DSMF illik 540 min manata ofis icarəyə götürüb .....                     Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək .....                     Azərkosmos-un müştəri sayı azalsa da, .....                     Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..." .....                     “Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı .....                     Rusiyada 13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA .....                     Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? .....                     Paşinyanın partiyasının qapalı iclasından detallar .....                     Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq .....                     Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir .....                     ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib .....                     İşdən çıxarılan yüzlərlə kitabxanaçı NƏ ETSİN? .....                     AYNA-nın TENDER GÜZGÜSÜ də ƏYRİ GÖSTƏRİR... .....                     Dayılarına ev almaq üçün "BOT" yaratdı, .....                     İranın Azərbaycanda gizli şəbəkəsi: “sığınacaq”ları ifşa edildi .....                     İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub .....                     Lizinq şirkəti “Hermes Finance”ı kimlər satın alıb? .....                     “Kredit götürməyin, ödəyə bilməyəcəksiniz”: .....                     "Bu gün Ermənistandır, sabah Qazaxıstan və Qırğızıstan da eyni təzyiqlə üzləşə bilər" .....                     Ermənistan ətrafında ÇƏNBƏR daralır .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində .....                     Rusiyadan kütləvi QAÇIŞ BAŞLADI: .....                     TALAMAQ ÜÇÜN... 5 FİRMA YARADIBLAR! .....                     Naxçıvanda dövlət qurumu icra hakimiyyətlərindən 850 minlik mənzil alır .....                     100 milyonluq işdə yeni bağlantı: "Turan Bank"ın 2 səhmdar şirkətinin rəhbəri saxlanıldı .....                     "Biz də sizi kimi meşə, yaşıllıq sevirik, dincəlmək istəyirik..." .....                     Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? .....                     Dekabrda Ermənistan qarışacaq? .....                     Yusif Mustafayevdən onu QINAYANLARA: .....                     Ermənistan Rusiyanın qərarına səssiz qala bilməz .....                     TV-də rüsvayçılıq: Küsülü ərlə arvadın “insidenti” .....                     II Qaregin və altı yepiskop barəsində cinayət işi .....                     Müqtəda əs-Sədr SEPAH-a .....                     Duma şizofreniyasının zirvəsi: .....                     Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub .....                     Nazir müavini ilə bağlılığı olan şirkət Azərbaycana 52 din xadimi gətirir .....                     “Nə internet düzəlir, nə də zənglərə cavab verirlər” .....                     Mərkəzi Bank “Tiko Azərbaycan”a məcburi göstəriş verdi .....                 

İşdən çıxarılan yüzlərlə kitabxanaçı NƏ ETSİN? - Hüquqi yollar açıqlandı
Tarix: Bu gün, 16:09 | Çap et

Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiyada yüzlərlə əməkdaşın ixtisar olunduğu bildirilir.
“Bakupost”un sosial media hesabında mövzu ilə bağlı paylaşımın şərh bölməsində onlarla şəxs işdən çıxarıldığını, attestasiyanın həddindən artıq çətin olduğunu və hazırda çıxılmaz vəziyyətdə qaldıqlarını yazıb. Uzun illər bu sahədə çalışan əməkdaşlar bir çox kitabxanalarda internet, kompüter və digər texniki imkanların olmadığını qeyd edirlər. Onların sözlərinə görə, belə şəraitdə multimedia və texnologiya üzrə biliklərin tələb olunması ədalətli deyil. Şikayətçilər arasında 20 ildən artıq stajı olanlar da var.
24 ildir kitabxanada işlədiyini deyən Nigar Hüseynova yazıb ki, illərlə şəraitsiz mühitdə çalışıb: “Nə su, nə də ayaqyolu var idi. Bu illər ərzində oranın suyunu mən evimdən təmin etmişəm. Hər zəhmətinə qatlaş, səs çıxarma, az maaşa qane ol, sonunda da bu qədər əziyyətin, biliyin 20 dəqiqəyə sıxışdırılıb işdən bayıra atılsın. Fonddakı kitabları əzbər bilirəm, kompüterdə lazım olan qədər işləyirəm. İnterneti olmayan kitabxanada multimedia mütəxəssisindən nə gözləyirlər, bilmirəm. Çörəyimizlə oynayırlar. Niyə insanları dövlətin əleyhinə qaldırırsan, Adil Kərimli?”.
22 ilini kitabxana işinə həsr etdiyini deyən Yeganə Quliyeva isə belə yazıb: “Kirayədə qalan, tək ümid yeri maaş olan biri kimi deyirəm, mənim və mənim kimi insanların haqqını yeyənlər bu dünyada xoş günə möhtac qalsınlar! Allah onları ruzi üzünə həsrət qoysun! Göz yaşlarımızı Allah yerdə qoymasın!”.
26 ildir bu sahədə çalışdığını bildirən Aslan qeyd edib ki, ona heç bir təlim verilmədən imtahana cəlb olunub: “3-cü qrup əlil və onkoloji xəstəyəm. Müraciət edib dedim ki, xəstəliyimlə əlaqədar möhlət verin, hazırlaşım, sonra gedərəm. Dedilər olmaz. Bu imtahan deyil, bu ixtisardır!”.
Səhər Qarayev yazır: “Ömrünü-gününü kitabxanaya həsr edənləri attestasiya adı ilə imtahan edib mədəni surətdə işdən çıxardılar. Bundan əvvəl attestasiya vardımı, bilmirəm. Ay mədəniyyət naziri, bu oyunu qurmazdan əvvəl heç olmasa kurs keçirərdiniz. Niyə bu qədər millətin çörəyinə bais oldunuz? Ya gec, ya tez haqq-ədalət öz yerini tutacaq”.
17 ildir çalışdığını bildirən Fidan yazır: “Məni də kəsdilər. Gözümü dikmişdim 438 manat maaşa. Kirayədə yaşayıram. Nəsimi MKS-də çalışırdım. İndi mən necə edim? Niyə bunu etdilər?”
Nemət isə bildirib ki, imtahanda ingilis dilində sualların verilməsi qərəzli addım hesab edilə bilər:
“Bu imtahan deyildi, sadəcə qəsdən kəsmək idi. 45-50 yaşlı bir qadın artıq kompüteri rus dilində bilir və ya türkcə istifadə edir. Sırf ona ingilis dilində suallar verilməsi qərəzli olan bir şeydir”.
Banu Murad yazır ki, pensiyasına 1 il qalmış əməkdaşı işdən azad ediblər: "İşlədiyi kitabxanada nə istilik, nə sərinlik, nə su, nə telefon, nə internet, nə də kompüter var. Kitabxananın varlığından heç kimin xəbəri olmadığı halda 64 yaşlı əməkdaşı işindən kənarlaşdırdılar. Bu haqsızlıqdır”.
Səidə Hüseynova bildirib ki, kompüter üzrə verilən sualların bir çoxu proqram çərçivəsindən kənar və həddindən artıq çətin olub:
“Halbuki bir çox kitabxanalarda kompüterdən istifadə üçün şərait belə yoxdur. Attestasiya kitabxanaçıların peşə biliklərini qiymətləndirməli, proqramdan kənar suallarla onların hüquqları pozulmamalıdır. Xahiş edirik, bu məsələyə yenidən baxılsın”.
"L.F.zadə" yazır: “Bəli, illərin işçiləri tozlu kitablarla işləyiblər. Hazırda kompüter dövrü ola bilər, amma bu şəxslər ancaq bir proqramda işləyiblər, başqa da heç nə. O da şəraitsiz halda. Ümumi kitabxanada 1 kompüter işləyir, ya yox, onu da illər sonra təmin ediblər. İlk öncə İKT sahəsində rayon və kənd yerlərində olan işçilər üçün təlimlər keçirərdilər, sonra isə attestasiya olardı. 20 ildən artıq işləyən işçiyə çox qəliz İKT sualları verib, daha sonra “yetərsiz” demək ədalətsizlikdir! Görün, iş şəraiti iş üçün yetərlidirmi? Hansı şəraiti yaratmısınız ki, yetərli işçi axtarırsınız?!”.
8 ildir bu sahədə çalışdığını deyən Xanım Məlikzadə yazır: “Köhnə binada olsa da, xalqa xidmət edirdim. Özləri nə kompüter, nə internet, nə telefon verirdilər. Nə sanitar qovşağı, nə su var idi, evlərdən gətirirdik. Elektriki özümüz düzəldirdik. Heç nə vermirdilər, hər şey ciblərinə gedirdi. Sadə insanları sayan yoxdur. Təqaüdümə az qalıb, indi mən nə ilə dolanım?”.
Musayeva isə yazır: “Mənə işdən çıxarıldığım xəbəri çox ağır təsir etdi. Mən təkcə özüm üçün deyil, ailəm üçün də mübarizə aparıram. 5 yaşlı oğlum var. Ürək xəstəsidir, ayağında mil var. Onun müalicəsi və gündəlik qayğısı böyük məsuliyyət və maddi imkan tələb edir. Mən bu işə həmişə vicdanla yanaşmışam və əlimdən gələni etmişəm”.
Məsələ ilə bağlı “Bakupost”a əmək və məşğulluq məsələləri üzrə mütəxəssis Vüqar Şahinoğlu bildirib ki, sosial şəbəkələrdə səsləndirilən iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. O qeyd edib ki, attestasiyanın əsas məqsədi işçiləri işdən azad etmək deyil, onların peşə hazırlığını, bilik və bacarıqlarını, tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməkdir:
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, attestasiya işçinin peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilir.
Əmək Məcəlləsinin 65.5-ci maddəsinə görə, attestasiya zamanı işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və onların nəticələrinə, habelə əmək müqaviləsi ilə müəyyən edilmiş hüquq və vəzifələrinə aid suallar verilə bilər. Eyni zamanda, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son beş il ərzində peşə hazırlığının artırılması, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üzrə əldə etdiyi nəticələr də nəzərə alınmalıdır.
Əmək Məcəlləsinin 65.6 və 65.7-ci maddələrinə əsasən isə attestasiya komissiyasının fəaliyyəti aşkarlıq, obyektivlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilməli, komissiya işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul etməli, zərurət olduqda isə işçinin başqa vəzifədə istifadə olunmasının məqsədəuyğunluğu barədə işəgötürənə tövsiyə verə bilər.
Mütəxəssis Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiyadan keçirilməyən işçilərin kateqoriyalarından bəhs edib:
 
"Həmin maddəyə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdikləri şücaətə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş işçilər, bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), yaşı 18-dən az olan işçilər, eyni vəzifədə faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə azı üç dəfə attestasiyadan keçərək tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan digər işçilər, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, eləcə də qanunvericiliyə əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər attestasiyadan keçirilmir. Bu baxımdan, attestasiya zamanı həmin maddənin tələblərinə əməl olunması vacibdir.
Hesab edirəm ki, yaxın gələcəkdə Milli Məclis tərəfindən Əmək Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulan attestasiya olunmayan işçilər siyahısına əmək pensiyası hüququnun yaranmasına bir neçə il qalmış işçilərin də əlavə olunması məsələsinə baxılması məqsədəuyğun olardı. Bu, uzun illər əmək fəaliyyəti göstərmiş şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edə bilər.
Əgər attestasiya nəticəsində əmək müqaviləsinə xitam verilibsə, bu zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tələbləri də nəzərə alınmalıdır. Həmin bəndə əsasən, işçi peşəkarlıq səviyyəsinin tutduğu vəzifənin (peşənin) tələblərinə uyğun olmaması səbəbindən həmin işi davam etdirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Bunun tətbiqi qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilməlidir. Konkret hallarda bu əsasın düzgün tətbiq edilib-edilməməsinə hüquqi qiyməti isə yalnız məhkəmə verə bilər”.
V.Şahinoğlu hüquqlarının pozulduğunu hesab edən şəxsləri qanunvericiliyə uyğun olaraq mediasiyaya müraciət etməyə çağırıb:
“ Mediasiya mərhələsində razılıq əldə olunmadığı halda isə məhkəməyə müraciət edərək məsələnin hüquqi qaydada araşdırılmasını tələb edə bilərlər.
Bununla yanaşı, işsiz qalan şəxslərə tövsiyə edərdim ki, Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanununun 5-ci maddəsinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin regional xidmət şöbələrinə və ya DOST mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyata düşsünlər. Bu, onların dövlət tərəfindən təqdim olunan məşğulluq xidmətlərindən istifadə etməsinə, uyğun vakansiyalar barədə məlumat əldə etməsinə, peşə hazırlığı və yenidən ixtisaslaşdırma kurslarına cəlb olunmasına imkan yarada bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DSMF illik 540 min manata ofis icarəyə götürüb
Bu gün, 17:33
Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu
Bu gün, 17:31
Ermənistan ordusunda nə baş verir? - Paşinyandan açıqlama
Bu gün, 17:22
Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək - Ermənistan mediası
Bu gün, 17:15
Azərkosmos-un müştəri sayı azalsa da, “dollarda olan” gəlirləri kəskin artıb
Bu gün, 17:14
Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..." – Növbə savaşı necə bitəcək?
Bu gün, 17:01
“Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı – ŞİRKƏT KİÇİLİB
Bu gün, 16:55
Rusiyada 13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA - TƏFƏRRÜAT
Bu gün, 16:45
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? – Maraqlı statistika
Bu gün, 16:42
Paşinyanın partiyasının qapalı iclasından detallar - KİV
Bu gün, 16:40
Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq - Paşinyan
Bu gün, 16:33
Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir - Yeni bəyanat
Bu gün, 16:22
ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib - KİV
Bu gün, 16:17
İşdən çıxarılan yüzlərlə kitabxanaçı NƏ ETSİN? - Hüquqi yollar açıqlandı
Bu gün, 16:09
AYNA-nın TENDER GÜZGÜSÜ də ƏYRİ GÖSTƏRİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:59
Dayılarına ev almaq üçün "BOT" yaratdı, MİDA-nın sisteminə müdaxilə etdi
Bu gün, 15:52
İranın Azərbaycanda gizli şəbəkəsi: “sığınacaq”ları ifşa edildi – İki qurum hərəkətə keçdi
Bu gün, 15:33
İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub - ÜLVİ MEHDİYEVƏ MÜRACİƏT
Bu gün, 15:22
Lizinq şirkəti “Hermes Finance”ı kimlər satın alıb? – Adlar açıqlandı
Bu gün, 15:16
“Kredit götürməyin, ödəyə bilməyəcəksiniz”: - İqtisadçı hamını ehtiyatlı olmağa çağırdı
Bu gün, 15:11
"Bu gün Ermənistandır, sabah Qazaxıstan və Qırğızıstan da eyni təzyiqlə üzləşə bilər" - ŞƏRH
Bu gün, 15:02
Ermənistan ətrafında ÇƏNBƏR daralır – Putinin “hirsi” NƏ vaxt soyuyacaq?
Bu gün, 14:53
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində QƏRAR VERİLİB
Bu gün, 14:50
Rusiyadan kütləvi QAÇIŞ BAŞLADI: - İrəvanda qiymətlər bir anda 30% QALXDI
Bu gün, 14:17
TALAMAQ ÜÇÜN... 5 FİRMA YARADIBLAR! - İTTİHAM!
Bu gün, 14:11
Naxçıvanda dövlət qurumu icra hakimiyyətlərindən 850 minlik mənzil alır
Bu gün, 13:59
100 milyonluq işdə yeni bağlantı: "Turan Bank"ın 2 səhmdar şirkətinin rəhbəri saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 13:53
"Biz də sizi kimi meşə, yaşıllıq sevirik, dincəlmək istəyirik..." - MÜRACİƏT
Bu gün, 13:38
Vahid Əhmədovun səhhətində ciddi problem yaranıb? - Özündən açıqlama
Bu gün, 13:32
Dekabrda Ermənistan qarışacaq? - KİV
Bu gün, 13:30
Yusif Mustafayevdən onu QINAYANLARA: - "Mənə irad tuturlar ki..."
Bu gün, 13:24
Ermənistan Rusiyanın qərarına səssiz qala bilməz - Papoyan
Bu gün, 13:22
TV-də rüsvayçılıq: Küsülü ərlə arvadın “insidenti” – Faciə yaşana bilərdi
Bu gün, 13:04
II Qaregin və altı yepiskop barəsində cinayət işi məhkəməyə göndərilib
Bu gün, 13:02
Müqtəda əs-Sədr SEPAH-a ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:01
Duma şizofreniyasının zirvəsi: - Mironov kimi "strateqi" olan ölkənin düşmənlərə ehtiyacı yoxdur
Bu gün, 12:59
Ukrayna Krımda Rusiyaya məxsus kater bazasını vurub
Bu gün, 12:56
Nazir müavini ilə bağlılığı olan şirkət Azərbaycana 52 din xadimi gətirir – 122 min manat ayrıldı
Bu gün, 12:52
“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər” – İstifadəçilər “Fibernet”dən şikayət edir
Bu gün, 12:51
Mərkəzi Bank “Tiko Azərbaycan”a məcburi göstəriş verdi - SƏBƏB
Bu gün, 12:47
“P-Aqro” şirkətinin vəzifəli şəxsi sükan arxasında ürəktutmadan ölüb, maşın kanala aşıb - TƏFƏRRÜAT
Bu gün, 12:42
Vüqar Əhmədov iki rayonun rəislərinin yerini dəyişdi - ADLAR
Bu gün, 12:41
Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 12:40
“AzSığorta”nın mənfəətində milyonluq azalma: ŞİRKƏT ZƏRƏRLƏ İŞLƏYİR – HESABAT
Bu gün, 12:35
Sevinc Yusifova da vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:31
Azərbaycan əsilli model 13 yaş kiçik sevgilisi ilə əl-ələ - FOTO
Bu gün, 12:28
Nərgiz Qurbanova Pakistana səfir təyin olunur? - DOSYE
Bu gün, 12:21
Şirkətin hesabından 37 min manat çıxaran mühasiblə bağlı QƏRAR
Bu gün, 12:18
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:15
Moskvada miqrantlar yenə alçaldılıb - sənədləri qaydasında olsa da...
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru