Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                 

Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Tarix: Bu gün, 12:31 | Çap et

Bir animasiya filmi təkcə kinoteatrlarda nümayiş olunan ekran əsəri deyil, həm də milyardlarla dollar gəlir gətirən böyük iqtisadi ekosistemə çevrilə bilər. Bunun ən parlaq nümunələrindən biri 31 il əvvəl ekranlara çıxan "Oyuncaqların hekayəsi" (Toy Story) franşizasıdır. Araşdırmalara görə, bu layihə indiyədək qlobal iqtisadiyyata 51 milyard dollar əlavə gəlir qazandırıb. Gəlirin əsas hissəsi oyuncaqların, geyimlərin, suvenirlərin satışı, əyləncə parkları, turizm və digər xidmət sahələri hesabına formalaşıb. Bu nümunə göstərir ki, uğurlu bir film təkcə mədəni hadisə deyil, həm də uzunmüddətli iqtisadi dəyər yaradan brendə çevrilə bilir.

Bəs Azərbaycanda da belə bir franşiza yaratmaq mümkündürmü? Yerli kino və animasiya sənayesi milli qəhrəmanları qlobal brendə çevirə bilərmi?

Kinorejissor, prodüser Tahir Tahiroviç mövzu ilə bağlı Musavat.com-a deyib ki, müasir kinoşünaslıq və yaradıcı sənaye nəzəriyyəsinə görə, XXI əsrdə filmin iqtisadi dəyəri artıq yalnız kassadakı gəlirlə ölçülmür:

"Uğurlu ekran əsəri zaman keçdikcə transmilli media məhsuluna və intellektual mülkiyyət aktivinə çevrilir. Henri Cenkinsin "transmedia storytelling" konsepsiyası və Devid Hesmondhalghın yaradıcı sənayelər haqqında tədqiqatları göstərir ki, kino məhsulunun davamlı iqtisadi səmərəsi onun müxtəlif media platformalarında, istehlak bazarlarında və xidmət sektorlarında yenidən istehsal olunması ilə formalaşır. Bu baxımdan "Toy Story" təkcə animasiya filmi deyil, qlobal yaradıcı iqtisadiyyatın ən uğurlu intellektual mülkiyyət modellərindən biridir".

Kinorejissor qeyd edib ki, filmin ətrafında qurulan ekosistem – oyuncaqların istehsalı, geyim sənayesi, nəşriyyat məhsulları, video oyunlar, rəqəmsal platformalar, tematik əyləncə parkları və turizm xidmətləri – onun iqtisadi dəyərini dəfələrlə artırıb. Bu model göstərir ki, kino artıq təkbaşına fəaliyyət göstərən sənət növü deyil, müxtəlif iqtisadi sektorları birləşdirən kompleks yaradıcı sənaye platformasıdır.

Azərbaycan üçün də belə bir model tamamilə real görünür. Ölkəmiz zəngin mifoloji irsə, folklora, dastanlara və milli qəhrəmanlar sisteminə malikdir. "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Cırtdan", "Məlikməmməd", "Simurq", müxtəlif nağıl və əfsanə personajları müasir animasiya dramaturgiyası və vizual texnologiyalar vasitəsilə yenidən interpretasiya edilərsə, onların regional deyil, beynəlxalq auditoriya üçün də cəlbedici brendlərə çevrilməsi mümkündür".

Müsahibimiz deyib ki, lakin burada əsas məsələ filmin çəkilməsi deyil, franşiza düşüncəsinin istehsalın ilk mərhələsindən tətbiq olunmasıdır:

"Dünya təcrübəsində uğurlu layihələr əvvəlcə intellektual mülkiyyət kimi planlaşdırılır, daha sonra isə onun lisenziyalaşdırılması, müəllif hüquqlarının qorunması, məhsul dizaynı, marketinq strategiyası və beynəlxalq distribüsiya mexanizmləri qurulur. Yəni film bu zəncirin yalnız ilk halqasıdır. Sənədli kino üzrə tədqiqatçı kimi hesab edirəm ki, Azərbaycan kinosunun gələcək inkişafı yalnız bədii keyfiyyətin yüksəldilməsi ilə məhdudlaşmamalıdır. Kino dövlətin mədəni diplomatiyasının, milli identikliyin və yaradıcı iqtisadiyyatın strateji alətinə çevrilməlidir. Milli personajların qlobal brendə transformasiyası ölkənin "yumşaq güc" (soft power) potensialını artırmaqla yanaşı, turizm, təhsil, nəşriyyat, oyuncaq istehsalı və rəqəmsal kontent bazarının inkişafına da ciddi töhfə verə bilər".

Tahir Tahiroviç onu da qeyd edib ki, Azərbaycanın məqsədi yalnız uğurlu bir animasiya filmi istehsal etmək deyil, uzunmüddətli iqtisadi dəyər yaradan milli intellektual mülkiyyət portfeli formalaşdırmaq olmalıdır. Məhz bu yanaşma milli kino sənayesini mədəni istehsaldan yaradıcı iqtisadiyyatın aparıcı sektorlarından birinə çevirə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru