Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                 

Ziya Məmmədovla Arif Əsgərovun dövlətə verdiyi daha bir badalaq üzə çıxdı - İTTİHAM
Tarix: 29-03-2018, 08:55 | Çap et
Ziya Məmmədovla Arif Əsgərovun dövlətə verdiyi daha bir badalaq üzə çıxdı
Azərbaycanın regional ticarət-tranzit mərkəzinə çevrilməsi istiqamətində ciddi işlər görülür. Birbaşa ölkə rəhbərliyinin diqqətində olan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində irihəcmli layihələr həyata keçirilir.

Belə mühüm layihələrdən biri də Bakı-Tiflis-Qars dəmiryol xəttidir. Tikintisinə 10 ildən çox vaxt gedən xəttin rəsmi açılışı ötən ilin oktyabrında baş tutub. Elə o vaxtdan da cəmiyyəti yolun istismara tam hazır olacağı, sərnişindaşımalarının başlanacağı müddət maraqlandırır.

Azərbaycan Dövlət Dəmir Yolu ASC-nin sədri Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Bunun səbəbi isə 3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.

A.Qurbanov ad çəkməsə də hər kəs bilir ki, onun verdiyi bu açıqlamada söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan və “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəisi Arif Əsgərovdan gedir. Bu iki şəxsin Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Görünür, Məmmədov-Əsgərov tandeminin talançılığının altını hələ bir neçə il də çəkməli olacağıq. Xatırladaq ki, Arif Əsgərovun korrupsiya əməlləri haqda beynəlxalq mediada çox yazılıb.

“OCCRP”nin (Mütəşşəkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları onun İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti “Bombardier Transportation”la bağladığı müqavilənin aqibəti barədə silsilə yazılar dərc ediblər. Bu mövzuda istər xarici mediada, istərsə də Azərbaycan mediasında artıq neçə ildir ki, yazılır. Oxuculara xatırlatma üçün həmin yazılardan birinin linkini təqdim edirik: (http://musavat.com/news/arif-esgerovun-adi-kecen-korrupsiya-isinde-yeni-gelisme-toyuq-ve-inek-saxlayan-kendli-nece-milyoncu-olub_425381.html).

C.Qurbanov həmçinin BTQ-də işlərin durumu barədə məlumat verib: “Dəmir yolunun çəkilişləri əsasən 4 hissədən ibarətdir. Bu 4 əsas hissə hazır olandan sonra dəmir yolu tam işlək vəziyyətdə olur. Bakı-Tiflis-Qars dəmir yolunun 1-ci hissəsi, yəni yol təsərrüfatı 96 faiz hazırdır. Dəmir yolunun elektrik təsərrüfatının 92-94 faizi hazır vəziyyətdədir. Bütün bunlar Gürcüstan ərazisində qalan işlərdir. Oradakı hissəni də biz tikirik, Azərbaycan maliyyələşdirir, bizim şirkətlər tikir. Orada çatışmayan məsələ rabitə və işarəetmə sistemindədir - burada işlər 55 faiz görülüb. Bu barədə cənab prezidentə məruzə etmişəm, iqtisadiyyat naziri ilə oturub müzakirələr aparmışıq. Zəruri vəsait ayrılacaq və bu ilin sonunadək bu işlər də tamamlanacaq. İlkin mərhələdə, yəni bu ilin sonundan illik 2-5 milyon ton yük ötürməyə imkanımız var.

Azərbaycan ərazisində olan 500 km-lik hissənin 40 km-i təmir olunmayıb. Yolun ikitərəfli olduğunu nəzərə alsaq, 1000 km-in 40 km-i qalıb. Elektrik şəbəkəsinə gəlincə, Azərbaycan ərazisində problem yoxdur, amma yenilənməsi istiqamətində işlər davam etdiriləcək. Cəmi 30 faizi yenilənib. Gürcüstan ərazisində olan 267 kilometrin 183 kilometri Azərbaycanın maliyyəsi hesabına yenidən qurulub. 4,4 kilometr tunel artıq başa çatıb Türkiyə ərazisindəki 79 kilometri hazırdır, lakin elektrik şəbəkəsi yoxdur".

ASC sədrinin dediyinə görə, aprelin 5-də Azərbaycan Avropadan gələn 40 vaqonluq ilk qatarı qarşılayacaq: “Yolun gələcəyi çox böyükdür. Türkiyə-Çin arasında 400 min konteyner daşıması var. Gələcək dəmiryolunundur. Xüsusilə də ekoloji baxımdan dəmiryol daşımaları ən əlverişli vasitədir”.

C.Qurbanov Şərq-Qərb regional nəqliyyat dəhlizinin Rusiya ərazisindən keçən marşrutunun işləməyə başladığını deyib: “Eyni zamanda Qazaxıstandan İran ərazisi ilə də hərəkət başlanıb. Lakin bizim ərazimizdən olan marşrut hələ işləməyə başlamayıb. Hazırda bizim marşrut Avropaya ən yaxın, qiymətcə ən ucuzudur. Çin Rusiya ərazisindən ixracı genişləndirmək üçün xeyli subsidiya ayırıb. Yanvarda biz Çində olduq, onları bura dəvət etdik. Yenə gedəcəyik, hesab edirəm ki, Çin tərəfi bizim marşruta da subsidiya ayırmağa başlayır.

Ötən il biz öz üzərimizdən 1,8 milyon ton yükü keçirmişik. Builki hədəfimiz 4 milyon tondur".

İdarə sədrinin dediyinə görə, Çin-Qazaxıstan-Rusiya marşrutunu Azərbaycan üzərindən keçən marşrutdan daha sərfəli edən əsas amil qiymət fərqi imiş. Lakin Azərbaycanın təşəbbüsü ilə Gürcüstan və Türkiyə tərəfi ilə müzakirələr aparılıb, hər iki ölkə öz ərazisində daşıma haqqında güzəştə gedib: “Bu razılaşmadan sonra artıq bizim marşrut qiymətcə də ən ucuzudur. Bu bizə imkan verəcək ki, Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə daşımaların həcmini artıraq. Yəni artıq bu marşurutun keçdiyi bütün ölkələrlə tariflər razılaşdırılıb”.

Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışan C.Qurbanov bu məsələnin də çoxdan qaldırıldığını, lakin bir növ rəfə qoyulduğunu bildirib: “Biz onu yenidən qaldırdıq, cənab prezidentə məruzə etdik. O da məsələnin mahiyyətini dərhal tutdu, zəruri vəsaiti ayırdı. İran ərazisinədək olan yolu, körpünü hazır etdik. İran təırəfi də bizə dəstək verdi, İran ərazisində 35 hektar yeri icarəyə götürdük, 1,5 km yol tikdik. Oradakı terminallarımız artıq hazırdır. Gündə 14-15 vaqon yük ötürürük. Yanvar-fevralda 500 vaqon Rusiya yüklərini ötürmüşük. Gələn ildən gündəlik vaqon boşaldılmasını 100 vaqona çatdıra biləcəyik. Cənab prezident Astarada keçən yük maşınlarının hamısını rüsumlardan azad etdi. Tezliklə Rəşt-Astara dəmiryolunun tikintisinə başlanacaq. Bu yola kreditin ayrılması məsələsi razılaşdırılıb”.

Sədrin sözlərinə görə, Bakı ətrafında dairəvi dəmiryol xəttinin tikintisi çərçivəsində 25-26 yeni stansiya tikiləcək. Bu stansiyalar arasında yeni, komfortlu qatarlar fəaliyyət göstərəcək. Bu qatarlarda sürət minimum 100 km/saat olacaq.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru