Astara Pedoqoji Kollecində “yağmalama sessiyası” - İDDİA
Tarix: 10-01-2019, 09:37 | Çap et
 Pedaqoji kadrların hazırlanması hər zaman təhsilin ən prioritet sahəsi olaraq qalır. Çünki, millətin gələcəyi, elmi potensialı məhz müəllim əməyinin nəticəsində əldə olunur. Ulu öndər “mən dünyada müəllim adından şərəfli ad tanımıram” deyəndə məhz bunları nəzərdə tuturdu. Gələcəyin müəllimlərini hazırlayan Astara Pedaoji Kollecində isə gələcəyimizə göz görə-görə zərbə vurulur desək yanılmarıaq. Rubrika.az saytına burada hökm sürən ab-hava haqqında elə məlumatlar daxil olub ki, oxuduqca adamın damarlarında qanı donur. Xatırladaq ki, APK ölkəmizdə öz “ənənələri” ilə tanınan təhsil ocaqlarındandır. 2015-ci ildə Kollecin keçmiş direktoru rüşvət alarkən həbs olunmuşdu. O zaman çoxları düşünürdü ki, bu biabırçı fakt başqaları üçün-ən azından Astara Pedaqoji Kollecinin kollektivi üçün görk olacaq. Ancaq deyir sən saydığını say, gör təzə direktor nə sayır. Mikayıl Cabbarov Təhsil naziri işləyərkən kollecə öz müşaviri Ağababa İbrahimovu direktor təyin edəndə yəqin ümid edib ki, burada vəziyyət kökündən dəyişiləcək, rüşvətə son qoyulacaq, təhsilin keyfiyyəti yüksələcək. Nə yazıq ki, kollecdə təhsilin səviyyəsi yüksəlməsə də rüşvətin məbləği ildən-ilə yüksəlib. Kollecdə bu məbləğ az qala Mərkəzi Bankın günlük valyuta məzənnələri ilə nizamlanır. Necə də olsa BAZAR iqtisadiyyatı dövründə yaşayırıq. Rubrika.az saytına verilən məlumatlara görə, hazırda Kollecdə 800-ə yaxın tələbə təhsil alır. Qış imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələr əməlli-başlı hazırlaşıblar. Elə düşünməyin ki, binəva tələbələr gecə-gündüz kitab oxuyub qeydlər aparırlar. Əsla-belə imtahana hazırlaşmağı kollecdə kimə desəniz gülməkdən uğunub gedər. Burada imtahanı tələbələr başları ilə yox, cibləri ilə verirlər. Ümumiyyətlə kollecdə pulsuz yalnız nəfəs almaq mümkündür. Tələbələr Rubrika.az saytına bildirirlər ki, Ağababa müəllim belə davam eləsə yaxında yəqin ki, bizlərdən hava pulu da alınacaq. Kollecdə hər işin öz qiyməti var. Dərsə gəlməməyin, həftəliyin, aylığın, imtahanların... İmtahan demişkən indi sessiyanın ən qızğın vaxtlarıdır. Aldığımız məlumata görə şıdırğı imtahan yağmalanması həyata keçirilir. Bəli-bəli məhz yağmalanması. Tələbələrdən 250-300 manatdan pul toplanılır. Ağababa müəllimin kollecdə tətbiq etdiyi yeni imtahan tarifləri məhz bu qiymətlərdən başlanır. Kimsəyə güzəşt belə olunmur. Rubrika.az saytına verilən məlumata görə imtahanlardan keçmək üçün tələbələrdən biri hətta son ümid kimi anasının nişan üzüyünü belə satmağa məcbur qalıb. Ağababa İbrahimovun rəhbərlik etdiyi kollecdə baş verən başqa dəhşətli faktlar da bizə məlumdur-deyib çox da qanınızı qaraltmaq istəmirik. İnanırıq ki, bir gün qızıl üzük lazımi yerlərdə dil açıb çox mətləblərdən məlumat verəcək. Hər halda Kollecin artıq belə bir təcrübəsi var!
PS. Yazı hazırlanarkən Kollecin direktoru Ağababa İbrahimovla əlaqə saxlamağa cəhd etdik. Direktorla əlaqə saxlamaq mümkün olmadı, telefonlarımıza cavab vermədi. Şöbə müdiri vəzifəsində işləyən Yusif müəllimlə telefon əlaqəsi yaratdıq, münasibət bildirməyini istədik. O, bu barədə direktora məlumat verəcəyini bildirdi. Daşdan səs çıxdı, direktordan səs çıxmadı.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
| • Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48 |
|
|
|
| • "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43 |
|
|
|
| • Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24 |
|
|
|
| • ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21 |
|
|
|
| • "Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15 |
|
|
|
| • “Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09 |
|
|
|
| • Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07 |
|
|
|
| • 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00 |
|
|
|
| • İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59 |
|
|
|
| • Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54 |
|
|
|
| • Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25 |
|
|
|
| • ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20 |
|
|
|
| • İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
| • Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01 |
|
|
|
| • O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55 |
|
|
|
| • “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41 |
|
|
|
| • Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32 |
|
|
|
| • Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30 |
|
|
|
| • Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29 |
|
|
|
| • Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26 |
|
|
|
| • Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15 |
|
|
|
| • S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09 |
|
|
|
| • "Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51 |
|
|
|
| • Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48 |
|
|
|
| • Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46 |
|
|
|
| • “Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45 |
|
|
|
| • İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42 |
|
|
|
| • Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41 |
|
|
|
| • ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36 |
|
|
|
| • Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12 |
|
|
|
| • "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05 |
|
|
|
| • Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02 |
|
|
|
| • Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49 |
|
|
|
| • İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47 |
|
|
|
| • Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44 |
|
|
|
| • Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38 |
|
|
|
| • GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28 |
|
|
|
| • Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26 |
|
|
|
| • İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24 |
|
|
|
| • Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
|