Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə:
1) Bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq,
2) Həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər – məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150000 min mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq,
3) Çıxarış adan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe, və s.),
4) Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə (rüşvəti bu rəqəmdən 15-20 dəfə çoxdur və əslində biz REAL partiyası olaraq belə yığıma qarşıyıq), bu büdcəyə əlavə 500 mln. manat vəsait gətirəcək,
5) 500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək.
Natiq Cəfərli - ReAL Partiyasının sədri
"DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...









