Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                 

Azərbaycanda TENDER oyunları: - вЂ?вЂ?Otkat’’ın şifrələri və ya dövlət həm də belə talan edilir
Tarix: 18-01-2017, 08:41 | Çap et
Azərbaycanda TENDER oyunları:
Azərbaycanda dövlət satınalmaları qədər qaranlıq, qapalı və korrupsiya mənbəyi olan ikinci bir sahə bəlkə də yoxdur. Faktiki olaraq, bu gün hansısa dövlət qurumu, yaxud şirkətindən həyata keçirdiyi mal, iş və xidmətlərin satın alınması proseslərinə dair məlumat öyrənmək qeyri-mümkündür. Ən yaxşı halda tenderlərin keçiriləcəyinə dair elanları əldə etmək olur. Bu da ondan irəli gəlir ki, qanunvericiliyə əsasən, heç bir tender maraqlı tərəflərə əvvəlcədən məlumat verilmədən keçirilə bilməz. Bu tələbə formal da olsa əməl etmək üçün dövlət qurumları tender elanlarını haradasa – ya yazılı, ya da elektron mətbuatda,- yerləşdirməyə məcbur olurlar.

Dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasını həyata keçirən qurumlar arasında rayon, kənd icra strukturlarından tutmuş, nazirlik və komitələrə qədər müxtəlif səviyyəli orqanlar var. Təcrübə göstərir ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin posulması müxtəlif yollarla həyata keçirilir: tender barədə elan bütün maraq göstərən tərəflərə – potensial iştirakçılara çatdırılmır, tender keçirən qalib elan edəcəyi tərəflə əvvəlcədən anlaşır, digər iddiaçıların təkliflərini ona çatdırır ki, ən əlverişli təklifi göndərə bilsin. Bundan əlavə, xüsusilə rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlər sırf formal xarakter daşıyır. Bu formallığı bir müddət əvvəl Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin “MTN işi” üzrə istintaqa verdiyi ifadə tam çılpaqlığı ilə ortaya qoyur. Qanunsuz tender razılaşmalarının kökündə dayanan əsas səbəb isə əlbəttə ki, sifariş veriləcək şirkətdən geri alınan məbləğlərdir. Qeyri-rəsmi olaraq “otkat” adlanan bu proses müxtəlif yollarla həyata keçirilir: ya sifarişi alan pulun müəyyən hissəsini əvvəlcədən ödəyir, ya pul hesabına oturduqdan sonra. “Otkat”ın əvəzində isə sifarişi alan tərəf qiymətləri istədiyi kimi müəyyənləşdirir, aşağı keyfiyyətli məhsuldan istifadə edib, baha qiymətə rəsmiləşdirir. Yeri gəlmişkən, tender qanunvericiliyinin posulması zəncirvari prosesə çevrilərək, digər sahələrdə də qanunsuzluqlara yol açır və görülən işlərin keyfiyyətinə çox ciddi təsir göstərir.

Bir çox hallarda isə tenderdən sifarişçi qurumun rəhbərinin yaxınlarına məxsus şirkətlər qalib çıxarılır.
Məsələn, 2016-cı ilin martında yaradılan “Star-Construktion-12” MMC ötən ilin 3-4 ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Onunla eyni gündə yaradılan digər şirkət – “Kontank-F” MMC isə həmin dövrdə 28 tenderin qalibi elan edilib. Cəmi 3 ay əvvəl yaradılan bir şirkətin hansı resurslarla ölkənin ən müxtəlif yerlərində eyni vaxtda təmir, abadlıq, mal və avadanlıqların təchizatını həyata keçirdiyi çox maraqlıdır.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” qanunun VI maddəsinə (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) əsasən 50 min manatdan yuxarı dövlət sifarişləri müvafiq sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilir. Yuxarıda qeyd etdiyimiz fakt göstərir ki, tender təkliflərini qiymətləndirənlər qanunun bu tələbini nəzərə almayıblar.

Bir məsələni də qeyd edək ki, son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal da geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir. Məsələn, “Azadlıq radiosu” ötən il Ağazamanov familiyalı 3 yaxın qohumun adına olan 40-dək şirkətin eyni vaxtda ləğv olunmasına dair məlumatla bağlı araşdırma apararkən, onların 29-nun müxtəlif qurumlardan 1 193 dövlət sifarişi aldıqları üzə çıxıb. Bu sifarişlərin ümumi dəyəri isə 33 milyon manatdan yuxarı olub.

Tender nəticələrinə dair məlumatlara nəzər yetirdikdə məlum olur ki, əksər qurumların 1 il ərzində keçirdiyi tenderlərdə bir şirkət azı 3-4 dəfə qalib gəlmiş olur. Və həmin şirkət tutaq ki, həm ərzaq, həm paltar, həm avadanlıq tədarük edir, həm də yolların, küçələrin, parkların təmirini həyata keçirir. Bəzənsə bu işlərə əlavə olaraq, uşaq bağçalarını ərzaqla da təmin edir. Əksər hallarda nizamnamə kapitalı 10 manatdan yuxarı olmayan şirkətin eyni vaxtda bu qədər işin öhdəsindən necə gəldiyi açıq qalan məsələlərdən biridir.

Məsələn, 2016-cı ildə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Bakı Şəhər Dezinfeksiya Stansiyasının Dərman preparatlarının, Kommunal xidmətlərin, Ehtiyat hissələrinin, Sürtkü materiallarının, Mal-materialların, Mətbəə xidmətlərinin, Dəftərxana və təsərrüfat mallarının, Dərman və sarğı ləvazimatlarının, Ərzaq mallarının, Cari təmir üçün mal-materiallarının, Xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirdiyi tenderlərin hamısının qalibi EPİDBİOMED MMC olub. 11 tenderin ümumi dəyəri 327 min manat olub.

Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyindən isə EPİDBİOMED MMC nə az-nə çox – 8 sifariş ala bilib. Yuxarıda qeyd olunan işlərdən əlavə, “Mətbəə xərcləri və blankların satın alınması” üzrə keçirilən tenderin də qalibi olan şirkət cəmi 228 min manata yaxın vəsaiti idarə etmək imkanı qazanıb. Dövlət qurumlarının böyük rəğbətini qazanan “Epidbiomed” MMC-nin ötənilki sifarişləri bununla bitmir. Şirkət Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən 27585 manatlıq, Daxili İşlər Nazirliyi Tibb İdarəsindən 34987 manatlıq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik Bərpa Mərkəzindən 32986,3 manatlıq, Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti Yol Sanitar-Karantin Müfəttişliyindən 27098,7 manatlıq və 49477,4 manatlıq olmaqla daha 5 tenderin qalibi olaraq, 172 min manatdan yuxarı olan vəsaitləri xərcləyib. Ümumilikdə isə 24 sifariş üzrə 727 min manatlıq sifarişi əldə edib.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan şirkət bundan əvvəl də çoxsaylı dövlət sifarişlərini alıb. 2004-cü ildən fəaliyyət göstərən şirkətin internet saytı www.epidbiomed.az kimi qeyd olunsa da, səhifə açılmır. Vergilər Nazirliyinin bazasında şirkətin hüquqi təmsilçisi kimi adı hallanan direktor Surxay Mustafayev bizimlə söhbətində əsas fəaliyyət istiqamətlərinin dərman preparatları və peyvəndlərin idxalı olduğunu bildirdi. Ona şirkətin udduğu bir sıra sifarişlərin kommunal xidmətlərin göstərilməsi ilə bağlı olduğunu dedikdə isə “hə, belə işlərimiz də olur; Nizamnaməmiz imkan verir, biz heç bir qanunsuz iş görmürük” cavabını verdi. S.Mustafayevin dediklərindən o da məlum oldu ki, bu qədər layihələri cəmi 35-40 nəfər işçi ilə icra edirlər.

Sonda onu da qeyd edək ki, tender prosesləri barədə araşdırmalarımız davam edir və növbəti yazılarımızda müxtəlif rayonlarda keçirilən tenderlərin nəticələrinə dair məlumatları diqqətinizə çatdıracağıq.

Yenicağ.Az Analitik Qrupu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru