TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                 

Əmrullayev də bu təhsil xarabalığından MƏZUN OLUR... - BACARMADI!
Tarix: 20-07-2026, 06:18 | Çap et

Uzun illərdir Azərbaycan təhsili sözün əsl mənasında reanimasiyadadır. İdarəedicilər dəyişir, nazirlər dəyişir, direktorlar dəyişir, şagirdlər dəyişir, partalar dəyişir, kompüterlər yenilənir, yeni məktəblər tikilir, amma təhsil düzəlmir ki, düzəlmir. Bu, Azərbaycanın ən böyük paradokslarından biridir. Hər şey dəyişir, amma heç nə dəyişmir.

Bir neçə ildir ki, Azərbaycanın təhsil sisteminə Emin Əmrullayev rəhbərlik edir. Cənab Əmrullayevin təhsilinə və iş karyerasına nəzər salanda adam düşünür ki, bu yaşda bu qədər təhsil və idarəçilik təcrübəsi hər kəsə nəsib olmur. Ancaq nəticəyə baxanda ortaya ciddi suallar çıxır.

Nazir müxtəlif platformalarda uzun-uzadı danışır, statistik rəqəmlər səsləndirir, proqramlardan, islahatlardan bəhs edir. Amma söhbətin sonunda yenə məlum olur ki, hansısa məktəbin direktoru pul yığıb, digəri məktəbdə qızıl satdırıb, başqası corab, kalqotka və ya başqa malların alveri ilə məşğul olub. Deməli, problem təkcə ayrı-ayrı direktorların davranışında deyil. Problem idarəetmə sistemindədir.

Belə çıxır ki, təhsil sistemini dəyişmək üçün təkcə diplomlar, sertifikatlar və beynəlxalq təcrübə kifayət etmir. Bu sahədə real idarəçilik, sərt nəzarət və köklü islahatlar lazımdır.

Bəziləri deyəcək ki, təhsil sistemində həbslərdən danışmaq ayıb səslənir. Doğrudan da, müəllimi, direktoru və ya təhsil işçisini cinayət ittihamı ilə qandallayıb aparmaq cəmiyyət üçün ağır mənzərədir. Ancaq sual yaranır: başqa çıxış yolu varmı? Əgər qanun pozuntusu varsa, ona hüquqi qiymət verilməlidirmi? Yoxsa bütün bunlar görməzlikdən gəlinməlidir?

Əsas sual isə başqadır.

Azərbaycan təhsilini kim düzəldə bilər?

Hansı addımlar atılmalıdır ki, şagird məktəbi həqiqətən elm ocağı hesab etsin, müəllim peşəsinin məsuliyyətini hiss etsin, direktor isə məktəbi ticarət məkanına yox, təhsil müəssisəsinə çevirsin?

Bəziləri hesab edir ki, çıxış yolu Emin Əmrullayevin dəyişdirilməsidir. Yaxşı, tutaq ki, dəyişdirildi. Bəs onu kim əvəz edəcək? Yeni gələn şəxs hansı mexanizmlərlə illərlə yığılıb qalmış problemləri həll edəcək? Təkcə bir şəxsin dəyişməsi kifayət edəcəkmi?

Mən hesab edirəm ki, Azərbaycanda təhsil sistemini tamamilə dəyişə biləcək peşəkar kadrlar var. Sadəcə, onlara imkan verilməlidir. Problemlər sistemlidir və onların həlli də sistemli yanaşma tələb edir.

Bu gün təhsil sistemi bir çox hallarda parçalanmış, həddindən artıq mərkəzləşdirilmiş və vətəndaş üçün əlçatmaz idarəetmə modelinə çevrilib. Hər hansı problemi araşdırmaq istəyəndə vətəndaşı bir qurumdan digərinə, oradan üçüncüsünə yönləndirirlər. Nəticədə insanlar bezir və şikayət etməkdən imtina edirlər. Belə bir idarəetmə modeli problemlərin həllinə yox, onların görünməz qalmasına xidmət edir.

Ölkənin Prezident Administrasiyası kimi böyük bir institutu var. Burada təhsil sahəsinə nəzarət edən məsul şəxslər də fəaliyyət göstərirlər. Onların kim olduqlarını və gündəlik hansı işləri gördüklərini bilmirəm. Ancaq düşünmək olar ki, onlar da təhsil sistemində baş verənləri görürlər. Məktəblərdə yaranan problemləri, cəmiyyətin narazılığını, müəllim və valideynlərin şikayətlərini görməmək mümkün deyil.

Təhsil sisteminin ən vacib istiqamətlərindən biri də peşə təhsilidir.

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində peşə təhsili iqtisadiyyatın əsas sütunlarından biri hesab olunur. Çünki sənayeni, istehsalı, xidmət sektorunu və texnologiyanı peşəkar kadrlar ayaqda saxlayır.

Azərbaycanda isə bu sahənin potensialından hələ də lazımi səviyyədə istifadə olunduğunu söyləmək çətindir. Müxtəlif peşə istiqamətlərini dərindən bilməyən insanlar böyük bir idarədə toplaşıb Azərbaycanın gələcəyinə təsir edən sistemi idarə etməyə çalışırlar. Nəticə isə göz qabağındadır - Hər şey yalançı reklamda, hər şey sözdə, hər şey dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsində... Nəticə isə... SIFIR...

Bu gün məktəblərdə problemlər var.

Peşə təhsilində problemlər var.

Ali təhsildə də problemlər var.

Belə olan halda cəmiyyət haqlı olaraq sual verir:

Əgər nəticələr qənaətbəxş deyilsə, Emin Əmrullayev niyə hələ də təhsil naziri postunda qalmalıdır?

Onun bu vəzifədə qalmasını əsaslandıran arqumentlər hansılardır?

Bu suallar təkcə bir nazir haqqında deyil. Bu, Azərbaycanın gələcəyi, ölkənin insan kapitalı və təhsil siyasətinin effektivliyi ilə bağlı suallardır. Bu suallara cavab tapılmadıqca isə yeni məktəblər tikilsə də, yeni kompüterlər alınsa da, yeni proqramlar qəbul edilsə də, cəmiyyətin ən çox eşidəcəyi cümlə dəyişməyəcək:

Hər şey dəyişir, amma təhsil dəyişmir.

Ədil Hüseynov - bizimesr.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Dünən, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Dünən, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Dünən, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Dünən, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Dünən, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünən, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru