Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                     Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... .....                     Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? .....                     Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir .....                     Pezeşkianın müavini: .....                     “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi .....                     Aktrisaya HAQSIZLIQ: .....                     “AccessBank”da şirkət əmanətləri .....                     "Qarabağ" Dani Boltla yolları ayırıb .....                     Kremldə böyük təşviş: .....                     “Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” .....                     Ermənistan susuz qala bilər: .....                     Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: .....                     “Leobank” GİLEY... .....                     Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... .....                     “Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! .....                     Vətəndaş “Expargo”dan şikayət etdi: .....                     Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi .....                     Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik .....                     Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... .....                     Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil .....                     Azərbaycanda 5 şirkət ləğv olunur .....                     Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb .....                     Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb .....                     Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı .....                 

Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Tarix: Bu gün, 14:35 | Çap et

Son günlər Britaniyanın aparıcı media platformalarında Azərbaycanla bağlı bir-birini tamamlayan materialların meydana çıxması diqqətdən yayınmır. Bir tərəfdə AXCP lideri Əli Kərimli haqqında geniş yazı, digər tərəfdə Qarabağda “hüquqları pozulan erməni uşaqları” mövzusu, daha sonra isə Azərbaycandakı “siyasi məhbuslar” barədə geniş material...

Ayrı-ayrılıqda götürəndə bunların hər biri jurnalistikanın legitim mövzusu sayıla bilər. Amma eyni ölkə, eyni siyasi kontekst və ittiham xətti üzərindən ardıcıl şəkildə formalaşan bu informasiya axını artıq ciddi suallar doğurur. Məsələ təkcə yazılanlarda deyil, həm də nələrin yazılmamasındadır.

Azərbaycanın 30 illik işğal tarixindən, Xocalı faciəsindən, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasından, işğal dövründə Qarabağda yaradılmış separatçı rejimdən, Ermənistanın minaladığı ərazilərdən, 2020-ci il müharibəsinin səbəblərindən danışmadan yalnız “erməni uşaqları”, “siyasi məhbuslar” və “müxalifətin sıxışdırılması” üzərindən Azərbaycan portreti yaratmaq nə dərəcədə obyektiv jurnalistikadır?

Əli Kərimli Britaniya mediasının yeni “qəhrəmanına” çevrilir?

“The Independent”in Əli Kərimli ilə bağlı materialı artıq Azərbaycanda ciddi müzakirə doğurub.

Əlbəttə, müxalifət liderinin fəaliyyəti barədə beynəlxalq media yaza bilər. Buna heç kimin etirazı yoxdur. Amma problem başqa yerdədir.

Niyə Azərbaycan haqqında yazılan materiallarda müxalif siyasətçi avtomatik olaraq “demokratiya uğrunda mübariz” obrazına yerləşdirilir, Azərbaycan hakimiyyətinin mövqeyi isə çox vaxt ikinci plana keçir? Nə üçün Azərbaycanın təhlükəsizlik məsələləri, dövlət suverenliyi, regional geosiyasi reallıqları və Qarabağ münaqişəsinin tarixi konteksti eyni həssaslıqla təqdim edilmir?

Daha maraqlısı isə odur ki, bu material başqa Britaniya media qurumlarının Azərbaycanla bağlı sonrakı yazıları ilə eyni istiqamətdə görünür.

“The Guardian”da Qarabağdakı erməni uşaqlarının taleyi emosional müstəvidə təqdim edilir. Məsələn, qəzetin 2023-cü ildə dərc etdiyi bir materialın başlığı və məzmunu Qarabağdan köçmüş erməni uşaqlarının vəziyyətinə fokuslanır. Bu mövzuların insani tərəfi, şübhəsiz ki, müzakirə edilə bilər. Amma jurnalistika yalnız bir toplumun ağrısını göstərməklə bitmir.

Bəs Qarabağdan qovulmuş azərbaycanlı uşaqlar? Onların hekayəsi haradadır? Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşən azərbaycanlı ailələrin uşaqlarının taleyi niyə eyni emosional və beynəlxalq media həssaslığı ilə təqdim olunmur? Niyə Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın dağıdılmış məktəbləri barədə eyni miqyasda materiallar hazırlanmadı? Azərbaycanlı məcburi köçkünlərin 30 illik həyatından bəhs edən reportajlar eyni qlobal auditoriyaya nə üçün çatdırılmadı?

Bu suallar cavabsız qaldıqca “obyektivlik” iddiası da sual altında qalır.

Ardınca BBC: “siyasi məhbus” gündəliyi

İndi isə “BBC Azərbaycanca”dakı “siyasi məhbuslar” mövzusunu yenidən geniş auditoriyaya çıxarır.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, BBC öz hesablamalarını əsasən Azərbaycan hüquq müdafiə qurumlarının hazırladığı siyahılar üzərindən qurur. Bu siyahılarda 328 nəfərin siyasi məhbus kimi təqdim edilməsi böyük rəqəm kimi ön plana çıxarılır.

Lakin “siyasi məhbus” ifadəsi hüquqi baxımdan avtomatik və yekun məhkəmə təsnifatı deyil. Bir hüquq müdafiə təşkilatının müəyyən şəxsi siyasi məhbus hesab etməsi həmin şəxsin mütləq siyasi səbəbdən həbs olunduğunu hüquqi baxımdan sübut etmir. Burada hər bir iş ayrıca araşdırılmalıdır.

İttiham nədir? Məhkəmənin hansı sübutları var? Müdafiə tərəfi nə deyir? İstintaq materialları nədən ibarətdir? Apellyasiya instansiyalarında hansı qərarlar çıxarılıb?

Əgər bunlar tam göstərilmədən yalnız “328 siyasi məhbus” rəqəmi oxucunun qarşısına qoyulursa, onda informasiya faktı təqdim etməkdən çıxıb siyasi nəticə formalaşdırmağa başlayır.

Vardanyan ailəsinin fəaliyyəti?

Burada daha ciddi bir məsələ ortaya çıxır.

Azərbaycan parlamentinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatına istinad edən məlumatlarda Ruben Vardanyanın ailəsinin onun beynəlxalq imicinin formalaşdırılması üçün Edelman PR şirkəti və Perseus Strategies hüquq firması ilə işlədiyi bildirilir.

Bundan başqa, Azərbaycan mediasında yayılan araşdırmalarda Vardanyan ailəsinin beynəlxalq kampaniya üçün PR strukturlarından istifadə etdiyi, “Free Armenian Prisoners” kimi platformaların təşviq edildiyi və Qərb mediasında Azərbaycan əleyhinə materialların yayılması istiqamətində fəaliyyət göstərildiyi iddia olunur. Report.az da Edelmanla bağlı bu iddiaları geniş şəkildə təqdim edib.

Daha da maraqlısı budur ki, Vardanyanla əlaqələndirilən “Free Armenian Prisoners” platformasının özündə Havas və Edelman üçün əlaqə ünvanlarının göstərilməsi açıq şəkildə görünür.

Burada artıq sadə bir sual ortaya çıxır:

Əgər beynəlxalq imic yaratmaq üçün peşəkar PR şirkətlərindən istifadə olunursa, bu kampaniyanın hansı hissəsi jurnalistikadır, hansı hissəsi isə kommunikasiya strategiyasıdır?

Bu fərqi oxucu bilməlidir. Havas məsələsi də diqqətdən kənarda qala bilməz.

Azərbaycan mediasında daha əvvəl Havas şirkəti və onun rəhbərlərindən “Stephane Fouks”un Vardanyan ailəsi ilə əməkdaşlığı barədə də materiallar dərc olunub. “Caliber”in araşdırmasında Havas Parisin Vardanyan ailəsinin sifarişi ilə anti-Azərbaycan kommunikasiya kampaniyasında rol oynadığı iddia edilir.

Bəs Samvel Karapetyan?

Bu məsələdə Samvel Karapetyanın adının çəkilməsi də təsadüfi deyil. Karapetyan Rusiyada böyük biznes qurmuş erməni əsilli milyarderdir və 2026-cı ildə Ermənistan siyasətində də fəal siyasi fiqura çevrilib. “The Guardian” onu Paşinyana qarşı çıxan əsas pro-Rusiya müxalifət fiqurlarından biri kimi təqdim edir. Azərbaycan mediasında isə Karapetyanın Vardanyanla birlikdə Azərbaycana qarşı beynəlxalq informasiya kampaniyalarının maliyyə tərəfi ilə əlaqələndirildiyi barədə iddialar yayılıb. Xüsusilə Luis Moreno Okampo ətrafında yayılan materiallarda Karapetyan və Vardanyanın mümkün maliyyə mənbələri kimi adları çəkilir.

COP29 dərsi niyə unudulur?

COP29 ərəfəsində Azərbaycana qarşı beynəlxalq siyasi və informasiya təzyiqləri artmışdı. ABŞ Konqresinin üzvlərinin insan hüquqları ilə bağlı məktubu, Azərbaycana qarşı müxtəlif beynəlxalq çağırışlar və tədbirin siyasiləşdirilməsi cəhdləri Bakının ciddi etirazına səbəb olmuşdu. “Reuters”də həmin dövrdə Prezident İlham Əliyevin COP29 ərəfəsində ABŞ qanunvericilərinin məktubunu sərt şəkildə rədd etdiyini yazmışdı.

Azərbaycanın mövqeyi isə belə idi: COP29 iqlim konfransıdır və bu platformadan Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməməlidir.

Bəs nəticə nə oldu?

COP29 keçirildi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələr Bakıya gəldi. Azərbaycan beynəlxalq gündəmin mərkəzinə çevrildi. Məhz həmin dövrdə Ruben Vardanyan mövzusunun da beynəlxalq media gündəmində xüsusi intensivliklə saxlanılması diqqət çəkdi. Azərbaycan parlamentinin hesabatında Vardanyan ailəsinin PR fəaliyyəti ilə COP29 ərəfəsindəki informasiya kampaniyası arasında əlaqələrə dair iddialar da yer alıb. Bu, araşdırılmalı məsələdir. Amma təəssüf ki, Qərbin böyük media qurumları belə sualları çox vaxt özləri vermir.

Niyə Azərbaycan daim “ittiham kürsüsündədir”?

Bəs Azərbaycanın təhlükəsizlik maraqları? 30 illik işğal? Xocalı? bir milyon məcburi köçkün? Minalar? Ermənistanın işğal dövründə yaratdığı dağıntılar? 2020-ci ildə Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə hücumlar?

Britaniya mediası Azərbaycana sual verirsə, Azərbaycan da Britaniya mediasına sual verir.

Və bu sual kifayət qədər sadədir:

Sizin Azərbaycan haqqında yazdıqlarınız həqiqətən jurnalistikadır, yoxsa böyük pulların, lobbi şəbəkələrinin və geosiyasi maraqların yaratdığı informasiya dalğasının bir hissəsidir?

Bu sualın cavabı artıq Bakının deyil, Londonun verməli olduğu cavabdır...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Bu gün, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Bu gün, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Bu gün, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Bu gün, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Bu gün, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Bu gün, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Bu gün, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Bu gün, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Bu gün, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Bu gün, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Bu gün, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Bu gün, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Bu gün, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Bu gün, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Bu gün, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Bu gün, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Bu gün, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Bu gün, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Bu gün, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Bu gün, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:57
Ermənistan susuz qala bilər: - Azərbaycanın tarixi gölü quruyur
Bu gün, 11:51
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: - “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
Bu gün, 11:48
“Leobank” GİLEY... - ”Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
Bu gün, 11:45
Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" - TƏFƏRRÜAT
Bu gün, 11:37
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QRANT İMPERİYASI... - Dövlətin milyonları necə yoxa çıxır?
Bu gün, 11:33
“Azersell”-də 1 saniyənin qiyməti 19 qəpikdir?! - ETİRAZ VAR!
Bu gün, 11:31
Vətəndaş “Expargo”dan şikayət etdi: - 190 manatlıq məhsul geri qaytarılmayıb
Bu gün, 11:28
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 11:25
Rusiyadan Qarabağ açıqlaması: Rəsmi müraciət olmadığı üçün müdaxilə etmədik - ÇƏRƏNÇİLİK DAVAM EDİR...
Bu gün, 11:24
Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19
Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06
Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02
ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00
Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53
Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47
Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41
Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37
Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru