Əməkdar artist Rəşidə Behbudova mərhum anası Ceyran xanımla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni payalaşımında bunları yazıb:
"Bədənini qucaqla və tövbə et. Özünü danla ki, ananın böyük sevgisi naminə yaşamadın. Dünyadakı hər şey sənin diqqətini çəkdi, sən isə əslində heç nəyə dəyməyən insanlara, hadisələrə, duyğulara, bütün lazımsız və saxta olan hər şey ucbatından əziyyət çəkdin. Ən çox isə özündən və hələ formalaşmamış, nə istədiyini tam anlamadığın arzularından əzab çəkdin.
Ananı dinləmək lazım idi. Çünki ana insanın həyatda olduğu müddətdə ən böyük dayağı və qoruyucusudur. Bəs sonra? Xəyallar, planlar, arzular... Halbuki həyat o qədər qısadır...
Heç bir həyat yoldaşı, hətta ən yaxşısı belə ananın sevgisinin gücünü əvəz edə bilməz. Ana səni aldatmaz, sənə xəyanət etməz, səni yarı yolda qoymaz. Səni xəyanətin, incikliyin və ağrının içində təkbaşına ağlamağa buraxmaz.
Ona görə də bədənini qucaqla və etiraf et ki, anana verə biləcəyin sevgini və qayğını vaxtında tam göstərə bilmədin...".
Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır.






