Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Tarix: 27-11-2024, 08:11 | Çap et
 "7-ci əsrdən indiyə qədər bütün İslam dünyasında siyasi hakimiyyətlərin legitimliyini məscidlərdə oxunan xütbələr müəyyənləşdirirdi. İslam xəlifəsi bir regiona vali və ya xan təyin edəndə axundlara fərman göndərirdi ki, bundan sonra xütbələrinizi filakəsin nəfinə oxuyacaqsınız. Bir çox hallarda valilər işdən qovulduqlarını və yerlərinə başqasının təyin olunduğunu məsciddə oxunan xütbələrdən anlayırdı. Hətta zaman-zaman xütbələrdən narazı qalan idarəçilərin qoşunlarını toplayıb xilafət mərkəzinə hücum etdikləri də tarixə həkk olunub..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Heydər Oğuz qeyd edib. O daha sonra əlavə edib: "Düzdür, Azərbaycanda və Orta Asiyada sovet hakimiyyəti qurulduqdan sonra bu ənənə də ortadan qalxdı. Bunun bir səbəbi coğrafiyamızda ateist dövlətlərin qurulması idisə, digər səbəbi də xilafətin ləğv olunması idi. Bununla belə, məscid və camilərdə dövrün “padşah” və valilərin xilafına fikir bildirilməməsi ənənəsi sovet hakimiyyəti illərində də özünü qoruyurdu. Görünür, ateizmə sarılan sovet hakimiyyəti belə, tarixən formalaşmış məşruiyyət anlayışını təhtəlşüurlarda yaşatmağa üstünlük verirdi. Bu da səbəbsiz deyil. Legitimliyin bir əsası qanunilikdirsə, digəri müqəddəslikdən nəşət tapırdı. Məscid və camilərdə kimlərəsə lənətlərin oxunması isə fövqəladə hadisə hesab olunurdu. Məsələn, sovet hakimiyyəti illərində insanlığın ən böyük düşməni sayılam faşizmə və Hitlerə lənət oxunub. Necə ki, meyxanalarda belə bu lənət oxunuşu çox populyar idi. Bir sözlə, sovet hakimiyyəti belə, mədəniyyət sahəsi hesab etdiyi bütün sektorlarda bu ənənəyə sadiq qalmışdı. Müstəqillik dövrümüzdə isə mollaların və axundların lənətlədiyi bir ünvan vardı – erməni separatizmi və vəhşiliyi. Son zamanlar Naxçıvanın din xadimləri lənətlənmişlər siyahısına birini də əlavə ediblər. Sizcə, bu “seçilmiş” şəxs kim olsa yaxşıdır? – Bəli, düz tapdınız, əlbəttə ki, “canişin” əfəndi. Bəs, “canişin” əfəndini lənətliklər siyahısına əlavə edilməsinin səbəbi nədir? Naxçıvan mollalarından birinin redaksiyamıza ünvanladığı məktubda bu suala aydınlıq gətirilib. Sən demə, bütün bəd əməllərinə baxmayaraq, lənətullahlar siyahısına salınmayan Vasif “xan”ın dövründə ildə 4 dəfə mollalara mükafatlar verilirmiş. Bundan əlavə, Naxçıvan mollaları Qurban bayramından əvvəl ət, digər bayramlarda isə qutu-qutu ərzaq alırmışlar. “Canişin” həzrətləri Naxçıvanda peyda olandan bunlar da kəsilib. Binəva mollaların maaşları da müxtəlif bəhanələrlə kəsilir və onların normal işləməsinə izn verilmirmiş. Ən qəribəsi isə odur ki, mollalara göndərilən yeni şifahi təlimatda “canişin” əfəndi məclislərə girərkən hamısının bir nəfər kimi farağat durması əmr olunub. Molla və axundlar da sonunda özlərinin ən güclü silahlarına – bəd-dua və qarğışlara əl atıblar. İddialara inansaq, indi hər gün Naxçıvan məscidlərində “canişin” həzrətlərinə bir pors lənət oxunurmuş. Eynilə, Abbasilər xilafətində Əməvi böyüklərinə, o cümlədən Yezid İbn Müaviyəyə lənət oxunan kimi. Dərd burasındadır ki, bayramdan-bayrama mükafatı kəsilən təkcə mollalar deyilmiş. Mədəniyyət xadimləri də eyni dərddən müztəriblərmiş. Onların da mükafatları və digər ödənişləri kəsilib. Amma onların əlində mollalar kimi "lənətullah" strateji silahı olmadığına görə, sadəcə gileylənməklə mübarizələrini tamamlayırlar..."

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Bu gün, 18:03 |
|
|
|
| • İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Bu gün, 18:01 |
|
|
|
| • Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Bu gün, 17:55 |
|
|
|
| • Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Bu gün, 17:52 |
|
|
|
| • Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Bu gün, 17:46 |
|
|
|
| • Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Bu gün, 17:44 |
|
|
|
| • ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Bu gün, 17:38 |
|
|
|
| • Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Bu gün, 17:32 |
|
|
|
| • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Bu gün, 17:12 |
|
|
|
| • Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Bu gün, 17:10 |
|
|
|
| • Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Bu gün, 17:08 |
|
|
|
| • Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Bu gün, 17:06 |
|
|
|
| • Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Bu gün, 17:03 |
|
|
|
| • Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Bu gün, 17:01 |
|
|
|
| • 14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:59 |
|
|
|
| • Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Bu gün, 16:57 |
|
|
|
| • "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Bu gün, 16:50 |
|
|
|
| • Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Bu gün, 16:44 |
|
|
|
| • Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Bu gün, 16:12 |
|
|
|
| • Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Bu gün, 16:10 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Bu gün, 16:04 |
|
|
|
| • Expressbankda yeni təyinat - DOSYE
Bu gün, 16:03 |
|
|
|
| • Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
| • Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Bu gün, 15:53 |
|
|
|
| • "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Bu gün, 15:45 |
|
|
|
| • Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Bu gün, 15:34 |
|
|
|
| • Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Bu gün, 15:26 |
|
|
|
| • Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Bu gün, 15:18 |
|
|
|
| • Azərbaycanın 6 ayda Ermənistana ixracının ümumi dəyəri AÇIQLANDI
Bu gün, 15:15 |
|
|
|
| • CENTCOM İrana zərbələrin bərpa olunduğunu bəyan edib - Bakı vaxtı ilə...
Bu gün, 15:04 |
|
|
|
| • Tehranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur - KİV
Bu gün, 15:02 |
|
|
|
| • Aİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb
Bu gün, 14:30 |
|
|
|
| • “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 14:26 |
|
|
|
| • “Əksər ibtidai sinif müəllimləri riyaziyyatı YAXŞI BİLMİR” - Şəmil Sadiqdən qalmaqallı açıqlama
Bu gün, 14:23 |
|
|
|
| • Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış - TƏFƏRRÜAT
Bu gün, 14:19 |
|
|
|
| • Hüseyndən Zaur Kamala: - "Pulumu qaytar, 1500 manat..."
Bu gün, 14:09 |
|
|
|
| • Zaur Kamaldan dələduzluq xəbərdarlığı - "Oğlumun adından..."
Bu gün, 14:08 |
|
|
|
| • Ermənistan hökuməti ABŞ-la TRIPP üzrə sazişin ratifikasiyasını MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 14:05 |
|
|
|
| • Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 14:03 |
|
|
|
| • Qaqauz Yerində gərginlik böyüyür: - Türk Dünyası Gənclər Birliyindən Moldovaya sərt ittihamlar
Bu gün, 13:14 |
|
|
|
| • AZAL brendinin yeni vizual manifesti təqdim edilib
Bu gün, 13:12 |
|
|
|
| • Qadağa aradan qaldırıldı: - Azərbaycan millisinin üzvü 37 gün sonra Albaniyaya yollandı
Bu gün, 12:19 |
|
|
|
| • Netanyahu həftənin sonunda ABŞ-yə səfər edəcək
Bu gün, 12:11 |
|
|
|
| • Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?
Bu gün, 12:10 |
|
|
|
| • 214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət
Bu gün, 11:55 |
|
|
|
| • "Svobodnaya pressa" tariximizə HƏQARƏT ETDİ... - Ruslar köhnə ampluada...
Bu gün, 11:54 |
|
|
|
| • “Sabah” 12 milyona stadion aldı, Masazırdan köçür - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Şahbuzun icra başçısı BİR OYUN EYLƏR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:41 |
|
|
|
| • "Ay haray, qoymayın, Paşinyan zindanda rusiyapərəst oliqarxlara işgəncə verdirir!.." - Görəcək günlərimiz var imiş...
Bu gün, 11:26 |
|
|
|
| • "Şəki Sukanal" ləğv olunur - RƏSMİ
Bu gün, 11:24 |
|
|
|
|