AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.
Xitab24.az xəbər verir ki, bu vəzifə çərçivəsində Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.
Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.






