Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində hərbi qulluqçu ölüb.
“Bakupost” bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərbi qulluqçular arasında mübahisə yaranıb. Münaqişə zamanı çağırışçılardan biri əlindəki silahdan xidmət yoldaşına atəş açıb. Nəticədə hərbi qulluqçu ölüb.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri Ermənistan Silahlı Qüvvələrində 10-dan çox hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Onlardan beşi müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərdir.
Hərbi ekspert İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, Ermənistan ordusunda ölüm hallarının geniş yayılması, ümumiyyətlə, bu ölkədə yaşayan insanların düşüncə tərzindəki təzadlarla bağlıdır:
“Ermənistanda üç kateqoriyadan olan insanlar yaşayır. Birinci kateqoriyaya köklü şəkildə orada yaşayanlar daxildir ki, əslində onların da əksəriyyəti gəlmədir. Ardınca qarabağlılar gəlir. Ən sonuncu kateqoriyanı isə Bakı və Sumqayıtdan gələn ermənilər təşkil edir. Ermənistan erməniləri Qarabağ və Azərbaycanın digər yerlərindən gələn ermənilərə yuxarıdan aşağı baxırlar”.
Ekspertin sözlərinə görə, ermənilərin düşüncəsində müəyyən psixoloji problemlər mövcuddur:
“44 günlük savaşdan sonra Ermənistan əhalisinin böyük əksəriyyətində kəskin nevroz, kəskin şizofreniya müşahidə olunmaqdadır. Xalq öz həqiqəti, kökü və soyu ilə yaşamalıdır. 30 ilə yaxın müddətdə özlərini həddən çox şişirtsələr də, sonradan xəyal qırıqlığına uğradılar. Buna psixoloji yanma deyilir”.
Müsahibimizin fikrincə, bütün bunlar Ermənistan toplumundakı mənəvi-psixoloji, intellektual və ruhi problemlərdən irəli gəlir:
“Bu, həmin toplum üçün kifayət qədər xarakterik haldır. Hələ torpaqlarımız işğalda olan dövrdə də Ermənistan ordusunda bu kimi neqativ hadisələr tez-tez baş verirdi. Xüsusilə də bu orduda cinsi istismar hallarının geniş yayıldığı bildirilirdi. Ermənistan ordusunda baş verən bu cür hadisələr Ermənistan cəmiyyətindən gələn neqativin nəticəsidir və bunlar davam edəcək”.









