“Deyirlər, pul yoxdur. Pul yoxdur, çəkmə. Mən bir halda pulsuz çəkilərəm, o da yeni sənətə gələn istedadlı gənclərin serialına. Amma neçə ilin rejissoru üçün pulsuz seriala çəkilmərəm. Dünənin aktrisası deyiləm axı, illərdir teatrda və kino sahəsində çalışıram, bu sənətdə can qoyuram, niyə qəpik-quruşa çəkilməliyəm?”
Son vaxtlar seriallarda görünməyən aktrisa bunun səbəblərini açıqlayıb:
“Bir neçə yerdən təkliflər oldu, amma şərtlərlə razılaşa bilmədim. Nə qonorar baxımından, nə də obraz tərəfdən mənim üçün qaneedici oldu. Rövşən İsax mənə “İmtina” serialında Firuzə obrazını həvalə etdi, gözəl bir obraz idi, oynadım. Ondan sonra digər rejissorlar mənə eyni xarakterli rollar təklif edirlər, mən də imtina edirəm. O xarakteri yaratdım da, artıq yeni xarakterli rol oynamaq istəyirəm. Bir çox rejissorlar hazıra nazirdirlər. Aktyorun üzərində işləmək istəmirlər. Obraza birtərəfli rol kimi baxırlar, yəni gəldi, oynadı, getdi. Mən belə seriallara çəkilmək istəmirəm. Mənə kəmiyyət yox, keyfiyyət lazımdır”.
“Niyə qəpik-quruşa çəkilməliyəm?” – deyən aktrisa bəzi həmkarlarının bu sənəti hörmətdən saldıqlarını təəssüf hissi ilə bildirib:
“Elə bu dərəcəyə də çatdıran aktyorlarımızdır. Kim hara çağırdısa, qaça-qaça getdilər, qəpik-quruşa çəkildilər. Kənardan gələn adamlar da var. Onları puldan çox görünmək, tanınmaq maraqlandırır. Peşəkar aktyora, aktrisaya hörmət etmirlər. Bizim kinomuzda, teatrımızda şəxsiyyətli aktorlarımız, aktrisalarımız olub, çəkilişdən öncə biz öz şəxsiyyətimizi qorumalıyıq. Buna görə də belə çəkilişlərə “yox” deyirəm. Hərənin də öz komandası var. Ancaq öz adamlarını çəkirlər. Bir gün onlar da taxtdan düşəcəklər”.






