Səhiyyə Nazirliyinin "Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Teymur Musayevin müvafiq əmri ilə direktor Etibar Muradov vəzifəsindən azad olunub.
Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Fuad Bəşirov təyin olunub.
Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Səhiyyənin Təminat Mərkəzinin direktoru Etibar Muradov başqa dövlət qurumunda vəzifəyə təyin edilməsi ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunub. Sözügedən vəzifəyə Fuad Bəşirov təyin edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad olunmuş, yerinə Etibar Muradov gətirilmişdi.






