Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                 

Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Tarix: 28-07-2026, 09:59 | Çap et

Ölkədə kimi dindirsən təhsil sistemi haqında danışanda ağzından od tökülər. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycan təhsili bütün tarixi boyu indiki acınacaqlı durumda olmayıb. Orta əsrlər mollaxanalarında, mədrəsələrində belə vəziyyət indikindən ürəkaçan olub. Əvvəllər hamının müqəddəs məkan bildiyi, məbəd hesab elədiyi məktəblər nifrət , müəllimlər qınaq obyektinə çevrilib. Bu gün məktəblər bilik verən təhsil ocağı yox, sadəcə arayış, attestat verən bir idarə funksiyasını yerinə yetirən korrupsiya və rüşvət yuvasıdır. Müəllimlər qapazaltı, qorxaq bir duruma salınıb, hüquqsuz sənəd yazan robota çevrilib. Təhsil sektorunda daydaylı direktorlar at oynadır, regional təhsil idarələri gəlirlərin bölüşdürülməsi ilə məşğuldur. Əlqərəz, bu gün təhsil sistemində kimin əlində fürsət varsa qazanır, dağıdır, məhv edir. Olan isə bu millətə və onun gələcəyinə olur...
Hər il keçirilən buraxılış imtahanlarında ortaya çıxan rüsvayçı rəqəmlər təhsil sitemindəki eybəcərliklərin bariz nümunəsidir. Nəzərə alsaq ki, qiymət alanların mütləq əksəriyyəti hazırlıq kurslarına gedən şagirdlərdir, burada ümuiyyətlə məktəblərin hər hansı bir rolundan söhbət gedə bilməz. Artıq yuxarı siniflərdə tədris yox səviyyəsindədir, heç bir kursa getməyən şagirdlər görüntü yaratmaq xatirinə məktəbə gətirilir, sadəcə tədris tamaşası qurulur. Bu həm də böyük biznes şəbəkəsidir. Repititor yanına gedən şagirdlər bunun müqabilində direktorlara aylıq və illik haqq ödəyirlər. Nəticədə milyonların dövr etdiyi “kurs bazarı” formalaşır, müdhiş korrupsiya və rüşvət piramidası yaradılır.
Təhsil sistemində dəhşətli dərəcədə dərəbəylik hökm sürür. Kimsə kimsənin kitabını oxumur, kimsənin kimsəyə sözü keçmir. Təhsil müxtəlif maraqların toqquşduğu, qruplaşmaların üstünlük qazanmağa çalışdığı bir sahəyə çevrilib. Ən üst düzən bürokratiyadan tutmuş regional qruplaşmalara qədər bütün məmur aparatı təhsil sistemindən pay qopartmağa çalışır, öz kadrlarını yerləşdirir, klanını formalaşdırır. Bəzən bir məktəb direktoruna və yaxud regionala xüsusi qaydada ,,yerləşdirilmiş'şöbə müdirlərinə nəinki regional idarə müdiri , heç nazirlik belə söz keçirdə bilmir. Çünki arxasından elə bir qüvvə boylanır ki, adamın çox şeyə heyifi gəlir. Bizə isə çox hörmətli Mehriban xanımın apardığı təhsil siyasətinin belə düşmənlərinin kimlər olduğunu ifşa etmək düşür. Azərbaycan təhsili müxtəlif qruplaşmaların maraq , bir çox hallarda isə mübarizə meydanına çevrilib. Qeyd etdiyimiz kimi nəinki regional idarələrə, heç nazirliyə belə tabe olmaq istəməyən məktəb direktorları, şöbə müdirləri at oynadırlar. Qohumbazlıq, tayfabazlıq təhsil sistemini metastaz kimi məhv edir. Direktorların işə qəbul imtahanı adlı tamaşa qurub pərdəarxasında iyrənc oyunlar oynanılır. Kimlərinsə qohumu, qudası, dostu, sevgilisi olmaq bu sahədə karyera qurmaq üçün əsas kriteriyadır. Artıq özbaşnalıqlar o həddə çatıb ki, yerindən duran hər kəs təhsil sistemindən pay qoparmaq eşqinə düşür. Eşq demişkən bütün bu oyunların, kataklizmaların mərkəzində duran əas fiqurun-Eşqi Bağırovun adını qeyd etməmək olmaz. Təhsil sistemində ən böyük qruplaşmanın yaradıcısı, “dövlət içərisində dövlət” yaratmaq iddiasında olan cənab Bağırov rəhbərlik eydiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini şəxsi maraqların qorunduğu bir təşkilata çevirib. Kadr siyasəti elə bir vəziyyətdədir ki, artıq təhsil sistemi “vassalımın vassalı mənim vassalım deyil” prinsipi ilə idarə olunur. Nazirliyə tabe olan idarələr, qurumlar müxtəlif maraqları təmsil etdikləri üçün çox vaxt bir-birinin işini sabotaj edir, biri digərinə mane olur. Təhsil sahəsində islahatçılıq xəttini qorumağa çalışan nazirin mütərəqqi yenilikləri əksər hallarda bu qruplaşmalar tərəfindən qəsdən boğulur və yaxud yarıtmaz şəkildə həyata keçirilir.
“Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır...
MÜDTAnın fəaliyyəti sanki Təhsil nazirliyini oyundankənar vəziyyətə salmaq, cəmiyyətdə narazılıq formalaşdırmaq üzərində qurulub. Baş verən bütün ədalətsizlikləri əslində “Ədalət” adıyla pərdələməyə çalışan cənab Bağırovun fəaliyyəti geniş araşdırılmalıdır. Təhsil sistemində baş verən oyunlara son qoyulmazsa bunun fəsadlarını hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Cənab Prezidentin yürütdüyü milli maraqlara söykənən siyasi kursu sabotaj edən, cəmiyyətdə narazılıq formalaşdıran “təhsil biznesi” kökündən boğulmalı, qruplaşmalar neytrallaşdırılmalı, şəffaf kadr siyasəti aparılmalıdır. Məktəbin, müəllimin nüfuzu bərpa olunmalı, tədris prosesi özəl kurslardan sinif otaqlarına qaytarılmalıdır. Milli varlığımızın təməl prinsipi olan təhsil sistemi bazar prinsiplərindən təmizlənməyənə qədər gələcəyimiz böyük təhlükə altındadır. Hər kəs öz sahəsində çalışsa daha yaxşı olardı-bazarkom bazarda, müəllim də məktəbdə...
PS: Növbəti yazımızda kim kimin arxasından çıxır konkret adlar,şəxslər barədə geniş müəlumat verəcəyik. Ardı var..
Nicat Mahmudov - FRAKSİYA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Bu gün, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Bu gün, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru