Ermənistanın baş naziri Nikol Paşinyan daha bir kitabı oxuyub bitirib.
Moderator.az xəbər verir ki, "Armtiems" nəşrinin yaydığı məlumata görə, o, bu barədə sosial media səhifəsində məlumat verib və video paylaşıb.
Baş nazir "Güc və Tərəqqi"ni oxuyub qurtardığını elan edib.
"Nə oxuyursan?" deyə soruşub.
Moderator.az qeyd edir ki, Ermənistan liderinin oxuduğu "Güc və tərəqqi" kitabının hər iki müəllifi Nobel mükafatı laureatları – 59 yaşlı erməni əsilli ABŞ iqtisadçısı Daron Acemoğlu və 63 yaşlı ingilis-amerikan mənşəli Simon Consondur.
Massaçusets Texnologiya İnstitutunun (MIT) professorları olan bu məşhur alimlər öz əsərlərində texnoloji tərəqqinin və süni intellektin avtomatik olaraq cəmiyyətə rifah gətirmədiyini diqqətə çatdırırlar.
Müəlliflər vurğulayırlar ki, yeni texnologiyaların yalnız elitar təbəqəyə xidmət etməməsi və gəlirlərin ədalətli bölünməsi üçün güclü demokratik nəzarət və vətəndaş cəmiyyətinin fəal iştirakı mütləqdir...






















