AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Tarix: 5-08-2025, 10:15 | Çap et

Elm və Təhsil nazirliyindən narazı qalan ADPU-nun dosenti Fəxrəddin Yusubov prezident İlham Əliyevə müraciət etdi

Müstəqil Azərbaycanımızın yaradıcısı, qurucusu olan ulu öndərin layiqli davamçısı, xalqımızın qüdrətli sərkərdəsi cənab İlham Əliyev ictimai həyatımızın bir çox sahələrinin inkişaf etdirilməsində, iqtisadiyyatımızın böyük sıçrayışlarla irəliləməsində misilsiz xidmətlər göstərmiş və bu iş indi də uğurla davam etdirilməkdədir. İqtisadi yüksəliş digər sahələrində tərəqqisində öz rolunu göstərməkdə davam edir. Son on illərdə qazanılan nailiyyətlər içərisində təhsil sahəsində əldə olunan uğurları xüsusilə qeyd etmək yerinə düşər. Məktəblərin maddi texniki bazasının yenilənməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilməsi, Avropa təhsil məkanına inteqrasiya xəttinin uğurla davam etdirilməsi, normativ-hüquqi bazanın yaradılması təhsil sahəsində aparılan islahatların ən uğurlu cəhətlərindən biri kimi qeyd oluna bilər. 
Bu uğurlarımızla yanaşı bu sahədə hələ də görülməli işlərin çox olduğu Sizin imzaladığınız sərəncamlarda, normativ sənədlərdə dönə-dönə vurğulanmaqdadır. Bunu nəzərə alaraq strateji sahə sayılan müəllim hazırlığı ilə bağlı imzaladığınız bir çox sənədləri xatırlatmaq yerinə düşər.
Bütün bu uğurlarımızla yanaşı son dövrlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi kollegiyasının ali məktəb tələbələrinin ixtisas təcrübəsi keçməsinə dair qəbul etdiyi analoqu olmayaq bir qərarın dövlətimiz tərəfindən götürülmüş strateji xəttin, məlum konsepsiyanın həyata keçirilməsinə necə ciddi bir əngəl yaratdığını Sizin diqqətinizə çatdırmaq istəyirəm.
Ali və orta ixtisas təhsil müəssisələri tələbələrin ixtisas təcrübəsi keçməsinə dair Nazirlər Kabinetinin məlum qərarı vardır. Həmin qərarının (30 dekabr 2023-cü il, №489) icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərar arasında (№ KQ-12, 3 sentyabr 2024-cü il) ciddi uyğunsuzluq yaradılmışdır. Ali təhsil müəssisələrində analoqu olmayan, heç bir xarici ölkədə özünü göstərməyən tələbələrin ixtisas təcrübəsi keçməsinə süni yenilik gətirilmişdir. Tələblərin 3 ay yarım müddətdə bilavasitə istehsalatda (orta ümumtəhsil məktəblərində) ixtisas təcrübəsi keçməsi əvəzinə onlar 2 ay yarım auditoriyada bir ay isə orta məktəblərdə təcrübə keçməyə məcbur edilmişlər və bu zərərli xətt bu tədris ili də davam etdiriləcəkdir. İnkişaf etmiş ölkələrin heç birində belə bir təcrübə forması yoxdur. Bunu Elm və Təhsil nazirliyində oturan yoldaşlar da yaxşı bilirlər. Tələbələrə müəllimliyin sirrini daha mükəmməl formada istehsalat təcrübəsi öyrədər. Dünya təcrübəsi də bunu sübut etməkdədir.
Bu uyğunsuzluğu aradan qaldırmaqla bağlı dəfələrlə Sizə, Vitse-prezidentimizə, Baş Nazirə, Nazirliyimizə, Təhsil üzrə dövlət agentliyinə tərəfimizdən məktub və teleqramlarla müraciət edilmişdir. Amma bu günə qədər problemin həllinə dair gərəkli addım atılmamış, uyğunsuzluq aradan qaldırılmamışdır.
Müəllim hazırlığında müstəsna və önəmli rolu olan ixtisas təcrübəsinin keçirilməsi işinə ciddi əngəl törədən Kollegiya qərarı - həmin uyğunsuzluq müəllim hazırlığına xidmət edən bütün ali təhsil müəssisələrinin işinə maneçilik törətmiş və bu proses daha da dərinləşməkdədir. Bunun vaxtında qarşısının alınması, lazımi düzəlişlərin aparılması üçün heç bir addım atılmadığını nəzərə alaraq ziyalı narahatlığı ilə yenidən Sizə müraciət etməyəməcburam. Əminəm ki, nəhayət bu müraciətim birbaşa Sizəçatdırılacaqdır. Bu yanlışlıqla təkcə strateji sahə olan müəllim hazırlığı işinin məzmunu deyil, cəmiyyətimizdə önəmli rol oynayan pedaqoji təhsilimizin taleyi də zərbə altına düşmüş olur.
Məlumat üçün bildirim ki, AR Baş Nazirinin imzası ilə hazırda qüvvədə olan "Ali və orta ixtisas müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsi qaydası" adlı qərarı 2008-ci ildən üzü bəri tələbələrimizin ixtisas təcrübələri keçməsinə dair qazanılmış təcrübənin uğurlu yekunu və irəliyə doğru atılan mükəmməl bir addım kimi dəyərləndirilə bilər. Sənədin məzmunu, təcrübənin növləri, təşkili, təcrübə rəhbərlərinin, təhsil müəssisələrinin hüquq və öhdəlikləri, vəzifələri kifayət qədər dolğunluğu ilə bu sənəddə əks olunmuş, işin təşkili səviyyəsi ən aktual formaya, müasir dövrümüzün tələbləri ruhuna salınmışdır.
Bütün bu müsbət yanaşmaya rəğmən AR ETN-nin Kollegiyası heç bir səbəb və zərurət olmadan "Professor-müəllim heyətinin tədris işi vaxt norması"nda (Kollegiyanın 3 sentyabr 2024-cü il tarixli K-12 nömrəli qərarı, 2 nömrəli əlavə) 3-cühissəsinin tədris işi vaxt normaları qrafasının "Auditoriyadan kənar saatlar" bölümünün 8-ci bəndində "İstehsalat və diplomqabağı təcrübəyə rəhbərlik, hesabatın yoxlanması və qəbulu" üçün vaxt normasını ötən illərin müəyyən etdiyi vaxt normasını – hər qrup üçün gündəlik 2 saatı "Hər iş həftəsinə görə hər qrup üçün 3-5 saat"a endirmişdir. Tədris işini qanunsuz və əsasız olaraq "auditoriya və auditoriyadan kənar saatlar" bölmələrinə ayırmışdır.
Beləliklə, qəbul olunan bu vaxt məhdudiyyəti irəli sürülən müasir tələblərin reallaşdırılması işinə ciddi əngəl törətmişdir. Tələbələrin istehsalat təcrübəsinin müəllim hazırlığı işində nə dərəcə vacib, necə bir strateji dəyərə malik olmasını bildirmək tərəfimizdən həddən ziyadə artıq görünərdi. Sizə yaxşı məlumdur ki, istehsalat təcrübəsi zamanı tələbə əvvəlcə təcrübə rəhbəri - metodistin köməkliyi ilə sınaq dərslərinin keçirilməsi üçün konkret tövsiyələr alır, keçəcəyi sınaq dərsinin icmalını (planını) fənn müəlliminə və metodistə təqdim edir, yekun düzəlişlərini edir və bundan sonra həmin tələbənin dərsinin keçilməsinə imkan yaradılır. Bir sözlə, tələbə aldığı nəzəri bilikləri təcrübədə sınaqdan çıxarmağa başlayır.
Tələbəni hazırlıqsız, nəzarətsiz sinfə salmaq qətiyyən mümkün olan iş deyil və dərslə, məktəb həyatı ilə bağlı belə boşluğa yol verilə bilməz. Tələbənin sınaq dərsində təcrübə rəhbərlərinin, tələbə yoldaşlarının iştirakı da vacib və zəruri amillərdən biridir. Qayda belə idi ki, tələbənin keçdiyi sınaq dərsimetodist, pedaqoq, psixoloq, fənn müəllimi və tələbə yoldaşları tərəfindən dinlənilir, müzakirəsi aparılır və uğurlar, çatışmazlıqlar, onun aradan qaldırılması yollarına dair tələbəyə elmi-metodiktövsiyələr verilirdi. Bu proses təcrübəyə rəhbərlik işinin necə çətin və məsuliyyətli olmasını bir daha ortaya qoyur. Amma nazirliyin kollegiyasının məlum qərarı bu işi tamamilə sıradan çıxarmışdır.Bu cür ciddi, ağır və məsuliyyətli işi necə ola bilər ki, tələbə 2 ay yarım müddətində auditoriyada öz yoldaşlarına nümunə dərsi, bir ay da orta məktəbdə təcrübə dərsi keçməklə həyata keçirsinlər? Axı belə bir təcrübə heç bir ölkədə yoxdur?! Bu azmış kimi bu qədər məsuliyyətli bir işə necə ola bilər ki, ali təhsil müəssisəsindən təcrübə rəhbərinə gündəlik 5 saat vaxt ayırmaq əvəzinə həftəlik 3 saat ayrılsın?
Cənab Prezident.
Bu məsələnin bir tərəfidir. İkinci bir tərəfi isə belədir:
30 ilə yaxın olar ki Nazirlər Kabineti professor-müəllim heyətinə ayrılan ümumi dərs yükünün 60%-nin mühazirə, seminar, laborator və praktik məşğələ üçün nəzərdə tutulmasına dair qərar vermişdir. O qərar günümüz üçün aktuallığını çoxdan itirmişdir.Çünki Pedaqoji təcrübə tədris məşğələlərinin xüsusi bir formasıdır. Gördüyü işin məzmununa görə auditoriyada aparılan praktik, laborator məşğələlərindən çox ağır və daha məsuliyyətlidir. Ona xarici ölkələrdə olduğu kimi ayrıca status verilməlidir.
Çünki burada tələbənin sınaq dərsinə hazırlaşdırılması, dərsinin dinlənilməsi, sonra müzakirəsinin aparılması və qiymətləndirilməsi auditoriyada aparılan məşğələlərdən qat-qat ağır bir işdir. Ona görə də bu təcrübə dərsləri xüsusi bir məşğələ növü kimi rəsmiləşdirilməli və auditoriya saatına qatıla biləcək ayrıca tədris vaxtı - saatı kimi hesab olunmalıdır. Ya da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 №-li qərarı ilə təsdiq olunan “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” sənədində 60%-lik məhdudiyyəti 50%-ə endirilməli, vaxtı keçmiş bu qərarın həmin tələbi korreksiya edilməlidir.
Buradaca qeyd edək ki, 70-90-cı illərdə tələbələrin ixtisas hazırlığında önəmli rol oynayan fənlərin tədrisi metodikasına (mühazirə, seminar, laborator məşğələlərinə) 210 saat vaxt ayrılırdı. Fənn iki semestrdə tədris olunurdu. Təəssüf hissi ilə deyək ki, sonralar sahibsizliyi ucbatında bu vacib fənnə ayrılan saat azaldılaraq 75 saata endirildi və vaxtilə Nazirlər Kabinetinin qoyduğu 60% - 40% nisbəti indi bir əngələ çevrilmiş oldu.Müəllim hazırlığı işində nəzəri, nəzəri-praktik bazanın bu kökə salınmasına qətiyyən yol verilə bilməzdi. Amma bu edilmişdir.
Cənab Prezident,
Hörmətli I Vitse-prezident.
Bu işə Sizin birbaşa müdaxiləniz lazımdır. Müəllim hazırlığı işinə vurulan bu zərbələr aradan qaldırılmalıdır. Bu sahəni yersiz və gərəksiz eksperiment məkanına çevirmək olmaz.
Xatırladaq ki, vaxtı ilə pedaqoji təcrübə dərslərinin auditoriya saatı hesablanmasına dair Təhsil Nazirliyi kollegiyasının xüsusi qərarı da olmuşdur.
Fikrimi ümumiləşdirərək bildirmək istəyirəm ki,

1. Elm və Təhsil Nazirliyi Kollegiyasının qərarında göstərilən vaxt norması Nazirlər Kabinetinin "Qaydalar"ında nəzərdə tutulan yeni məzmun və tələblərlə uyğunlaşmalıdır. Həftəlik vaxt normativindən gündəlik vaxt normativinə keçilməlidir.
2. Bu uyğunsuzluq düzəldilmədiyinə görə görün nə baş verdi(indi də belə davam etməsi nəzərdə tutulur): Elm və Təhsil Nazirliyinin günahı ucbatından professor-müəllim heyətinin dərs yükünə çox böyük xələl gəlməsin deyəməcburən tədris təcrübəsi 10-11 nəfərlik yarımqruplar üzrə götürülür və onun aparılması üçün vaxt məsrəfi belə müəyyənləşdirilir – həftə üçün 10 *10 =100 saat, onlardan 40+40 ixtisas metodistinə, 20 saat isə pedaqoqa nəzərdə tutulur. Bu 100 saat auditoriya saatı sayılır. İstehsalat təcrübəsinə isə 5 həftə ayrılır və burada da 10-11 nəfərlik qrup üçün cəmi 25 saat verilir (13+12 saat). Bu vaxt isəauditoriyadan kənar saat sayılır. Hesabatların qəbulu üçün isə 5 həftə müəyyənləşdirilir və ona da hər həftəyə 10 saat vaxt ayrılır. Beləliklə, a) həftəlik dərs saatı vaxt norması və b) auditoriya və auditoriyadan kənar saatların qovuşuğundan mövcud qanunvericiliyin tələbinə zidd olaraq hibrid bir ixtisas təcrübə keçirilməsi forması yaradılır.
Tədris və istehsalat təcrübəsi fərqli məzmunlu işlərdir və bu belə olmasaydı Nazirlər Kabinetinin Qərarında həmin anlayışlar əsaslı şəkildə fərqləndirilməzdi. Onları bir-birinə qatmaq, birləşdirmək olmaz. Auditoriyada tədris təcrübəsi adı altında istehsalat təcrübəsi keçmək mövcud qanunvericiliyin tələblərinə ziddir. Üstəlik belə bir hibridtəcrübə forması inkişaf etmiş Avropa ölkələrinin, eləcə ABŞ ali məktəblərinin təcrübəsində qətiyyən mövcud deyil. O ölkələrin (Fransa, Almaniya, Polşa, Belçika, Hollandiya, Danimarka, İngiltərə, İordaniya, Portuqaliya, Finlandiya, Avstriya, Çexiya, Slovakiya, ABŞ, Rusiya və b.) hamısında ortalama tələbələr 3-4 ay müddətində istehsalat təcrübəsi keçirlər. Bizdə də mövcud qanunvericiliyin tələbinə uyğun olaraq IV kurs tələbələrinin ixtisas təcrübəsi ali məktəblərin müəyyən etdiyi baza ümumtəhsil məktəblərində, istehsalat təcrübəsi kimi universitetdən – təhsil müəssisədən kənarda, ümumtəhsil məktəblərində keçməlidir.
3. Kollegiyanın qəbul etdiyi qərardakı həftəlik saatlar, gündəlik saatlarla əvəzlənmədikcə, müəllim hazırlığında mühüm dövləti əhəmiyyət daşıyan tələbələrin ixtisas təcrübə keçməsi işi çox ciddi zərbə alır. Xatırlatsaq ki, tələbələrimiz fevral ayının 16-dan may ayının 25-nə kimi məktəblərdə təcrübəyə keçirdilər, bu çox düzgün və beynəlxalq aləmdə qəbul olunan elmi-pedaqoji yanaşma idi. Xarici ölkələrin praktikasında hal-hazırda pedaqojitəcrübələr bu cür də davam edir. Nazirlər Kabinetinin ixtisas təcrübəsi keçilməsinə dair məlum qərarında da (maddə 3.13-də) tələbələrin təcrübə müddəti 5 günlük iş həftəsi sözü yazılır və həftəlik təcrübə keçmə müddəti an azı 20 saat olması tələb olunur.
4. Elm və Təhsil Nazirliyinin kollegiyasının vaxt normasına dair hazırkı qərarı (istehsalat təcrübəsinə həftəlik 3-5 saat )bütün pedaqoji yönümlü ali təhsil müəssisələrində pedaqoji təcrübənin normal şəraitdə keçilməsi işinə əngəl yaradır. Bu tələb gündəlik 3-5 saatla əvəzlənməlidir. Bu əngəl aradan qaldırılmadığından ali təhsil müəssisələrininbəziləri qarşıya qoyulan saat məhdudiyyətini aradan qaldırmaq üçün tədris təcrübəsini istehsalat təcrübəsi ilə birləşdirmək məcburiyyətində qaldılar. Bu isə qətiyyən yol verilməz işdir və qanunvericiliyin tələbinə ziddir. Elə bir xarici təcrübə nümunəsi yoxdur ki, tələbələrin ixtisastəcrübəsi ali təhsil müəssisənin auditoriyasında keçirilsin.
5. Əgər söhbət qənaətdən, tələbələrin istehsalat təcrübələrinə ayrılacaq maliyyə vəsaitinin optimallaşdırılmasından gedirsə, yeni qaydalar (Maddə 3.5) bu ixtiyarı ali təhsil müəssisəsinin özünə vermişdir. Əvvəlki qaydalarda Nazirlər Kabinetinin qərarına əsasən məktəb müəllimlərinə məcburən18 saat vaxt norması ayrılırdı. İndi bu səlahiyyət ali təhsil müəssisəsinin özünə verilmişdir. Ali təhsil müəssisəsi hazırda istəsə bu rəqəmi 5 saat da edə bilər, 3 saat da. Bu da məsələnin həll yolu.

Diqqətinizə görə təşəkkür edir və ümidvaram ki, strateji sahə sayılan müəllim hazırlığında önəmli rolu olan tələbələrimizin ixtisas təcrübə keçmələri işini gərəksiz zərbələrdən qurtaracaqsınız.

P.S. Xahişim budur ki, mənim bu müraciətim birbaşa Cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova çatdırılsın. Əgər bu məktubumu da o biriləri kimi Elm və Təhsil Nazirliyinə yönləndirsəniz əmin olun ki, onlar bu barədə heç bir tədbir görməyəcəklər. Necə ki bu günə qədər bütün müraciətlərim nəticəsiz qalıb.


ADPU-nun dosenti
Fəxrəddin Yusubov - rubrika.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru