Vətəndaşlardan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda təqsirləndirilən Taleh Qədirovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Taleh Qədirov 2024-cü ilin iyul ayında saxlanılaraq istintaqa təhvil verilib.
İttihama görə, təqsirləndirilən şəxs özünü qazi kimi təqdim edib və müxtəlif şəxslərdən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul alıb.
Ona şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Qədirov 7 il müddətinə azadlıqdan məhrum edilib.














