BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                 

BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Tarix: Bu gün, 18:06 | Çap et

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb.

Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illik ödəniş 2100 manat artıb.

Qeyd edək ki, sözügedən ixtisas üzrə təhsil müddəti 3 ildir. Əvvəlki tariflərlə tələbələr üç il ərzində ümumilikdə 16500 manat ödəyirdilər. Yeni qiymətlərə əsasən isə bu məbləğ 22800 manat təşkil edəcək. Başqa sözlə, təhsil müddəti ərzində ümumi ödənişdə fərq 6300 manat olacaq...

Təhsil eksperti: “Universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır

Bu barədə təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, Bakı Dövlət Universitetinin təkrar ali təhsil üzrə hüquq fakültəsində təhsil haqqını birdən-birə 5500 manatdan 7600 manata qaldırması sadəcə iqtisadi bir tənzimləmə deyil, təhsilimizin fəlsəfəsinə və əlçatanlığına vurulan növbəti ağır zərbədir: “Bir ildə qiymətin 2100 manat, yəni təxminən 40 faizə yaxın süni şəkildə artırılmasının arxasında hansı real xərc amilinin dayandığını heç bir məntiqi və elmi arqumentlə izah etmək mümkün deyil. Universitet rəhbərliyi yəqin ki, bu artımı bazar iqtisadiyyatı, tələb-təklif qanunauyğunluğu və ya hüquq ixtisasına olan həddindən artıq böyük maraqla əsaslandırmağa çalışacaq, lakin unudurlar ki, universitetlər lüks avtomobillər və ya daşınmaz əmlak satan kommersiya holdinqləri deyil, dövlətin elmi potensialını formalaşdıran elm ocaqlarıdır”.

Ekspert qeyd edib ki, əgər biz tələbəyə gələcəyin ziyalısı, dövlətin kadr potensialı kimi yox, sadəcə universitet büdcəsini dolduran bir “müştəri” kimi baxmağa davam edəcəyiksə, onda təhsilin keyfiyyətindən və milli inkişafdan danışmağımıza dəyməz: “Ölkədə ikinci ali təhsil almaq istəyən şəxslər onsuz da həyatda müəyyən yer tutmuş, öz sahəsini dəyişmək və ya hüquqi biliklərə yiyələnərək dövlətə xidmət etmək istəyən vuruşan, çalışan gənclər və vətəndaşlardır. Biz isə onların önünə elə bir fantastik rəqəm qoyuruq ki, orta statistik azərbaycanlı ailəsi gərək bir il ərzində yeməsin, içməsin, yaşamasın və bütün qazancını gətirib universitetin kassasına ödəsin”.

Ə. Həsənlinin sözlərinə görə, məsələnin digər və ən ağrılı tərəfi həm də bu qiymətin təyin olunmasının verilən təhsilin keyfiyyəti ilə nə dərəcədə üst-üstə düşməsidir: “Gəlin tam dürüst olaq, bir illik təhsil haqqı 7600 manat olan bir fakültə tələbəyə hansı beynəlxalq standartları, unikal imkanları vəd edir? Bu gün dünyada hamının həsəd apardığı aparıcı universitetlərdə belə qiymətlər tənzimlənərkən tələbənin gələcək qazanc potensialı, elmi laboratoriyaların səviyyəsi və auditoriya şəraiti nəzərə alınır. BDU-da qiymət 2100 manat artırılarkən mühazirələr birbaşa kosmosdan yayımlanmağa başlayacaq, yoxsa tələbələrə qızıldan partalar veriləcək? Əlbəttə ki, yox. Tədris proqramı eyni, metodika eyni, binanın şəraiti eynidir”.

“Bu təhsil haqqını ödəyib məzun olan gənc sabah hansı maaşla, neçə ilə universitetə tökdüyü bu sərmayəni geri qaytaracaq? Biz təhsili belə fantastik qiymətlərlə əlçatmaz etməklə savadlı gənclərin intellektual xəyallarını baltalayırıq və diplomu sadəcə varlı təbəqənin ala biləcəyi bir lüks əşyaya çeviririk. Əgər rəqəmlər kosmosa uçursa, amma dərsliklərin keyfiyyəti, praktiki imkanlar və təhsilin idarə olunması hələ də yerində sayırsa, deməli burada məqsəd təhsil keyfiyyətini qaldırmaq yox, sadəcə vətəndaşın cibinə girməkdir. Biz hər zaman vurğulayırıq ki, dövlətin və millətin gələcəyi elmin əlçatanlığından asılıdır, universitetləri gəlir mənbəyinə çevirmək isə təhsilimizin reallığı ilə tamamilə ziddiyyət təşkil edir və bu süni artım dərhal yenidən nəzərdən keçirilməlidir”, - deyə ekspert əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Dövlət Universitetinə ünvanladığımız sorğu cavabsız qalıb.

“AzPolitika.info”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Bu gün, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Bu gün, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Bu gün, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Bu gün, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Bu gün, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Bu gün, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Bu gün, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Bu gün, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Bu gün, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Bu gün, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Bu gün, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bu gün, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Bu gün, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Bu gün, 16:41
Qan ver, həyat xilas et!
Bu gün, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Bu gün, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Bu gün, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Bu gün, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Bu gün, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Bu gün, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Bu gün, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Bu gün, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Bu gün, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Bu gün, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Bu gün, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Bu gün, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru