“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                 

“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində
Tarix: 21-08-2018, 09:21 | Çap et
“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir
Yenə "Azəriqaz” İstehsalat Birliyi, yenə də onun onun səlahiyyət sahiblərinin qəribə iddiası. İndiyədək onlar bu cür iddialarla çox ailənin evini başına uçurub, evsiz-eşiksiz qalan insanları bəlaya salıb. İndi isə, Bakı şəhəri, M. Ə. Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Park-Bağ küçəsində ötən əsrin 80-ci illərinin sonundan başlayaraq, olmazın çətinliklərlə özlərinə ev-eşik düzəldib, yaşamağa başlayan 30-yaxın ailə belə bir dəhşətlə üz-üzədir.

"Azəriqaz” səlahiyyətləri onlara qarşı da belə bir iddia ilə "meydan sulayırlar” ki, guya, bu ünvanda yerləşən ev və tikililərini qaz kəmərlərinin mühafizə zonasında inşa ediblər – ötən 30 il ərzində: Qəribədir deyilmi?!

İddiaçının, cavabdehlərin bu zonada inşa etdikləri ev-eşiklərinin, həyət-bacalarının sökülməsi tələbinə dair iddia ərizələri çoxdan məhkəməyə də təqdim edilib. İddiaçının müraciətlərinin əsas hissəsi ondan ibarətdir ki, bu ərazidən keçən və "Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 273 millimetrlik yeraltı orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş yaşayış binalarının və tikililərin cavabdehlərin öz hesabına, əvəzi ödənilmədən sökülərək, kəmərin mühafizə zonasından çıxarılması, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçının hesabına ödənilməsi barədə məhkəmə qətnamə qəbul etsin. "Azəriqaz” tələbinin hüquqi əsasları kimi, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud şəkildə pozulduğunu göstərib.

Açıq kecirilən məhkəmə iclaslarında cavabdehlərin iştirakının vacibliyi heç kəsi maraqlandırmayıb. Hətta proseslərin keçirilmə yeri və vaxtı barədə cavabdehlər vaxtında məlumatlandırılmayıb. Lakin iclaslarda iddianı müdafiə etmək və iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat vermək, iddianın təmin edilməsini məhkəmə heyətindən xahiş etmək üçün, iddiaçının nümayəndəsinə gen-bol şərait yaradılıb.

Araz.az-ın əməkdaşları ilə görüşən tikili sahibləri, ədalət məhkəməsinin təhlükə ilə üz-üzə olan insanlara qarşı bu etinasızlığından şoka düşdüklərini bildiriblər: "Biz, Park-Bağ küçəsində yerləşən həmin evlərdə çoxdan qeydiyyatdayıq və burada da yaşayırıq. Buna baxmayaraq, ötən ilin yay aylarında bizə Bakı Regional Qaz İstismarı Departamenti tərəfindən Xəbərdarlıq məktubları paylanıldı.
Xəbərdarlıqda göstərilirdi ki, idarənin balansında olan 273 millimetrlik qaz xəttinin üzərində bizim tərəfimizdən ev və s. tikililər inşa edilib. Bundan sonra, hətta bəzi sakinlərə qarşı müvafiq məhkəmədə iddia tələbləri də irəli sürüldü. Bu iddialar məhkəmə baxışı mərhələsində olanda bizə xəbərdarlıq məktubları gəlmədi. İşlərə bizim iştirakımız olmadan baxan məhkəmə, həmin iclaslarda əleyhimizə qərarlar çıxartdı.

Məhkəmə bilməyib ki, biz müxtəlif vaxtlarda və müxtəlif əsaslarla tikinti işləri apardıqda, bu ərazidən qaz xəttinin keçməsi barədə xəbərsiz olmuşuq. Və bu səbəbdən də, tikililər təsadüfi olaraq, məhz xəttin keçdiyi yerlərdə inşa edilib. Bir vətəndaş olaraq, anlayırıq ki, "Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu”nun və digər normativ hüquqi aktların tələblərinə əsasən, adını çəkdiyimiz idarə və digər səlahiyyətli təşkilatlar qaz xətləri və kəmərlərinə xidmət göstərməli, müvafiq-təmir işlərini aparmalı, habelə fasiləsiz qaz təchizatını həyata keçirməlidir. Bu səbəbdən də, biz, mövcud durumun aradan qaldırılması məqsədilə bir yerə toplaşıb, bu qənaətə gəldik ki, qaz xəttinin yerinin dəyişdirilməsini öz vəsaitimiz hesabına həyata keçirək. Yazılı müraciətlərlə "Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevdən də xahiş etdik ki, bizim evlərin və tikililərin altından keçən və idarənin balansında olan 400 metrə yaxın 273-mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə ekspertizanın təyin edilməsində və smeta dəyərinin müəyyən olunmasında bizə köməklik göstərsin.

Nə olsun, xahişimizi ədalət çərçivəsində nəzərə alan yoxdur. Ortaya elə bir məbləğ qoyulur ki, sarsıntıdan bir neçə ev və tikili sahibinin az qalıb ürəkləri dayansın. Biçarələr nə edə bilərlər – çoxu ailəsinin gündəlik çörəkpulunu zorla tapır”. Stress və narahatlıq məngənəsində olan ev sahibləri araz.az-ın əməkdaşlarına onu da dedilər ki, yazılı və şifahi etiraz müraciətlərinə aşağı instansiyalarda baxan olmadığından, həm də evlərindəki üzüntü, sarsıntı mühitinə son qoymaq ümidiylə onlar yuxarılara – ölkə başçısı İlham Əliyev cənablarına, birinci Vitse – prezident Mehriban xanım Əliyevaya, "Azəriqaz” və digər dövlət qurumları rəhbərlərinə dəfələrlə müraciətlər ünvanlayıb, onlara kömək etmələrini, bu istiqamətdə təcili və qəti tədbirlər görmələrini onlardan xahiş ediblər: "Nə olsun, etiraz səsimizi eşidən hələ də tapılmayıb! Bizim xüsusi mülkiyyətimiz olan evlərimizi qaz xətti adı ilə sökmək, başımıza oyun açmaq iistəyirlər. Özbaşınalıqların qarşısını almaqda acizik. İşlər belə davam edərsə, deyəsən, evsiz qalacağıq.” Sakinlər yuxarı instansiyalara ünvanladıqları həmin müraciətlərin, habelə bu işə aid olan digər vacib sənədlərin surətini redaksiyamıza da təqdim ediblər. Həmin sənədlərdən biri Binəqədi rayon Məhkəməsinin ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması haqqında çıxartdığı Qərardaddır. Bu Qərardadda göstərilir ki, məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edib ki, mübahisənin tam hərtərəfli və obyektiv araşdırılmasından ötrü, iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə – torpaqşünaslıq ekspertizası təyin edilməsi mütləq müəyyənləşdirilməlidir. Qeyd edilən hal isə, xüsusi bilik tələb edən xüsusi sahə olduğundan, məhkəmə hesab edib ki, şikayətin obyektiv araşdırılması üçün, iş üzrə məhkəmə ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməli, ekspertizanın aparılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və "Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri cəlb edilməlidir. Həmçinin ekspertlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməlidir.

Ekspert bilə-bilə yalan rəy verməyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti daşıyır. Həmçinin, bu Qərardada əsasən, "Azəriqaz”ın tələblərinə aid işin icraatı dayandırılıb. Lakin bütün bunlara baxmayaraq, Bakı Regional Qaz İstismarı Departamentinin əməkdaşları tikili sahiblərini, bu yaxınlarda evlərini uçuracaqları qorxusuyla, hələ də təhdid edirlər. Onlar həm də ekspert rolunda olacaq mütəxəssislərdir. Onlardan obyektiv nəsə gözləmək olar?! Narahat sakinlər isə, Departament rəisi Qurban Mehdiyevə ərizə ilə müraciət edərək, hətta dəfələrlə yanında da olublar. Nə rəisin özü, nə də departamentin bu işə məsul digər əməkdaşları onlarla yaxşı yöndən söhbət etmək belə istəməyiblər.

Çözülməsi mumkun olmayan ev, tikili bəlasına düçar olan və etdikləri müraciətlərin heç birinə müsbət cavab ala bilməyən sakinlər, bu problemlərinə çarə tapmaqda aciz olduqlarını deyirlər: "İndiyədək etdiyimiz müraciət və şikayətlərin heç birinə baxmayıblar. Ən qəribəsi budur ki, aidiyyatı qurumların səlahiyyət sahibi olan əməkdaşları da, bizə, evlərimizi tezliklə sökəcəkləri barədə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Kim razı olar ki, illərlə yaşadığı evi başına uçurulsun.

Ona görə də: "Bu yolda öldü var, döndü yoxdur! Lazım gəlsə evimiz, ailəmiz uğrunda ölməyə belə hazırıq. Bütün media, QHT-ləri ora yığacağıq!” – deyə, bir-birimizə ümid verməklə kifayətlənirik. Qəribədir, indiyədək bu "Azəriqaz”ın yadına niyə düşmürdü?! Güya, İstehsalat Birliyinin rəhbərləri bilmirlər ki, buradakı evləri sökdürməklə, onlar insanların mülkiyyət hüququnu kobud şəkildə pozmuş olarlar. Bu, qatı cinayət əməlidir, bundan niyə qorxmurlar?! Doğrudan da, buradakı evlərin söküntüsünə baslamaq, tam qanunsuzluqdur. Konstitusiyanın 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazlığı dövlət tərəfindən qorunur. Bundan əlavə, Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində göstərilir ki, dövlət əhəmiyyətli obyektlərin söküntüsü üçün, əvvəlcədən vətəndaşa məlumat verilir, razılaşdırılmış şəkildə bazar qiymətinə uyğun olaraq, kompensasiya ödənilir. Bu hallardan sonra, söküntü işləri gedə bilər. Eyni zamanda, Mülki Məcəllənin 152, 157-ci maddələri var ki, onlar da bu məsələlərlə bağlıdır. Ancaq bu qanunların heç birinə əməl olunmur. Bizim evlərin sənədləri qaydasındadır, hətta evlərimizin "kupçası” da var. Məgər, Əkbər Hacıyevin düşünülməmiş bu qərarı Konstitusiyanın maddələrindən üstündür?!

Belə də haqsızlıq olar. Elə bil ki, dünyanın axırıdır. Qaydasız, qanunsuz iş görmək istəyirlər. Sanki onlar camaatın evini başına uçurmaqdan, insanları evsiz-eşiksiz qoymaqla, onlara zülm verməkdən həzz alırlar”.

Bu yerdə, bu iddia ilə razılaşmayan sakinlər onu da deyirlər ki, evlərinin qanunsuz sökülməsinə göstəriş kimlərinsə sifarişi əsasında, yuxarılardan verilib: "Yəqin, kimlərinsə gözü düşüb bu əraziyə, almaq istəyir. Onların şirnikləndirici təklifləri isə, "Azəriqaz” səlahiyyətlilərini qaz boruları bəhanəsini ortaya çıxarmağa məcbur edib. Belə olmasaydı, onda, bu addımı atanlar, görəsən, indiyədək haradaydılar?! Niyə, bizi indi hədələyirlər ki, evlərimizi sökəcəklər?! Bakı Regional Qaz İstismarı Departamentinin tərəfindən xəbərdarlıq məktubları aldığımız gündən "günümüz göy əskiyə bükülüb”, evimizdə sakit yata da bilmirik. Həmin andan xəbər tutmuşuq ki, evlərimizin altından 1958-ci ildən çəkilmiş və "Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 273 millimetrlik orta təzyiqli yeraltı qaz kəməri keçir. 60 il bundan əvvəl – sovetlər dönəmində çəkilən bu xətt indi nə vəziyyətdə olar?!. Əslində, bu borular indiyədək çürümüş olar və "Azəriqaz” istifadə müddəti bitmiş xətləri öz hesabına dəyişməlidir. Özü də, indi bilmişik ki, həmin xətt uzun zaman istifadəsiz qalıb. Bu yaxınlarda, "Azəriqaz” bu xəttə xəlvəti calaq vurduraraq, içinə qaz buraxıb. Bu, nə oyundur, başa düşmək olmur! İndi, cürümüş xətlərdən evlərimizə qaz sızacağı qorxusu da bir yandan bizi sarsıntı içində saxlayır. Bu bəla ilə üzləşən 30-a yaxın ailənin əksəriyyəti 1988 – 90-cı illərdə, digərləri isə, bundan bir qədər sonra bu ərazidə özlərinə müxtəlif əsaslarla evlər tikiblər. Sakinlərdən bəziləri tikilmiş hazır evlər alıblar. Onlar bunu haradan bilərdilər? Bu təhlükəni o vaxtlar bilsəydik, burada özümüzə olmazın əzab-əziyyətlər hesabına evmi tikər və yaxud, baha qiymətə həyət-bacamı alardıq?!. O vaxtlar, bu barədə bizə, aidiyyatı qurumlar belə, heç bir xəbərdarlıq etməyiblər! Heç evlərimizə "kupça” alanda da, bizə bu barədə söz deyən olmayıb. İndi ailə-uşaq sahibi olan ev sahibləri nə edəcəklərini bilmirlər – sarsıntı, narahatlıq üzüb onları… ".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru