"Cəlilabad rayonu Suvarma Sistemləri İdarəsi cənab Prezidentin verdiyi tapşırıq və göstərişləri icra etməkdən rəsmən boyun qaçırır". "DİA-AZ" xəbər verir ki, bunu öz müraciətində sözügedən rayonun sakini Hakim Şıxəliyev qeyd edib.
Narazı vətəndaş müraciətində daha sonra bildirir: "Deməli, 2 ildir su artezian quyusunun mühərriki işləmir. Cəlilabad meliorasiya idarəsinin əməkdaşlarına bu barədə məlumat verilsə də, maraqlanmırlar. Dəfələrlə müraciət etsək də, əhəmiyyət verən yoxdur.
Cənab Prezident dövlət büdcəsindən milyonlarla vəsait ayırır ki xalqın suya olan təlabatı ödənsin... kəndli çətinlik çəkməsin. Amma əfsuslar olsun ki, Cəlilabad rayon Meliorasiya idarəsi bu tapşırıqlara məhəl qoymur, etdiyimiz şikayətlər də qulaqardına vurulur".














