“PASHA Bank Georgia”nın sabiq baş icraçı direktoru Ramil İmamov “PAŞA Maliyyə Holdinqi” MMC-də (PASHA Financial Holding) Baş icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib.
Ramil İmamov 2023-cü ilin oktyabrından “PASHA Bank Georgia”ya rəhbərlik edib. Onun rəhbərliyi dövründə bankın maliyyə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda bankın aktivləri 33% artaraq 707 milyon lariyə, kredit portfeli 28% artaraq 438 milyon lariyə, depozit portfeli isə 36% artaraq 394 milyon lariyə çatıb. Bank həmin il 8.3 milyon lari xalis mənfəət əldə edib.
İmamov bank sektorunda fəaliyyətinə “Bank of Baku”da Mikro maliyyələşdirmə və ipoteka bölməsində mütəxəssis kimi başlayıb. Daha sonra “Bank Respublika”da filial rəhbəri kimi çalışıb.
2014-cü ildə “Kapital Bank”a keçən Ramil İmamov burada Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru vəzifəsini tutub. 2018-ci ildə isə bankın Baş pərakəndə satış direktoru təyin edilib və bu vəzifədə satış strategiyalarına və bir sıra pərakəndə bankçılıq istiqamətlərinə rəhbərlik edib. 2018-2023-cü illərdə “Birkart BOKT” MMC-nin Müşahidə Şurasının sədri olub.
İmamov iqtisadi tənzimləmə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.
BANKER.az















