"Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                     Rusiya reaktiv mühərrikli dronlarla hücum edir .....                     Azərbaycanda un bahalaşa bilər .....                     Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? .....                     Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... .....                     Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər .....                     Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir .....                 

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!
Tarix: 28-08-2025, 10:28 | Çap et

Azərbaycanda adda-budda sağlam fəaliyyəti olan məmurlardan biri kimi Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə nümunə göstərilirdi. Lakin onun da son çıxışları bu ümidləri dəfn etməkdədir. Xüsusən də ötən ay “rusca düşünüb”, Azərbaycanda dilində fikrini uğursuz ifadə etməsi dillərdə dastana çevrilib.
Anxeber.Az yazır ki, söhbət DİM sədrinin “İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” sözlərindən gedir.
Əgər bunu hansısa rusdilli məmur səsləndirsəydi, yola vermək olardı. Amma təhsillə birbaşa bağlantısı olan Abbaszadə “Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” deməməliydi. İndiyədək də onun demək istədiyini hərə bir şəkildə yozur. Hər halda, təhsil adamı fikrini səlist, aydın ifadə edə bilmirsə, onda Azərbaycan elmi çoxdan rəhmətə gedib.
Üstəlik, “İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər” sözləri də banal səslənir. Əvvəla, inək öldürülmür. Filoloqlar, ana dili dərslikləri hazırlayanlar təsdiqləyər ki, heyvan kəsilir və sonra əti satış məntəqələrinə paylanır. Bəli, mahiyyətcə inək kəsilərkən ölür. Amma DİM sədri inəklə bağlı fikrini daha düzgün ifadə edə bilərdi. Çünki öldürmək – qətlə yetirmək kimi daha sərt, qaba səslənir. O zaman elə hər gün dünyada milyonlarla qoyun-inək, keçi, qaz-ördək, hinduşka və s. öldürülür.
Axı Azərbaycan dilinin estetikası ilə yanaşsaq, bu heyvanların kəsildiyini demık daha məntiqli olar. Yaxud da balıq, quş ovlanır. Amma kimsə “balıqçı balıq öldürdü” demir, “ovladı” söyləyir. Ona görə də M.Abbaszadə “inək öldürülür” yerinə “heyvan kəsilir” deyə bilərdi. Və bunu ölkənin təhsil sistemində mühüm fiqur olan şəxsdən eşidirik. Bəs DİM sədri belə danışırsa, yeni nəsilə Azərbaycan dili ilə bağlı necə öyüd-nəsihət vermək mümkündür? Hələ yaxşı ki, “inək qətlə yetirilir” deməyib.
Həmçinin də “Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” sözləri olsun. Qadını inəklə müqayisə etmək rüsvayçılıqdır. İkincisi, qadın harada sağılır? Bəlkə ananın körpəsinə süd verməsini nəzərdə tutur? Bu da yenə sağılmaq deyil. Çünki “qadınların sağılması” dedikdə ikinci versiya kimi onların evdə də, işdə də fiziki əməyinin istismar olunması ağıla gələ bilər. Yəni qadınlarımız zəhmətkeşdir, gecə-gündüz çalışır, əziyyət çəkirlər – yemək bişir-düşür, paltar yu, evi sil-süpür, uşaqların geyimlərini ütülə, sonra işə qaç və s.
Bəli, bu zaman demək olar ki, qadınlarımız çox zəhmət çəkir, fədakarlıq edir, heç atalar bəlkə bu qədər əziyyətə qatlaşmır. Abbaszadə bu şəkildə deyə bilərdi ki, qadınlar çox işləyirlər. Amma onları inəklə tay tutmaq və “sağılırlar” demək ya söz baqajının zəifliyindən xəbər verir, ya da ana dilində danışmaqda çətinlik çəkdiyini göstərir...
Hamını imtahan edən DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

O ki qaldı, onun fəaliyyətinə, elə bu günlərdə hurnalist Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzini Azərbaycanın elmi potensialına zərbə vurmaqda ittiham edib. T.Şahsuvarlının fikrincə, məsələn, Qərbdə Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir:
“Dövlət İmtahan Mərkəzinin Azərbaycanın elmi potensialına vurduğu zərbəni “İxtisas seçimi paradoksu” cədvəli ilə daha sadə izah edim.
* Fərz edək ki, qəbul imtahanlarında 600-610 bal aralığında 50 nəfər bal toplayıb.

* Fərz edək ki, ali məktəblərin hüquq ixtisaslarına 610+ bal toplayan abituriyentlər qəbul olub, hüququn keçid balı 610.01 olub.

* Fərz edək ki, 610-620 bal aralığındakı 50 nəfərin hər biri ixtisas seçimi zamanı 1-5 yerlərə hüquq ixtisaslarını yazıb, BDU-nun tarix istisasını ancaq 6-cı yerdə göstərib.

* Fərz edək ki, 590-600 bal aralığında da cəmi 50 nəfər bal toplayıb.

* Fərz edək ki, 590-600 bal aralığındakı 50 nəfər BDU tarix ixtisasını 1-ci yerdə göstərib.

* Fərz edək ki, BDU tarix ixtisasına cəmi 50 nəfər qəbul var.
Bu halda DİM-in sistemi 590-600 bal aralığını “Tarix”ə yerləşdirəcək, 600-610 bal aralığını isə qıraqda qoyacaq.
Bu şərti rəqəm DİM-in yerləşdirmə sistemi necə işləyir, onu başa düşmək üçün sadə şəkildə təqdim etdim.
İndi sual meydana çıxır: daha üst intellektual seqmenti qıraqda qoyub, bir altdakı seqmenti “Tarix”ə yerləşdirmək Azərbaycanda tarix elminin, BDU-nun Tarix fakültəsinin akademik keyfiyyətinə, nüfuzuna və bütövlükdə təhsilə sosial ədalət baxımından nə vəd edir?
Qısa və konkret: MƏNFİ TƏSİR EDİR!
Qərbin nüfuzlu universitetlərində bu məsələ necə tənzimlənir? Mərkəzləşdirilmiş qəbul sistemi, yəni oraların təhsil sistemində Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir. Bir abituriyent bir neçə universitetdən, bir neçə ixtisasdan “qəbul” mesajı alır və onlardan birini seçir. Nəticədə universitetlər nüfuz, təhsil isə keyfiyyət itirmir”.
Göründüyü kimi, sadəcə, illərlə bir sistemlə aldadılmışıq. Daha mötədil bir formaya keçid mümkündür ...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Ünvanlı sosial yardım alanların sayı azalırsa... - AKTUAL
Bu gün, 07:51
"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız" - deputat
Bu gün, 07:47
"Əslində cənab Qurbanov, Etibar müəllimə təşəkkür etsə, haqqı var..." - REPLİKA
Bu gün, 07:44
"Ortada nə pul var, nə də televizor!" - GİLEY
Bu gün, 07:39
"Nədən nə nazirin, nə də dövlət qurumlarının təklifləri nəzərə alınmır?" - ARKA-ya KORRUPSİYA İTTİHAMI
Bu gün, 07:33
SOCAR-da YIRTICILARIN QAÇIŞ PLANI - Batan gəmini ilk olaraq siçovullar tərk edir...
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru