Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                 

Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb... - FAKT BUDUR!
Tarix: 29-12-2024, 10:38 | Çap et
Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb...
Sabunçu rayon icra hakimiyyətinin başçısı olan və oliqarx məmur kimi məşhurlaşan Adil Vəliyev barəsində qalmaqallı məlumatlar yayımlanmaqda davam edir.

Rəsmi tədbirlərdə etdiyi pafoslu çıxışlarında ağız dolusu qanundan danışan Vəliyevin rəhbərliyi altında çalışan səlahiyyətli şəxslər qazi, veteran, şəhid ailəsi, xəstə, sağlam fərq qoymadan - qanuni-qanunsuz tikinti aparmaq istəyən hər kəsin "cibinə girmək"də olduğu deyilir.

"DogruXeber.az" olaraq, xüsusi vurğulamaq istəyirik ki, bu nə Sabunçu rayonu üçün xüsusi, nə də sözügedən rayonun barəsində yeganə məlumat deyil.

Xatırladaq ki, hələ 2019-cu ilin ikinci yarısında Sabunçu rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama aparılmış və icra hakimiyyətinin Həbib adlı işçisi iş otağındakı seyfində tapılan 280.000 (iki yüz səksən min) manatla birlikdə həbs edilmişdi. Qısa müddət sonra yayılan məlumatlarda isə korrupsiya cinayətilə həbs edildiyi deyilən Həbib məhkəmə qərarı ilə azadlığa buraxıldı.

Sosial medianın məlumatına görə Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınırdı, onun azadlığa buraxılmasında isə məhz Vəliyevin məhkəmə qərarına müdaxilə etdiyi deyilirdi.

Bundan əlavə, 2023-cü ilin sonlarında Adil Vəliyevin qısa zamanda vəzifədən gedəcəyi barədə məlumatlar dərc edildi. Lakin, Vəliyevin "qoruyucu mələyi", ya da "şəxsi büdcəsi" bu xəbəri də yalan çıxarmağa nail ola bildi.

Bütün bu olanlara nəzər saldıqda, adam Adil Vəliyevin jurnalist Əvəz Zeynallının məhkəməsində işlətdiyi ifadəyə haqq qazandırır - "Elə bil Azərbaycanda yaşamırsınız".

Demək ki, konstitusiyasına zidd olaraq, məmur olduğu halda həm də biznesmen olan Adil Vəliyevlərin olduğu Azərbaycanda qanunsuz işlərin maneəsiz mövcudluğu təəccüblü doğurmur.

Qeyd edək ki, bu ifadəni jurnalist Əvəz Zeynallının məhkəməsində Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev işlədib.

Belə ki, o, qanunsuz tikintinin aparılması ilə bağlı suala, - "Hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur: “İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər”, deyə cavab verib.
Vəkilin “Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz” sualını isə Vəliyev rişxəndlə, - “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...” deyə cavablandırıb.

Bir dövlət məmurunun, bir qurum rəhbərinin dilindən eşidilən bu cümlə həm gülüncdür, həm iyrəncdir, həm də ki, qorxunc. Bu eyni zamanda, öz konstitusiyası olan müstəqil dövlət üçün dəhşətli xəbərdarlıqdır.

Söhbət qanunsuz tikintilərdən düşmüşkən, özünün ifadəsində tikinti qanunsuz olduqda, İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalı olduqlarını deyən, hətta praktikada bir sıra hallarda müdaxilə edib sökdüklərini etiraf edən icra başçısına bizim də xatırlatmaq istədiyimiz bir olay var.

Bir ildən çoxdur ki, Sabunçu rayonu Zabrat 1 qəsəbəsində, Balaxanı qəsəbəsində, Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində, Bakıxanov qəsəbəsində aparılan qanunsuz tikintilər, eləcə də Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan 3 mərtəbəli iaşə obyekti barəsində dəfələrlə təkrar-təkrar Sabunçu rayon icra hakimiyyəti də daxil olmaqla, bütün aidiyyatı qurumlara rəsmi sorğular göndərib, qanuni tədbirlər görmələrini xahiş edirik. Lakin, nədənsə sözügedən icra hakimiyyəti həmin iaşə obyektinin tikintisi aparılarkən, ifadəsində qeyd etdiyi kimi nə işi dayandırdı, nə məhkəməyə müraciət etdi, nə də etiraf etdiyi istisnalar kimi müdaxilə edib sökdürdü. Sözügedən obyektin tikintisi çoxdan başa çatdırılıb. Tikintinin maneəsiz davam etdirilməsi və başa çatdırılmasına isə yerli icra hakimiyyəti başda olmaqla, bütün aidiyyatı qurumlar - FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Əmlak Məsələləri üzrə Dövlət Xidməti məsələni bir-birinin üzərinə atıb vaxt qazandırmaqla özləri şərait yaratdılar.

Demək ki, Adil Vəliyevlərin mövcud olduğu və "meydanı boş görüb, at oynatdıqları" Azərbaycanda belə halların var olması təəccüblü olmamalıdır.

Qeyd edək ki, Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş və bu gün də fəaliyyət göstərən 3 mərtəbəli iaşə obyekti barəsində heç bir dövlət qurumu tədbir görmür. Redaksiyamıza daxil olan məlumata görə obyektin sahibi olan iş adamı, bəzi şəxslərin yanında, - "Mən işimi yuxarılarla görürəm" deyə, mətbuatda yazılan məlumatların onu zərrə qədər narahat etmədiyini vurğulayıb.

Görünür, sahibkarlara qanunsuz işlər görmələri üçün şəxsi maraqları xatirinə icazə verən həmin o, "yuxarı"lar barəsində, daha yuxarıların qanuni tədbir görülməsi zəruridir.



Ümüd edirik ki, ölkə başçısı ən qısa zamanda rəhbərlik etdiyi rayonun ərazisində sahibkarlara və torpaq sahəsi alıb, ev tikdirən siravi vətəndaşlara "racon kəsdiyi" deyilən biznesmen icra başçısı barəsində lazımi qərar qəbul edəcək.

Qeyd: Qarşıdakı günlərdə "Qonşudan qalma dala" prinsipilə fəaliyyət göstərən və icra başçısı təyin edildiyi qısa müddət ərzində rəhbərlik etdiyi rayonun əsasən də imtiyazlı sakinləri arasında narazılıq yaradan, onların gözündə "qəddar padşah" obrazına çevrilən adaş - Suraxanı rayonunun "qət-təzə" icra başçısı barəsində oxşar məlumatları dərc edəcəyik.

Diqqətiniz bizdə olsun.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Dünən, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Dünən, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Dünən, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Dünən, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Dünən, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Dünən, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Dünən, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Dünən, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Dünən, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Dünən, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Dünən, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Dünən, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Dünən, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Dünən, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Dünən, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Dünən, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Dünən, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Dünən, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Dünən, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Dünən, 13:05
Sabiq prokuror vəfat etdi
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru