"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox .....                     Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir .....                     Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu .....                     Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, .....                     MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                 

Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Tarix: 16-04-2026, 14:19 | Çap et

Vaxtilə verilmiş saxta sənədlər hazırda Gəncə şəhərində mülk sahiblərinin ciddi narazılığına səbəb olub. Narazılığın yaranmasında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə yaxın kadrların adı hallanır. Şəhər sakinlərinin bu məsələdə ittiham etdikləri şəxslərdən biri də əvvəllər Gəncənin Nizami rayonunun icra başçısı vəzifəsində çalışmış, sonradan isə Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəhbərlik etmiş Məharət Mustafayevdir.

Şikayətçilər Reyting.az-a bildiriblər ki, Gəncə şəhərinin Nizami rayonu ləğv edildikdən sonra həmin rayona məxsus möhür Məharət Mustafayevdə qaldığından bundan sui-istifadə halları baş verib.

Vətəndaşlara məxsus ərazilər başqalarına satılıb

Şəhər sakinləri iddia edirlər ki, Məharət Mustafayev və onunla əlbir olan bəzi məmurlar vətəndaşlara məxsus torpaq sahələrinə digər şəxslər üçün mülkiyyət sənədləri verərək saxtakarlığa yol veriblər. Nəticədə eyni əraziyə bir neçə iddiaçı ortaya çıxıb.

Bildirilir ki, Gəncə şəhər ərazisinə aid hektarlarla ərazi 4 sota bölünməklə, saxta sənədlərlə digər şəxslərə də satılaraq böyük məbləğdə vəsait mənimsənilib.

İddialara görə, M. Mustafayev və onunla əlaqəli şəxslər Gəncədə yüzlərlə saxta mülkiyyət sənədi hazırlayıblar:

“Onlar şəhərin ətrafında torpaq sahələri satıblar. Halbuki həmin ərazilər əvvəldən başqa şəxslərin mülkiyyətində olub. Bu saxtakarlıq həm əsl mülkiyyət sahiblərini, həm də aldadılaraq saxta sənəd alan şəxsləri çətin vəziyyətə salıb”.

Şikayətçilər bu prosesdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, şəhər təsərrüfatı şöbəsinin keçmiş rəhbəri Mikayıl Zeynalovun da adını çəkirlər.

Din xadiminin də mülkiyyətinə müdaxilə ediblər

Problemlə üzləşənlərdən biri də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasovdur. Hazırda Türkiyədə müalicə olunan din xadimi problemin həlli üçün dövlət başçısına müraciət edib.

Onun sözlərinə görə, Mikayıl Zeynalovun əmisi Şakir Zeynalov əvvəlcə ona məxsus ərazini icarəyə götürərək orada fəaliyyət göstərib, sonradan isə saxta sənədlərlə həmin torpaq sahəsinin bir hissəsini ələ keçirib.

Prezidentə müraciət edilib

Hacı Tahir Abbasov bildirib ki, bəzi şəxslərə əvvəlki tarixlərlə saxta sənədlər verilib və bu sənədlər hazırda ciddi problemlər yaradır:

“Saxta sənədlərin əksəriyyətində Məharət Mustafayevin imzası var. Gəncədə yüzlərlə insana pul müqabilində belə sənədlər verilib. Təəssüf ki, bu saxtakarlığa hüquqi qiymət verilmir. Möhtərəm Prezidentdən xahiş edirəm ki, məsələni nəzarətə götürsün və vətəndaşların pozulan hüquqlarının bərpasına kömək etsin”.

Qarşıdurma təhlükəsi artır

Din xadimi qeyd edib ki, saxta sərəncamlar əsasında notariat qaydasında alqı-satqı aparılması yeni problemlərə yol açır:

“Bu sənədlər ləğv edilməlidir. Əks halda, vətəndaşlar arasında qarşıdurma qaçılmaz olacaq. Heç kim öz iddiasından geri çəkilmir və hər kəs mübahisəli ərazinin ona məxsus olduğunu bildirir. Hətta bəzilər əllərindəki saxta sənədlərlə alqı-satqı da aparırlar”.

Onun sözlərinə görə, hazırkı narazılığa səbəb olan şəxslər vaxtilə Gəncədə ciddi iğtişaşlara yol açanlar və onların tərəfdarlarıdır. Hacı Tahir Abbasov xatırladıb ki, 2018-ci ildə baş verən hadisələr zamanı şəhərin asayişini qoruyan qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov həyatını itirib.

Qeyd edək ki, sabiq icra başçısı Elmar Vəliyevin fəaliyyəti dövründə həm də yuxarıda adları çəkilən M. Mustafayev və M. Zeynalov kimi məmurların yarıtmaz fəaliyyəti nəticəsində Gəncədə silahlı insidentlər baş vermiş və bu, ciddi ictimai əks-səda doğurmuşdu. Həmin hadisələr zamanı icra baçısı güllənmiş, asayişin keşiyində duran iki yüksək rütbəli polis əməkdaşı həlak olmuşdu.

Hazırkı vəziyyət isə şəhərdə yenidən gərginlik və qarşıdurma riski yaradır.

Onu da qeyd edək ki, Gəncə sakinləri saxta yolla verilmiş sənədin nümunəsini də redaksiyamıza təqdim ediblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30
Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25
Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru