"Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                 

Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti... - Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı?
Tarix: 13-11-2025, 10:52 | Çap et

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qayınatası, Olympus Şirkətlər Qrupunun təsisçisi olduğu deyilən Əbülfəz Babayevə qarşı külli miqdarda dələduzluq etdiklərinə görə həbs olunan dəstə barədə məlumat vermişdik.

Cinayət işindən aydın olur ki, dəstə üzvləri Bakının müxtəlif ünvanlarında Əliyar Abbasovdan Türkiyə Respublikasının İstanbul şəhərində tikinti üçün torpaq sahəsinin alınması adı ilə ümumilikdə 2 milyon 550 min 150 manat pulunu 2022-ci ilin əvvəlindən 02.05.2024-cü il tarixinə kimi ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxslər Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın işinə baxılıb. Prosesin gedişində Ə.Babayevə vurulan zərər ödəndiyinə görə təqsirləndirilən şəxslərə şərti cəza verilib, onlar sərbəst buraxılıblar.

Maraqlıdır ki, cinayət işində zərərçəkmiş şəxs kimi Əbülfəz Babayev tanınıb. Lakin ölkə mətbuatının yazdığına görə, 2,5 milyon manat tək Əbülfəz Babayevə məxsus olmayıb. Belə ki, pulun çox hissəsi onun kürəkəni Vüqar Gülməmmədova məxsus olub. Sadəcə, Vüqar Gülməmmədovun prokurorluq orqanları ilə isti münasibətləri olduğundan, həmçinin vəzifəli şəxs olduğundan onun adı ittiham aktına salınmayıb. Onu da qeyd edək ki, keçmiş ədliyyə polkovniki olan Əbülfəz Babayevin təsisçisi olduğu Olympus Şirkətlər Qrupu daha çox Olypus Park kimi tanınır. Özü də ölkə mətbuatında gedən saysız-hesabsız şikayətlərdən aydın olur ki, şirkət heç də yaxşı əməllərin sahibi deyil.

Məlumdur ki, Azərbaycan Nazirlər Kabineti 2016-cı ildə Bakı şəhərində köhnəlmiş binaların sökülərək yerində müasirlərinin tikintisini nəzərdə tutan 86 saylı qərar imzalayıb. Qərara əsasən tikinti şirkətləri köhnə binaların sakinlərinə ədalətli kompensasiya ödənilməsi, yaxud yeni binada onlara daha geniş mənzillər verməklə onların köçürülməsinə nail olmalıdır. Pilot layihə adlanan proses başlananda ona ən aktiv qoşulanlardan biri də Olympus Park olub. Lakin şirkətin Bakının çoxsaylı ərazilərində köhnə binaları, qeyri-yaşayış tikililərini alan zaman, həmçinin aldıqdan sonra tikinti prosesi, köçürülən sakinlərə kirayə haqlarının verilməsi, onların həmin ərazidəki binadan mənzillə təmin olunması, binaların təhvil verilməsi müddəti ilə bağlı verdiyi vədlərin çoxuna əməl etməməsi kütləvi narazılıqlara səbəb olub.

Bakı sakinlərinin bir qrupunun şirkətdən şikayəti bu ilin iyununda mediada dərc olunub. Bakı şəhər sakinləri N.Əhmədova, Ə.Əliyeva, H.Novruzov, M.Məmmədov, Y.Həsənov, T.Hüseynova, İ.Rüstəmova, K.Quliyeva və digər sakinlər bildiriblər ki, “Olympus” park-tikinti şirkəti Bakı şəhərinin bir çox yerlərində yaşayış binaları tikir. AMEA-nın yanında iki bina, Nəsimi bazarının yerində 4 bloklu bina, Təbriz küçəsində 3 bloklu bina, 7-ci mkr-da, Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin yaxınlığında 7 bloklu bina, Neapol dairəsi yaxınlığında 3 bloklu bina, Yasamalda 3 bloklu bina, Botanika bağının yaxınlığında 2 ədəd 18 mərtəbəli bina və s. yaşayış mənzillərinin tikintisini bu şirkət həyata keçirir. Amma necə? Sakinlərlə müqavilə bağlanır, pullar qəbul edilir, amma binaların tikintisi illərlə uzanır və sakinlər də evsiz-eşiksiz gözləməkdə davam edirlər. Tikilən tək-tük binaların da sakinlərinə hələ heç bir çıxarış verilməyib. Sakinlərin dediyinə görə, 1 ilə tikiləcəyi nəzərdə tutulmuş binalar, üstündən 5-6 il keçməsinə baxmayaraq, hələ də tamamlanmayıb. Şikayətçi N.Əhmədova Bakı-xəbər-ə deyib: “Biz müqavilə bağlayanda dedilər ki, tezliklə gözəl, yaraşıqlı, hər cür komfortu olan mənzillərdə yaşayacaqsınız. Biz də razılaşdıq ki, tezliklə kirayədə yaşamaqdan canımız qurtaracaq. Amma sən saydığını say, gör şirkətin rəhbəri Rəfael Qarayev və ətrafına yığdığı xalası uşaqları Anar və digərləri nə sayır? Biz artıq bu illər ərzində evə ödədiyimiz puldan iki dəfə artıq kirayə pulu ödəmişik. Biz nə vaxta qədər kirayədə yaşamalıyıq? Borc-xərc edib pul ödəmişik ki, nəhayət, bizim də öz evimiz olsun. Amma bu gedişlə, deyəsən, ömrümüzün axırına qədər kirayədə yaşamalı olacağıq”.

Olympus Park”ın Nobel layihəsi dayandırıldı — Qanunsuz söküntüyə görə

Y.Həsənov deyir: “Biz də kirayədə yaşayırıq. Inanırdıq ki, tezliklə bina tikilər və biz də öz mənzilimizdə yaşayarıq. Amma bu şirkətin rəhbəri Rəfael Qarayevin mədəsi doymur. Bizim pullarımızın hesabına özünə və xalası uşaqlarına cənnət həyatı qurub. Aldığımız məlumata görə, Goradildə 4 mərtəbə villası, şəhərin bir neçə yerində evi, neçə-neçə obyekti, Türkiyədə və Avropada evləri var və banklarda da pulları “n” qədərdir. Hazırda sürdüyü axırıncı model “Qalenvagen” markalı maşının qiyməti 550 min manatdır. Bunlar hamısı bizim pullarımızın hesabınadır. Görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hara baxır? Gözlərinin qarşısında bu qədər qanunsuzluq baş verir. Amma heç bir tədbir görmürlər. Bizim şikayətimiz əsasında Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, amma nəticə yoxdur. Biz nə vaxta qədər küçələrdə qalmalı olacağıq?”

Maraqlıdır ki, sakinlər Rəfael Qarayevin təkcə onları yox, eyni zamanda bu şirkətə investisiya qoyan 35-dən yuxarı təsisçini də aldatdığını deyirlər. Amma nə məsələdirsə, təsisçilərdən heç biri ondan narazılığını bildirmir. Bəzi mətbu orqanlarda Olympus Park tikinti şirkətinin xarakterik fırıldaq piramidası qurduğu, iş adamlarının aldadılaraq sərmayələrinin mənsimsənildiyinə dair məlumatlar da yer alıb. Məlumatda “Olympus park”da piramida şəbəkəsinin başında şirkətin rəhbəri Rafael Qarayevin dayandığı, 40-a qədər ortağı olan Olympus Park şirkətinə tanınmış iş adamlarının aldadılaraq cəlb edildiyi qeyd olunur.

Hətta bir neçə il əvvəl məlum olub ki, R.Qarayevlə iş adamı, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli arasında ciddi borc qalmaqalı yaşanıb. Belə ki, H.İ.Nehrəmli Bakının Nəsimi rayonunda, “Zabitlər bağı”na yaxın ərazidə yerləşən torpağını R.Qarayevə 10 milyon manata satıb. Pulun bir hissəsini alsa da, 5 milyon manata yaxın vəsaiti uzun müddət ala bilməyib.

İ.Nehrəmli bu məsələ ilə bağlı 2022-ci ildə Demokrat.az-a deyib: “Bəli, həqiqətən də Rafael Qarayev bizə aid olan şirkətin ona satılması üçün müraciət etmişdi. Və belə razılaşdıq ki, şirkətin 50 faizini ona verək. O, ilkin 50 faizin ödənişlərini problemsiz icra etdi. İkinci 50 faizi isə ödəniş olmadan bizdən istədi və kişi sözü verdi ki, pulu vaxtında odəyəcək. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon zənglərimizə cavab vermədi. İndi də təsisçilərimiz ondan şikayətçidir. Pullarını geri alıb-almayacağı hələ ki sual altındadır. Hamı kimi mən də eşidirəm ki, Rafael Qarayevlə bağlı şikayətlər var, onun çoxsaylı şərikləri ilə olan münaqişəsini mən də eşitmişəm. Amma işin içərisində olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq bu cür hərəkətləri iş adamına yaraşdırmıram”.

Daha sonra İ.Nehrəmlinin borcun tələbi ilə R.Qarayevə qarşı məhkəmə iddiası qaldırdığına dair məlumatlar yayılsa da, prosesin nəticəsi açıqlanmadı. Lakin R.Qarayevin özünə qarşı edilən bir dələduzluq işi üzrə məhkəmə prosesi qərarla yekunlaşıb. Belə ki, R.Qarayev Türkiyə səfirliyinin yaxınlığındakı torpaq sahəsini almaq istəyərkən aldadılıb. O, 1 milyon 890 min manatlıq dələduzluğa məruz qaldığını iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. İş adamına qarşı dələduzluqda ittiham olunan şəxsin İnam Cəfərov olduğu bildirilir.

Rafael Qarayevin şikayətindən sonra cinayət işi açılıb. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs R.Qarayevin zərərinin 1 milyon 400 min manatını geri qaytarıb. Qalan məbləğə görə tərəflər arasında razılığın olduğu bildirilir.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və ona şərti cəza verilib.

Tanış ssenaridir, deyilmi: Əbülfəz Babayev və onun təsisçisi olduğu şirkətin rəhbərinə qarşı qarşı dələduzluq edənlər dərhal tapılır, məsuliyyətə cəlb olunur, zərərləri qarşılanır. Lakin Olympus Park-ın aldatdığı yüzlərlə vətəndaş, hətta iş adamlarının narazılığına, şikayətlərinə baxan yoxdur. Aydın məsələdir ki, bu imtiyaz nə Ə.Babayevin, nə də R.Qarayevindir – imtiyaz onların arxasında duran V.Gülməmmədovundur. Məhz Hesablama Palatasının geniş səlahiyyətlərinə arxalanan V.Gülməmmədova görə heç kim Olympus Park-ın əməllərini araşdırıb hüquqi qiymət vermək istəmir. Məhz bu himayəyə görə şirkət və ona rəhbərlik edən şəxs jurnalistlərin üstünə qoçu göndərir. Həmin jurnalist isə “Yeni Müsavat”ın əməkdaşı İlkin Muradov idi.

2021-ci ildə şirkətin qanunsuzluqları ilə üzləşən vətəndaşların, iş adamlarının şikayətini araşdıran jurnalistimiz V. Gülməmmədova arxalanan R.Qarayevin başına yığdığı qohumları tərəfindən təhdid olunmuşdu.

Məsələ ilə bağlı ətraflı məlumat bu linkdə: https://www.musavat.com/news/olympus-park-rehberinin-dayisi-oglu-sirketle-bagli-yazilan-yaziya-gore-yeni-musavat-in-emekdasini-hedeledi-foto_829725.html

Olympus Park V.Gülməmmədova arxalanan insanların törətdiyi və cəzasız qaldığı qanunsuzluqların mahiyyətini açan bariz nümunədir. Lakin Hesablama Palatası kimi geniş səlahiyyətlərə malik qurumun rəhbərinin öz mövqeyindən sui-istifadəsinə dair yeganə nümunə deyil.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru