"Srağagün Özbəkistanla "Əbədi dostluq haqqında" Müqavilə bağlamışıq. Adətən dövlətlər arasında sadəcə dostluq və ya müttəfiqlik barədə müqavilə bağlanılır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hüquqi məzmun baxımdan dostluq və əbədi dostluq müqavilələri arasında fərq yoxdur (tarixdə əbədi dostluq olmayıb onsuz da). Sırf mənəvi, deklarativ, hətta pafos fərqi var. Amma cari geosiyasi durumda "əbədi dostluğ"un konkret mənası var. Belə ki, Azərbaycanın da, Özbəkistanın da Rusiya ilə həm dostluq, həm də müttəfiqlik müqavilələri var. Azərbaycanla Özbəkistan arasında isə müttəfiqlik müqaviləsi var idi indiyədək. Bundan sonra əbədi dostluq müqaviləmiz də var. Bununla sanki birgə Rusiyaya deyirik: səni isə əbədi dostumuz hesab etmirik..."









