Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu .....                     Bakıda evlərin qiyməti ilə bağlı son durum .....                     "Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" .....                     “Ermənistanı hələ də müttəfiq hesab edirik” .....                     Alim Qasımov 70 yaşın bir addımlığında: .....                     Politoloqdan İran səfirinə .....                     Putin vacib açıqlamalar verəcək .....                     TRIPP layihəsinə İran təhdidləri və: .....                     Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib .....                     Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir .....                     Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... .....                     Unun qiyməti artır: çörək bahalaşacaqmı? .....                     Azərbaycanlı müğənni küçədə döyüldü .....                     “Vəfa Şərifovanı polis saxlayıb” iddiasına .....                     Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı .....                     Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? .....                     Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI .....                     Qobustanda 376 min manatlıq “sirli” müqavilə... .....                     Bakı şəhəri bu gün bir daha yuyuldu .....                     “Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” .....                     Paşinyan iki mühüm fiquru niyə dəyişdi? .....                     "Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? .....                     Zubir “Qarabağ”dan getdi: .....                     Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi .....                     Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ .....                     "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." .....                     “Zəlzələ öldürmür, kağız binalar öldürür!” .....                     Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi .....                     “Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub .....                     İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır .....                     "Azər müəllim, mən sizə neyləmişdim?" .....                     Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır .....                     Moskva müqavilənin şərtlərinə əməl etmir .....                     Payızda bu məhsullar bahalaşa bilər .....                     Hərbçimiz hospitalda vəfat etdi .....                     NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır .....                     "Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi .....                     Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... .....                     Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər .....                     Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub .....                 

Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Tarix: 15-07-2026, 15:18 | Çap et

ABŞ və Qərb Ukraynanı uzunmüddətli perspektivdə Rusiyaya qarşı dayanıqlı yeni hərbi gücə çevirməyə, Kreml isə bunun qarşılığında hərbi müqavimət imkanlarını genişləndirməyə çalışır... Bütün bunlara paralel olaraq, beynəlxalq münasibətlər sisteminin yaxın aylarda daha mürəkkəb və gərgin mərhələyə keçid edə biləcəyi isə artıq qətiyyən istisna deyil...

Ukrayna savaşı silahlı qarşıdurmaya paralel olaraq, maliyyə-iqtisadi, siyasi-diplomatik, hərbi-texnoloji və geopolitik müstəvilərdə də artıq yeni mərhələyə qədəm qoyur. Belə ki, kollektiv Qərb son vaxtlar Rusiyaya qarşı uzunmüddətli və sistemli təzyiq strategiyasını daha da sərtləşdirir. Ukraynanın hərbi potensialının gələcək onillik üçün yetərli səviyyədə gücləndirilməsi, Kremlin enerji gəlirlərini hədəfə alan yeni iqtisadi planlar, Rusiyanın beynəlxalq siyasi-diplomatik təcridinin dərinləşdirilməsi və kiberməkanda qarşıdurmanın kəskinləşməsi geopolitik vəziyyətin sürətlə dəyişdiyini göstərir.

Bütün bunların qarşılığında Rusiyanın reaksiyası da sərtləşir, Kreml hərbi cavab tədbirlərini genişləndirəcəyini bəyan edir və Türkiyə kimi önəmli regional aktorların mövqeyinə xüsusilə önəm verdiyini nümayiş etdirir. Bu isə onu göstərir ki, Ukrayna müharibəsinin gələcək taleyi daha çox böyük dövlətlərin siyasi qərarlarından və qlobal iqtisadi münasibətlərdən asılı olacaq. Və ona görə də, Fransa prezidenti Emmanuel Makronun son açıqlaması Ukraynanın gələcək müdafiə strategiyası baxımından, xüsusilə böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, prezident Emmanuel Makron bildirib ki, Ukrayna 2028-2029-cu illərdə Fransanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən olan “Rafale” qırıcılarını əldə edəcək. İlk baxışdan, bu qərarın yaxın aylarda döyüşlərin gedişinə elə bir ciddi təsir göstərməyəcəyi düşünülə bilər. Ancaq əslində, burada ən önəmli məqam odur ki, hazırda məhz Ukraynanın uzunmüddətli hərbi modernləşməsi ilə bağlı ssenari daha ön plana çıxarılmış kimi görünür. Fransa artıq Ukraynaya ən müasir silah sistemlərinin istehsalı üçün texnologiya transferinə də razılıq verib. Və bu isə Ukraynanın yaxın gələcəkdə xarici silah tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azalda, ölkənin öz hərbi-sənaye kompleksini inkişaf etdirməsinə geniş imkanlar aça bilər.

Əgər, bütün bu planlar tam reallaşarsa, onda Ukraynanın müharibədən sonrakı dövrdə Avropanın ən güclü müdafiə sənayesinə malik dövlətlərindən birinə çevrilə biləcəyi qətiyyən istisna deyil. Məhz ona görə də, Kreml Ukraynaya yönəlik bu prosesləri yalnız indiyə aid hərbi yardım kimi deyil, həm də gələcək geostrateji balansı dəyişdirəcək addımlar kimi qiymətləndirir. Üstəlik, hazırda kollektiv Qərbin Rusiyaya qarşı təzyiqləri yalnız hərbi sahə ilə də məhdudlaşmır.

Maraqlıdır ki, Ağ Evdə Kremlin iqtisadi imkanlarının məhdudlaşdırılmasına hesablanmış xüsusi yeni planların müzakirə olunduğu bildirilir. Hətta ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketini imzalaya biləcəyini açıqlayıb. Məlumata görə, həmin layihənin əsas məqsədi Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri ciddi şəkildə azaltmaqdır. Belə ki, Kremlə qarşı yeni sanksiya mexanizmləri ilk növbədə Rusiya neftinin ən iri alıcıları olan Çin və Hindistanı da hədəfə ala bilər. Və bu ölkələrdən idxal olunan məhsullara yüksək gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, əgər, belə bir ssenari reallaşarsa, bu, yalnız Rusiya iqtisadiyyatı üçün deyil, dünya enerji bazarları üçün də ciddi nəticələr doğura bilər. Çünki Çin və Hindistan hazırda Rusiya neftinin əsas istehlakçıları hesab olunurlar, bu iki ölkənin alış həcmlərinin azalmasının Kremlin büdcəsinə milyardlarla dollar zərbə vuracağı şübhə doğurmur. Ancaq indi digər maraqlı geopolitik paradokslardan biri də Ukraynanın Avropa Birliyinin maliyyə dəstəyi hesabına Çin istehsalı olan PUA komponentləri almağa hazırlaşmasıdır. Bu məlumat isə onu göstərir ki, müasir müharibələrdə dövlətlərarası iqtisadi və texnoloji əlaqələr siyasi bloklardan daha mürəkkəb xarakter daşıyır.

Məsələ ondadır ki, Çin rəsmi olaraq, neytral mövqe nümayiş etdirməyə çalışsa da, onun istehsal etdiyi elektron komponentlər və sənaye məhsulları həm Ukrayna, həm də Rusiya üçün vacib resurs olaraq qalır. Bu isə rəsmi Pekinin qlobal texnologiya bazarındakı dominant mövqeyini növbəti dəfə təsdiqləmiş olur. Halbuki, rəsmi Kiyevi birmənalı şəkildə dəstəkləyən Avropa məkanında isə Ukraynaya münasibətdə tam vahid mövqe mövcud deyil. Belə ki, Bolqarıstan artıq Ukraynaya hərbi və maliyyə yardımlarını dəstəkləyən "könüllülər koalisiyası"nda iştirak etməyəcəyini açıqlayıb. Və bu, Avropanın Ukrayna müharibəsi ilə bağlı strategiyası ətrafında ciddi ziddiyyətlərin hələ də mövcud olduğunu göstərir.

Ancaq digər tərəfdən, Macarıstandan gələn bəyanat tamamilə fərqli siyasi mesaj təsiri bağışlayır. Belə ki, keçmiş baş nazir Viktor Orban dönəmində Ukraynaya dəstək paketlərini bloklayan Macarıstan indi NATO və Avropa Birliyindəki müttəfiqlərlə etimadı bərpa etmək üçün Rusiya ilə münasibətlərə yenidən baxacağını bəyan edib. Rəsmi Budapeştin "Rusiya üçün qapını bağlayırıq" açıqlaması uzun illər Kremllə yaxın münasibətləri ilə seçilən Macarıstanın siyasətində mümkün dönüşün anonsu kimi qiymətləndirilir. Və əgər, bu kurs davamlı xarakter alarsa, onda, Rusiya Avropa Birliyi daxilində daha bir önəmli tərəfdaşını itirmiş olacaq.

Bütün bunlara paralel olaraq, Rusiya isə hazırda siyasi-diplomatik müstəvidə əsas diqqətini məhz Türkiyəyə yönəltmiş kimi görünür. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kreml rəsmi Ankaranın Qara dənizdə Türkiyə gəmilərinə qarşı Ukraynanın hücumlarına sərt siyasi qiymət verəcəyinə ümid edir. Bu açıqlama Kreml üçün Türkiyənin həm NATO üzvü, həm də Rusiya ilə siyasi dialoqu qoruyan nadir dövlətlərdən biri kimi, xüsusi önəm daşıdığını göstərir. Çünki Kreml hesab edir ki, Türkiyə regiondakı hərbi-siyasi balansın qorunmasında həlledici təsir imkanlarına malikdir. Və eyni zamanda, Rusiya bu mövqeyi ilə Türkiyənin Ukrayna ilə münasibətlərinin korlanmasında maraqlı olduğunu da biruzə verir.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin isə kollektiv Qərbə və Ukraynaya yönəlik ən sərt mesajlarla diqqəti çəkib. O, bildirib ki, Rusiyaya endirilən bütün hərbi zərbələrə "güzgü prinsipi" ilə reaksiya veriləcək, ancaq cavab bir neçə dəfə daha güclü olacaq. Rusiya liderinin fikrincə, qarşı tərəf – kollektiv Qərb və Ukrayna artıq bu cavabların ağırlığını hiss edir, gələcəkdə isə onların miqyası daha da genişlənəcək. Və Rusiya prezidentinin bu mesajı Kremlin yaxın perspektivdə hərbi eskalasiyanı davam etdirmək niyyətindən hələlik geri çəkilmədiyini də göstərir.

Göründüyü kimi, Ukrayna müharibəsi artıq yalnız iki dövlət arasında davam edən silahlı münaqişə deyil. Çünki dünyanın avanqard güc mərkəzləri bu hərbi qarşıdurma üzərindən öz geopolitik maraqlarını formalaşdırır. Yəni, qlobal məkanda yeni ittifaqlar yaranır, köhnə hərbi-siyasi balanslar tədricən dəyişir və iqtisadi alətlər isə gələcəyə yönəlik hərbi strategiyaların ayrılmaz tərkib hissəsinə çevrilir.

Belə anlaşılır ki, kollektiv Qərb Ukraynanı uzunmüddətli perspektivdə Rusiyaya qarşı dayanıqlı yeni hərbi gücə çevirməyə çalışır. Rusiya isə bunun qarşılığında həm hərbi imkanlarını genişləndirməyə, həm də siyasi-diplomatik dəstək dairəsini qorumağa çalışır. Bütün bunlara paralel olaraq, yaxın aylarda beynəlxalq münasibətlər sisteminin daha mürəkkəb və daha gərgin mərhələyə daxil ola biləcəyi də qətiyyən istisna deyil. Çünki Ukrayna savaşı artıq yalnız regional təhlükəsizliyə deyil, Avropa, Yaxın Şərq və Asiyanın geopolitik gələcəyinə də birbaşa təsir göstərən geostrateji faktora çevrilməkdə davam edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:09
Bakıda evlərin qiyməti ilə bağlı son durum – Vəziyyət dəyişə bilər
Bu gün, 14:03
"Akvaparkda uşağın ölümü ilə bağlı araşdırma aparılır" - Emin Ağalarovdan açıqlama (FOTO)
Bu gün, 13:59
“Ermənistanı hələ də müttəfiq hesab edirik” - KTMT Baş katibi
Bu gün, 13:51
Alim Qasımov 70 yaşın bir addımlığında: - “Ölməsəm qalsam nəsə edəcəklər, geriyə baxan yaşım çoxdan keçib”
Bu gün, 13:43
Politoloqdan İran səfirinə sərt CAVAB
Bu gün, 13:41
Putin vacib açıqlamalar verəcək - Müharibə dayanır?
Bu gün, 13:37
TRIPP layihəsinə İran təhdidləri və: - Tehran ən pis nəticə ilə üzləşəcək...
Bu gün, 13:31
Azərbaycanda 7 ay ərzində internetə 383 milyon manat xərclənib
Bu gün, 13:29
Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir - ABŞ Dövlət Departamenti
Bu gün, 13:24
Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov... - İLGİNC İDDİALAR
Bu gün, 13:09
Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL
Bu gün, 12:55
Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
Bu gün, 12:51
“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI
Bu gün, 12:50
Lənkəranda “YAZAR” Ədəbi Məclisi yaradıldı - FOTO
Bu gün, 12:39
Laçında benzin satınalması: Niyə məhz bir mənbə metodu seçilib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:28
Xaçmazda DƏHŞƏT: Bir gündə iki ata oğlunu BIÇAQLADI - TƏFƏRRÜAT
Bu gün, 12:24
Qobustanda 376 min manatlıq “sirli” müqavilə... - Rəsmi dərcdən aylar öncə başlayan xidmət...
Bu gün, 12:19
Bakı şəhəri bu gün bir daha yuyuldu - FOTO
Bu gün, 12:09
“Şah İsmayıl Xətai ilə bağlı filmimi onlar dayandırdı, Fazil Mustafaya etiraz etdim, gülümsəyib dedi ki..” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:44
Paşinyan iki mühüm fiquru niyə dəyişdi? – “Görüşlərim və təlimatlarım olacaq...”
Bu gün, 11:35
"Qarabağ" "Tvente" ilə macərası nə ilə bitəcək? - ARAŞDIRMA
Bu gün, 11:31
Zubir “Qarabağ”dan getdi: - yeni klubu…
Bu gün, 11:20
Gürcüstanın Baş naziri Samtsxe-Cavaxetiyaya yeni qubernator təyin etdi
Bu gün, 11:11
Kompleks Qazma İşləri Trestində NÖVBƏTİ ÖZBAŞINALIQ - İşçilərə VAXT QOYULDU...
Bu gün, 10:52
"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..." - Cavid Qurbanova SUALLAR VAR...
Bu gün, 10:42
“Zəlzələ öldürmür, kağız binalar öldürür!” - Seysmoloq Ənvər Əliyev
Bu gün, 10:26
Şah İsmayıl Xətai “fırtınası” və ya deputatın tarixi yenidən yazmaq cəhdi - AXI NİYƏ?
Bu gün, 10:20
“Sabah” UEFA seçmələrində 181 klub arasında 17-ci olub - SİYAHI
Bu gün, 10:17
İrəvan Rusiya ermənilərinin Ermənistan vətəndaşlığı alması qaydasına yenidən baxmağa hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 10:01
"Azər müəllim, mən sizə neyləmişdim?" - imtahandan "kəsilən" xadimə "AzəriQaz" şefindən soruşur...
Bu gün, 08:51
Kərki BU TARİXDƏ Naxçıvana qaytarılır – İLGİNC gəlişmə
Bu gün, 08:24
Moskva müqavilənin şərtlərinə əməl etmir - Magyar
Bu gün, 08:22
Payızda bu məhsullar bahalaşa bilər - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:18
Hərbçimiz hospitalda vəfat etdi - Şəhidin qardaşıdır
Bu gün, 08:16
NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır - KİV
Bu gün, 08:00
"Fortuna SL Project" MMC-nin vergi borcu 1 milyonu keçdi - FOTO
Bu gün, 07:58
Abituriyentlərə seçim təzyiqi: Valideynlər diqqətli olsunlar, yoxsa... - AKTUAL
Bu gün, 07:56
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Bu gün, 07:54
Elman Paşayevin oğlunun da ittiham olunduğu cinayət işinin yeni təfərrüatları məlum olub - 8 nəfər təqsirləndirilir
Bu gün, 07:52
Rusiyanın cənubunu bloklamışıq - Zelenski
Bu gün, 07:50
Azərbaycanda benzin və dizel bahalaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
"Tramp administrasiyası ən çox bizdəki tranzit işindən narazıdır" - ŞƏRH
Bu gün, 07:45
Japarov öz varisini vaxtında xəbərdar etmişdi - "...özüm isə istirahətə çəkiləcəkdim"
Bu gün, 07:35
63 yaşlı soydaşımızın kədərli hekayəsi... - REPLİKA
Bu gün, 07:32
Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? - ETİRAZ
Bu gün, 07:23
İstirahət mərkəzi yox, xəstəlik mənbəyi imiş! - GİLEY
Bu gün, 07:17
"Kino əvvəlcə ideyanı vizuallaşdırır və.."
Bu gün, 07:08
Suraxanı bazarında TƏZƏ NIRX... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:52
Əsas problem 15 avqustda deyil, 15 sentyabrdan sonra başlayacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru