Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                     4 kənd, yoxsa sülh müqaviləsi? .....                     Rusiya artıq Azərbaycanı itirib .....                     "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı .....                     Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib .....                     İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi .....                     Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                 

Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Tarix: 5-07-2026, 06:50 | Çap et

"Naxçıvan təkcə iqtisadi və sosial deyil, həm də siyasi-ideoloji baxımdan ciddi risklərlə üz-üzədir..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış jurnalist, bir müddət əvvələ qədər Naxçıvan Muxtar Respublikasında rəsmi hesab olunan "Şərq Qapısı" qəzetinin baş redaktoru Sara Əzimova qeyd edib.
"Vəzifədə olanda niyə yazmırdın?.." ona tez-tez ünvanlanmış sualı ilə fikrini davam etdirən jurnalist daha sonra bildirir: 
"Əvvəla, mən elə də yüksək vəzifə tutmamışam. Bəlkə də işlədiyim yerlər bəzi insanlara böyük görünür.
Sabiq Ali Məclis sədri Vasif Talıbovun dövründə onun sərəncamı ilə iki dəfə seçkili mühüm vəzifəyə təyin olunmuşdum. Həmin qurum ləğv edildikdən sonra rotasiya qaydasında yenidən "Şərq qapısı" qəzetinə qayıtdım.
Bu gün də Naxçıvanda işləyirəm. Hətta ilk dəfədir ki, mərkəzi icra hakimiyyəti orqanına tabe olan bir qurumda şöbə müdiri vəzifəsində çalışıram. Buna baxmayaraq, yenə də yazıram. Ola bilsin ki, buna görə yenə təzyiqlərlə üzləşim, hətta işlədiyim yerdən uzaqlaşdırılmağım üçün cəhdlər olsun. Qadın jurnalist kimi belə halları dəfələrlə yaşamışam.
Məni daha çox təəccübləndirən isə bəzi insanların hadisələri araşdırmadan, məhəllə dedi-qoduları əsasında hökm verməsidir. Ola bilsin ki, bu gün dediklərimi hamı tam anlamır. Amma inanıram ki, vaxt gələcək, Naxçıvanın gələcəyi ilə bağlı etdiyim xəbərdarlıqların səbəbi daha aydın görünəcək.
Çünki mən hesab edirəm ki, Naxçıvan təkcə iqtisadi və sosial deyil, həm də siyasi-ideoloji baxımdan ciddi risklərlə üz-üzədir. Bu barədə ayrıca yazacağam.
İndi isə fakta keçək.
Ceyhun Cəlilovla bağlı paylaşdığım status 2024-cü ilin aprel ayında yazılmışdı. Həmin vaxt da "Şərq qapısı" qəzetinin baş redaktoru idim.
Hələ o zaman Ceyhun Cəlilov və komandasının mediaya göstərdiyi təzyiqlər barədə açıq yazmışdım. Həmin statusun sildirilməsi üçün indiki maliyyə naziri Sahil Babayevin ətrafındakı bəzi şəxslər ciddi cəhd göstərirdilər. Ceyhun Cəlilovun təşəbbüsü ilə Ali Məclisə çağırılıb xəbərdarlıq aldım. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova
ərizə ilə müraciət etmək istədim. Lakin Anar müəllimin təkidi ilə bu fikrimdən daşındım.
Həmin statusun bəzi şəxsləri narahat etməsi təsadüfi deyildi. Çünki bir neçə gün sonra sənədlər lazımi qaydada yoxlanılmadan, müəyyən dairələrin istəyi ilə Ceyhun Cəlilovun Baş nazir vəzifəsinə təqdim olunması prosesi gedirdi.
Ədalət naminə onu da deməliyəm ki, Ceyhun Cəlilov Baş nazir olduqdan sonra müəyyən müddət qəzetə dəstəyini əsirgəmədi. Lakin sonradan bunun da müəyyən məqsədlərə xidmət etdiyi aydın oldu.
Sonrakı mərhələdə onun Baş nazir kimi fəaliyyəti ilə bağlı bir deputatın sessiyada tənqidi çıxışı redaksiya üçün ciddi problemə çevrildi. Bir tərəfdən "dərc edin", digər tərəfdən isə "silin" göstərişi verilirdi. Bu ziddiyyətli tapşırıqlar səbəbindən gecə saatlarınadək hansı qərarı verməli olduğumu bilmirdim.
Ceyhun Cəlilov səlahiyyətli nümayəndə təyin olunduqdan sonra isə həmin məsələ ilə bağlı arayışlar tələb edildi.
Halbuki cəmi üç gün əvvəl cənab Prezidentin qəbulunda iştirak etmiş, mühüm tapşırıqlar almışdı. Belə bir məsuliyyətin yükünü daşımaq, dövlətin etimadını doğrultmaq əvəzinə, kreslosunda oturub Sara Əzimovadan necə intiqam almağın yollarını axtarırdı. Dövlətin etimadını şəxsi hesablaşmalara sərf etmək heç vaxt sağlam idarəçilik nümunəsi sayıla bilməz.
Hətta məndən onun haqqında tərif dolu yazılar yazmağımı gözləyirdi. Mən bunu etmədikcə diqqəti daim sosial media səhifələrimdə qalır, hər paylaşımımı izləyirdi. İstədiyini görmədikcə isə daha da qəzəblənir, münasibəti getdikcə şəxsi müstəviyə keçirirdi.
Bizi qoruyan oldumu? Təəssüf ki, olmadı.
Amma mən cənab Prezidentə inanıram.
Təəssüf ki, hazırda səsimizi lazımi ünvana çatdırmaq hər zaman mümkün olmur. Bu gün şəxsi söhbətlərdə zəng edib "haqlısan", "halal olsun" deyənlər az deyil. Amma çox az adam eyni sözləri açıq şəkildə deməyə cəsarət edir. Belə olduqca rəhbər postunu layiqincə yerinə yetirməyənlər daha da güclənir. Əziyyətini isə dövlətə vicdanla xidmət etmək istəyən insanlar çəkir.
Bu gün mənim yerimə təyin olunan şəxs Ceyhun Cəlilovun yaxın dostudur və onun bütün istəklərini yerinə yetirir. Mənim iş prinsipim isə həmişə neytrallıq və dövlətçilik üzərində qurulub. Rəhbərlik etdiyim dövrdə də redaksiyanın fəaliyyətini yalnız Ali Məclisin müəyyən etdiyi qaydalar çərçivəsində təşkil etmişəm.
Əminəm ki, ölkə başçısı bütün bu məsələlərin təfərrüatını bilsəydi, dövlət maraqlarını deyil, şəxsi ambisiyalarını ön plana çəkən şəxslərə müvafiq hüquqi və siyasi qiymət verilərdi.
Kənardan danışmaq asandır. Amma intriqalara söykənən idarəçilik sistemində işləmək heç də asan deyil. Rəhbərliyin diqqəti dövlət üçün vacib məsələlərə deyil, şəxsi hesablaşmalara yönəlirsə, böyük nəticələr gözləmək çətindir.
Mən belə idarəçilik yanaşmasını dünən də qəbul etməmişəm, bu gün də etmirəm və bundan sonra da etməyəcəyəm.
Sonda onu da qeyd edim ki, statuslarımı iş vaxtında deyil, işdənkənar saatlarda, qeyri-iş günlərində və şəxsi internetim vasitəsilə paylaşıram. Bunu xüsusilə qeyd edirəm ki, sonradan "iş vaxtı sosial şəbəkədə paylaşım edib" kimi əsassız iradlar və ya arayış tələbləri üçün bəhanə axtarılmasın.
Naxçıvanda yeni idarəçilik trendi yaranıb – kimdən nə barədə arayış almaq.."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Dünən, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Dünən, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Dünən, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Dünən, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Dünən, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Dünən, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Dünən, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Dünən, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Dünən, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Dünən, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Dünən, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Dünən, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Dünən, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Dünən, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru