Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                 

Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib - yeni faktlar
Tarix: 6-09-2018, 09:03 | Çap et
Elmar Vəliyevin adamı sahibkarın 1,5 milyonunu mənimsəyib
Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bu günlərdə işdən çıxarılan rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli”, “torpaq alverçisi” kimi tanınan Məharət Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılmışdı. Həmin məqalələrdə onun Gəncədə vətəndaşlara saxta sənədlə torpaq verməsi, müxtəlif adamlardan pul alıb, sonra aldatması ilə bağlı çoxsaylı faktların olduğunu bildirmişdik.

Məharət Mustafayev haqda redaksiyamıza növbəti ilginc məlumatlar daxil olub. Xəbəri verən mənbə deyir ki, M.Mustafayevin Elmar Vəliyevə arxalanaraq törətdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbə iddia edir ki, M.Mustafayevin adı uzun illər törədilmiş qətl işində də keçir. Amma bu haqda dəqiqləşdirmələr apara bilmədiymizdən həmin məsələnin detallarını dərc etmirik.

Qaynaq qeyd edir ki, Məharət Mustafayev Gəncənin Nizami rayonunun icra başçısı olarkən, habelə o vəzifədən azad edilib Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işlədiyi müddətdə bir neçə təmir-tikinti şirkətinin sahibinin başına müsibətlər gətirib: “Məharət Mustafayev kriminal davranışlı adamdır. O, hətta bir neçə il öncə Elmar Vəliyevə xoş gəlsin deyə, Gəncədə abadlıq işləri aparan, lakin müəyyən səbəbdən 1-2 gün işi gec yekunlaşdıran şirkətin rəhbər şəxslərini başının dəstəsi ilə şəhərin ortasında döymüşdü. Bir neçə şirkətə isə Gəncədə abadlıq işləri gördürərək, pullarını verməyib”.

Mənbə daha sonra bildirir ki, Məharət Mustafayevin problemlər yaratdığı şirkət rəhbərlərindən biri də Nizami Həsənovdur. Sitat: “Nizami Həsənovun ”Kolani MMC" adlı şirkəti var. O, çox yaxşı, bacarıqlı mühəndisdir və gördüyü işlər hamının xoşuna gəlib. Onun şirkəti Gəncənin abadlaşdırılması işinə cəlb edilmişdi. Nizami Həsənov 2011-2013-cü illər ərzində Gəncədə Dram Teatrını, Filarmoniya binasını tam, əsaslı təmir edib. Həmçinin şəhərin bir sıra ərazilərinin abadlaşdırılması işini görüb, Heydər Parkının təmirini edib. Həmin vaxt Məharət Mustafayev Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi və “Kolani MMC”nin sifarişçisi də onun rəhbərlik etdiyi icra hakimiyyəti idi. Faktiki olaraq, dövlət sifarişi ilə görülən işlər üzrə tərtib olunan “Forma-2" adlı sənəd məhz Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Məharət Mustafayevin imzası və möhürü ilə təsdiqlənib. Həmin vaxt Nizami Həsənov işləri görüb, başa çatdırandan sonra ona yaranmış 1 milyon 538 min manat borcu ödəmək istəmədilər. Baxmayaraq ki, Məharət Mustafayev imza ataraq, möhür vuraraq ”Forma-2"də yazıb ki, “Kolani MMC”yə 1 milyon 538 min manat borcu var, onu qısa müddətdə ödəyəcək. İş adamına, sadəcə, söz verdilər, 1 manat da olsun pul vermədilər".

Mənbə bildirir ki, bundan sonra Nizami Həsənov tam müflis olub, şirkəti iflic vəziyyətə düşüb. Abadlıq işləri üçün işlədilən tikinti materiallarını müxtəlif firmalardan nisyə götürdüyü üçün həmin firmalara küllü miqdarda borcu yaranıb. Mənbə həmçinin iddia edir ki, Nizami Həsənovu nisyə tikinti materialları aldığı adamlar sıxışdırırdı. İş adamı təzyiqlərə dözməyərək intihara cəhd etmişdi. Son anda onu xilas etmək mümkün olmuşdu. Sitat: “Bundan sonra Elmar Vəliyev səs-küy yaranacağından ehtiyatlanaraq, onu yanına çağırıb borcun əvəzində Gəncə ətrafında 150 hektar torpaq təklif etmişdi. Ora isə tam yararsız bir ərazi idi, nə satmağa yarayırdı, nə də əkin-biçinə. Nizami Həsənov oranı borc əvəzinə götürməyib ki, ona şirkətlərə ödəməyə nağd pul lazımdır. Bundan sonra Məharət Mustafayev demişdi ki, ”indi heç torpağı da vermirik, get nə bilirsən elə". Faktiki olaraq Məharət Mustafayev dövlətin təmir-tikinti üçün ayırdığı, “Kolani MMC”yə verilməli olan 1 milyon 538 min manatı mənimsəyib. Nizami Həsənov da bu gün çox ağır bir durumdadır, 5 ildir onun başına müsibətlər gətiriblər".

Mənbə bildirib ki, Məharət Mustafayevin əməlləri bununla bitmir: “Onun borclu olduğu, daha doğrusu, dövlət layihəsi üzrə iş gördürüb xeyli pulunu mənimsədiyi digər şirkətlər də var. Həmçinin Məharət Mustafayev işdən çıxarılandan sonra Gəncədə yüzlərlə vətəndaş müxtəlif aidiyyəti qurumlara şikayət edərək bildirib ki, Məharət Mustafayev onlara torpaq satıb, ancaq sənəd verməyib, yaxud pullarını alıb, torpaq sahəsi verməyib”.

Qaynaq qeyd edir ki, yeni icra başçısı Niyazi Bayramovun göstərişi ilə Məharət Mustafayevin əməllərinin araşdırılması üçün yaradılan komissiya işini davam etdirir: “Heç şübhəsiz ki, Məharət Mustafayev yol verdiyi ağlasığmaz qanunsuzluqlara, ağır cinayət xarakterli əməllərə görə cavab verəcək”.

Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə, qəzetdə çap etməyə hazırdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru