Azərbaycanın diplomatik korpusunda növbəti kadr dəyişikliyinin baş verəcəyi ilə bağlı məlumatlar var.
Bu barədə Gununsesi.info -ya daxil olan məlumatda deyilir.
İddialara görə, hazırda Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Nərgiz Qurbanovanın Pakistan İslam Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olunacağı gözlənilir.
Nərgiz Qurbanova uzun illər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, Azərbaycanın Avstriya və Amerika Birləşmiş Ştatlarındakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərib, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi olub. Daha sonra Azərbaycanın Bolqarıstandakı, 2021-ci ildən isə Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının səfirlərinin təyin edilməsi və geri çağırılması Prezidentin səlahiyyətlərinə aiddir və müvafiq təyinatlar dövlət başçısının sərəncamı ilə rəsmiləşdirilir.









