Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                 

Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Tarix: 25-08-2018, 10:36 | Çap et
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Bir neçə gün öncə Astara rayonunun Şüvi kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 100-ə yaxın iribuynuzlu heyvanın kütləvi şəkildə tələf olması barədə məlumat vermişdik. Kənd sakini bildirmişdi ki, heyvanları gənə əleyhinə dezinfeksiya edildikdən sonra zəhərlənib. Dünən səhər saatlarında isə qonşu Şuvaş kəndində daha 8 inək eyni səbəbdən zəhərlənib.

Heyvanları ölmüş Şuvaş kənd sakini Firdovsi Mahmudov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, ilk dəfədir belə hadisə ilə üzləşir: “Dünən səhər saat 07:30-da yoldaşım heyvanları gənələrə qarşı dezinfeksiya etdi. 10 dəqiqə keçməmiş isə bütün inəklərin zəhərləndiyini dedi. Gəlib gördüm ki, 3-4 buzov həyətdə o baş-bu başa qaçır, dilləri ağızlarından sallanıb və ağızları köpüklənir. Sonra isə hərəsi bir tərəfə yıxılıb çabalamağa başladı”.

F.Mahmudov bu hadisə ilə bağlı Rayon Baytarlıq İdarəsinə də müraciət etdiyini qeyd edib: “İdarədən bizə dərmanı dozadan artıq istifadə etdiyimizi dedilər. Bu işlə birinci il deyil ki, məşğuluq, gözümüzü açandan həyətimizdə mal-heyvan saxlamışıq. Bu illər ərzində də belə fəsadla qarşılaşmamışıq. İlk dəfə deyil ki, dozasını bilməyək. Bu il də hər il olduğu kimi dərmanlamışıq. Kim istəyər ki, öz heyvanına ziyan vursun?”

Kənd sakini 8 baş inəyinin zəhərləndiyini, onlardan 5-nin öldüyünü, 3-nün isə xilas edildiyini deyib: “İş orasındadır ki, dünən heyvan 8-10 dəqiqə ərzində ölüb, ancaq heyvanların üstündəki gənələr dünəndən bəri ölməyib. Mənə deyirlər ki, dərman sovrulandan 12 saat sonra ölür. Qonşu kənd sakininin inəkləri isə 3 sutkadır zəhərlənib, amma onların üstündəki gənələr də hələ ölməyib”.

Şikayətçi onu da əlavə edib ki, istifadə etdikləri dərman müxtəlif qablaşdırmada olsa da, tərkibləri eyni olub: “Mənim istifadə elədiyim dərman ampula şəklindədir, qonşu kənddə istifadə edilən isə litrlik qabda olub, ancaq eyni tərkibdədirlər. Qida Təhlükəsizliyi Agentliyindən gəlib həmin dərmanı yoxladılar, dedilər ki, bu dərman İordaniya istehsalıdır, 2016-cı ildən isə ölkə ərazisində satışı qadağan olunub. Həmin dərmanı rayon apteklərinin birindən almışdım. Bundan əvvəllər də istifadə eləmişdim, amma belə fəsadlar olmamışdı”.

F.Mahmudov tələf olan heyvanlardan götürülmüş nümunələri Lənkəranda yerləşən laboratoriyaya aparıb. İddia etdiyinə görə, orada qəribə cavabla qarşılaşıb: “Laboratoriyada məndən diri balıq gətirməyimi istədilər. Təəccüblə diri balığın nəyə lazım olduğunu soruşdum. Bildiriblər ki, ölmüş heyvanların ətindən balıqlara yedirəcəklər və sonra onları yoxlayacaqlar. Alınan nəticəni isə gələn həftənin 1-2-ci günləri mənə deyəcəklər”.

“İndi digər həmkəndlilərimiz də heyvanlarını dezinfeksiya etməkdən qorxur. Hazırda heyvanlarda bəs deyən qədər gənə var və heyvanları talayır. Dünən Baş Baytarlıq İdarəsindən də mütəxəssis gəlmişdi, ona bu barədə də məlumat verdim” – deyə kənd sakini vurğulayıb.

Bir neçə gün 100-ə yaxın heyvanı tələf olan fermer Şaban Məmmədov da Sputnik Azərbaycan-ın bölgə müxbirinə hadisə barəsində ətraflı məlumat verib. Bildirib ki, həmin gün xilas edilən inəklərdən biri də tələf olub: “Nə qədər köməklik göstərdiksə, xeyri olmadı. Sağ qalan heyvanlara da nəsə olub. Fermanın ərazisinə gəlmirlər, insanları görən kimi qaçırlar. Hələ ki, heyvanlar normal vəziyyətdə deyil”.

Fermer zəhərlənmiş inəklərini kolbasa sexlərinə verməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Mənə şər atırlar, xəstə inəyimi belə, heç vaxt kolbasa sexinə verməmişəm, o qalmışdı ki, zəhərlənib ölmüş malları. Mən bilirəm ki, kolbasanı bizim xalq yeyir”.

O qeyd edib ki, heyvanların basdırılması Rayon Baytarlıq İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib: “Öz vəsaitim hesabına ekskavatorlar gətirdim, dərin çalalar qazdırıb heyvanları dezinfeksiya edilmədən basdırdıq”.

Fermerin iddia etdiyinə görə, ona şifahi olaraq, dezinfeksiya üçün istifadə etdiyi dərmanın 2016-cı ildə ölkə ərazisinə gətirilməsinin qadağan olunduğu bildirilib: “2016-cı ildən 2 il vaxt keçməsinə baxmayaraq, indi də bu dərmanlar satışdadır, indi də bu fəsadlar başımıza gəlib. Xahiş edirik ki, bununla bağlı bir tədbir görülsün”.

Ş.Məmmədovun sözlərinə görə, Rayon Baytarlıq İdarəsi onu özbaşına dərman almaqda və dərmandan dozasından artıq istifadə etməkdə ittiham edir: “Bunun dərman dozası ilə heç bir əlaqəsi yoxdur. Burda ancaq biz fermerləri günahkar çıxarmaq istəyirlər. Mən 100% əminəm ki, bu dərmanın tərkibində kimyəvi təsir var. Özbaşına dərman almağıma gəldikdə isə, gətirib bizə dərman, texnika versinlər. Biz də pulumuzu ora-bura xərcləməyək, özümüzə ziyan vurmayaq”.

“Gedək dövlətdən dərman alaq, dövlətin texnikasını gətirib heyvanları çimizdirək. Nə dərman verirlər, nə də texnika. Bir xəstəlik düşən kimi də gəlib ağzımızdan vururlar ki, “biz bu işin qaydasını bilirik, siz heç nə bilmirsiniz” – deyə fermer əlavə edib.

Məmmədov təsərrüfatından bir neçə baş qoyun da saxlayır. Dediyinə görə, artıq qoyunlardan da biri xəstələnərək ölüb. Bir neçəsində isə xəstəlik əlamətləri yaranıb. O, qoyunlarının zəhərlənmiş inəklərin öldüyü ərazilərdə otlayaraq zəhərləndiyindən şübhələnir.

Astara şəhəri ərazisində yerləşən bir neçə baytar aptekinə baş çəkib, kənd sakinlərinin dezinfeksiya üçün istifadə etdikləri sözügedən dərmanla maraqlandıq. Lakin heç bir aptekdə həmin dərman olmadı. Bizə həmin dərmanın satışının qadağan edildiyi bildirildi.

Sputnik Azərbaycan baş vermiş hadisəyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin də münasibətini öyrənib. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, Şaban Məmmədov böyük bir təsərrüfat sahibidir: “Baytarlıq qanunvericiliyinə görə, həmin vətəndaş baytar həkim saxlamalı idi və baytar həkiminin iştirakı ilə həmin heyvanlar çimizdirilməli idi. Təəssüf ki, sahibkar bu qaydalara əməl etməyib, həmçinin çimizdirmə üçün tələb edilən dərmanı resept yazılmadan, özbaşına aptekdən alıb və özbaşına çimizdirmə aparıb. Bunun nəticəsində də 78 baş heyvan tələf olub”.

Yolçu Xanvəli bildirib ki, həm götürülən patoloji materiallar, həm də çimizdirmədə istifadə edilən kimyəvi maddədən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib: “Müayinələr başa çatdıqdan sonra tam bəlli olacaq ki, bu, necə baş verib. Amma sahibkarın verdiyi izahata görə, o normadan artıq kimyəvi maddədən istifadə edib”.

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölmüş inəklərin cəsədlərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Sınaq Laboratoriyasına göndərilib: “Həftənin 1-ci günü gələn cavablardan sonra dəqiq səbəb bəlli olacaq. Əgər doğrudan da dərmanın tərkibində nəsə varsa, bizə də aydın olsun. Bizə də maraqlıdır, o dərmanın tərkibində nə var ki, heyvanlar zəhərlənib?”

“Hər iki fermer gənəyə qarşı 60%-lik “Diozolin” tərkibli dərman vasitəsindən istifadə etdikdən sonra inəkləri tələf olub. İnəkləri dərmanlayan şəxsləri danışdırdıq. Bəlli oldu ki, 10 qramlıq ampulanın içərisindəki dərmanı suya həcmini bilmədən, gözəyarı qatıblar. Halbuki, ampulanın üzərindəki təlimatda yazılıb ki, 1 milli litr dərman vasitəsi 2 litr suya qatılmalıdır” – deyə qurum rəsmisi deyib.

İdarə rəisi onu da qeyd edib ki, tələf olmuş heyvanlar sahibləri tərəfindən basdırılsa da, ərazi İdarə əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru