"Mənim narazılığım "Azercell"dəndir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nurəli İsmayılov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən "Sadə 6" tarifi istifadə edirdim. Nömrə düyməli telefonda olduğu üçün yalnız zəng üçün işlədirdim. 6 manata 1 aylıq 600 dəqiqə verirdilər.
Günlərin bir günü sms gəldi ki, bəs filan tarif 50% endirimlə təklif olunur. Daha mənə demədilər ki, bu endirim 1 aylıq dı və daha əvvəlki, yəni "Sadə 6" tarifinə qayıtmaq olmayacaq.
1 ay sonra həm endirimli tarif bitdi. Məcbur qiyməti münasib olmayan tariflərə qoşuldum.
Aşağı təbəqəli insanları da nəzərə alın...
Aylıq gərək minimum 12 manat vurasan ki, dəqiqə+internet olsun... Axı niyə?.."









