququnun müdafiəsindən söhbət gedə bilər ki, o sahibkarlar vətəndaşları zəhərləyir?! İstehsalçının hüququ olduğu kimi, istehlakçının da hüquqları var. 12 sahibkarın istehsal etdiyi keyfiyyətsiz məhsul 10 milyon əhalini zəhərləməlidir? Sahibkarlar və onların istehsal etdiyi məhsulların adları dərhal ifşa olunmalıdır. Bu cür açıqlamalar cəmiyyətdə AQTA-ya etimadı artıra bilər. Məhz elə həmin konfransda Qoşqar Təhməzli cəmiyyətin onlara etimadının olmadığından da gileylənmişdi. Vətəndaşlar onlarla əməkdaşlıq etmək istəmir. Qida təhlükəsizliyinin təmin edilməsinin çox müxtəlif variantları var. Əsasnaməyə əsasən, fermadan və ya tarladan istehlakçının masasına qədər qida məhsullarına AQTA nəzarət etməlidir. Agentlik təkbaşına bu qədər fermaya, fermerə, sahibkara nəzarət edə bilməz. Sadəcə olaraq, vətəndaş cəmiyyətinin dəstəyi ilə bu nəzarəti təşkil etməlidir”.

“AQTA -nın məqsədi qida təhlükəsizliyi deyil”

Analitikin sözlərinə görə, AQTA-nın yaydığı yarımçıq informasiyalar, atdığı addımlar qurumun məqsədinin qida təhlükəsizliyini təmin etmək olmadığını göstərir:

“Qoşqar Təhməzli bazarda “nehrə yağı” adı altında markasız, ticarət nişanı və istehsalçının adı olmadan 5 manata satılan yağlardan da danışıb. Bundan sonra 5 manata nehrə və yaxud kərə yağı satan sahibkarlar dərhal qiyməti 10 manata qaldırır. Bu zaman 5 manata satılan adsız yağları necə müəyyən etmək olar? Elan edirlər ki, enerji içkilərinin tərkibində 32 millidən artıq kofein varsa, yararsızdır. Amma hansı şirkətin istehsal etdiyi məhsulda kofeinin miqdarı çoxdur, onu elan etmirlər. Yəni yarımçıq informasiyalar verilir. Hesab edirəm ki, yarımçıq informasiyalar qəsdlə verilir. Bir neçə gün əvvəl AQTA geni modifikasiya edilmiş 30 adda bitkinin adını açıqlamışdı. Həmin informasiyanın əvvəlində yazılır ki, AQTA GMO-lu bitkilərin adını açıqladı. Siyahıya qədər yazılan 5-6 cümlə GMO-lu bitkilərin lobbiçiliyinə yönəlib. Qeyd olunur ki, dünyada 500 araşdırma aparılıb, heç birində GMO-nun insan orqanizminə mənfi təsiri qeydə alınmayıb. İnformasiya ilə tanış olduqca aydın görünür ki, agentlik GMO-nun təbliğatını aparır. Halbuki ölkə qanunvericiliyinə görə, GMO-lu məhsul idxal etmək qadağandır. İndi bilmək olmur qanunu qəbul edənlər səhvdir, yoxsa AQTA? Bu agentliyin fəaliyyətində ziddiyyətli məqamlar kifayət qədərdir. Hesab edirəm ki, bu agentliyin fəaliyyətində dəyişiklik etmək lazımdır. GMO-lu meyvələrin lobbiçiliyini aparan, onu zərərsiz məhsul kimi dünya dövlətlərinə təqdim edən bir mafiya var. Həmin mafiyalar müxtəlif ölkələrin bəzi strukturlarını müəyyən vasitələrlə ələ almağa çalışır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru