Pakistan militarist ölkədir. Üzdə gördüyümüz prezidentlər və baş nazirlər formal idarəçilərdir. Söz hər zaman hərbi elitanın əlində olub.
Hazırda ölkəni idarə edən əsas şəxs də elə ordunun başındakı adamdır: feldmarşal Seyid Asim Munir Əhməd Şah.
O, Pakistan ordusunun Baş Qərargah rəisi olmaqla yanaşı, ölkənin ilk Müdafiə Qüvvələri Rəisi vəzifəsini də daşıyır. Milliyyətcə pəncablıdır. Dövlətlərarası böyük kontraktlara ilk olaraq o, təsdiq verir.
Pakistanda kim ölkəni hərbi elitanın təsirindən çıxarmağa çalışıbsa, ya edam olunub, ya həbsdə çürüyüb.
Ölkənin ilk rəhbəri Liaquat Əli Xan sui-qəsd nəticəsində qətlə yetirilib. Məşhur Zülfüqar Əli Bhutto ordu tərəfindən edam edilib. Qızı Benazir Bhutto isə ordu ilə qarşıdurmadan sonra sürgünə gedib və daha sonra qətlə yetirilib.
Nəvaz Şərif hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və həbs edilib.
Ən son ordu ilə açıq mübarizəyə İmran Xan girdi. O da qısa müddətli müalicə üçün azadlığa çıxsa da, bu gün yenidən həbsə göndərildi.
Orxan Atabəy - "DİA-AZ"











