AzSığorta” ASC-nin bu ilin birinci yarısına olan maliyyə vəziyyəti məlum olub.
"DİA-AZ" xəbər verir ki, bu dövrdə şirkətin gəlirləri azalıb, xərcləri gəlirlərə nisbətən daha azalan şirkət zərərlə işləyib. Azalma aktivlərdə də özünü göstərib.
Beləliklə, ilin birinci yarısında “AzSığorta”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon manat (25%) azalaraq 5 milyon 380 min manata düşüb. Gəlirlərin böyük hissəsini - 70%-ini tutan əsas əməliyyat gəlirləri də, 926 min manat (19,7%) azalaraq 3 milyon 769 min manata düşüb.
Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkəti 406,3 min manat zərərə salıb. Belə ki, ötən ilin birinci yarısında şirkət bu sahədən 560,2 min manat qazanmışdı. Yəni bu gəlirlər son bir ildə 966,5 min manat (2,4 dəfə) azalıb. Digər gəlirlər də 167,1 min manat azalaraq 634,3 min manata düşüb. İnvestisiya gəlirləri 1,4 milyon manat (255,5 min manat / 22,6% çox) olub.
Hesabat dövründə şirkətin xərcləri gəlirlərindən daha çox olub. Belə ki, xərclər 5 milyon 755 min manat olmaqla, illik müqayisədə 586,3 min manat (9,3%) azalıb. Əsas əməliyyat xərcləri 652,2 min manat (24,7%) azalaraq 1 milyon 987 min manat bərabər olub. Digər xərclər 341,6 min manat (50,5 min manat az) təşkil edib.
Bundan başqa, şirkətin işlərin aparılması xərcləri 3,4 milyon manat olmaqla, illik müqayisədə 116,4 min manat (3,5%) daha çox olub.
Yekunda bu ilin birinci yarısında şirkətin “AzSığorta” ASC-nin xalis zərəri 375,6 min manat təşkil edib. Şirkət ötən ilin ilk yarısında 673,6 min manat xalis mənfəət açıqlamışdı. Yəni şirkətin bu ilin ilk yarısında xalis mənfəəti 1 milyon 49 min manat və ya 2,8 dəfə azalıb.
Hesabat dövrünün sonunda “AzSığorta” ASC-nin cəmi aktivləri 29 milyon 237 min manat təşkil edib. Aktivlərin həcmi ötən ilin sonuna nəzərən 1 milyon 126 min manat və ya 3,7% azalıb. Aktivlərin azalmasının əsas səbəbi investisiya aktivlərindəki azalmalar olub. Belə ki, bu aktivləri son altı ayda 2,5 milyon manat (9,7%) azalaraq 23 milyon 276 min manata düşüb.
Bu ilin iyun ayının sonunda şirkətin öhdəliklərinin həcmi 11 milyon 29 min manat olmaqla, ötən ilin sonuna nəzərən 299 min manat və ya 2,8% artıb.
Nəticə olaraq, ilin ilk yarısının sonunda “AzSığorta” ASC-nin cəmi kapitalı 18 milyon 207 min manata bərabər olub. Bu da, ötən ilin sonuna nəzərən 1 milyon 426 min manat və ya 7,7% daha azdır. Xatırladaq ki, ötən ilin sonunda şirkətin cəmi kapitalı 19 milyon 633 min manat idi.









