“Caspian Equipment Company” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağının keçirilməsini elan edir.
Banker.az xəbər verir ki, iclas 27 avqust 2026-cı il tarixində, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 MKR, ev 4, məhəllə 3123, mənzil 62 ünvanında tutulacaq.
Yığıncağın gündəliyinə “Caspian Equipment Company” ASC-nin 2026-cı il üzrə yarımillik maliyyə hesabatlarının təsdiq olunması məsələsi daxil edilib.
Qeyd edək ki, “Caspian Equipment Company” ASC 18 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobillərin və minik avtomobili ehtiyat hissələrinin pərakəndə və topdansatışıdır. Cəmiyyətin 100% səhmdarı Rüstəmov Eldəniz Sabir oğludur.









