Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                     Ruslan Quliyev vəfat etdi .....                     “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” .....                     Paşinyan seçkini qazandı: .....                     “Gold Alko” batır? .....                     MDB-dən Ermənistandakı seçkilərə .....                     İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir .....                     Dostları Aysuna .....                     Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını .....                     Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? .....                     İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır .....                     Hansı partiya neçə mandat qazandı? .....                     231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI .....                     ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” .....                     Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” .....                     ADNSU-dan "AZI" məsələsinə reaksiya: .....                     Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək .....                     Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... .....                     "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." .....                     Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: .....                     Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin .....                     Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya .....                     Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib .....                     Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? .....                     "Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir .....                     İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... .....                     Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... .....                     Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi .....                     Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı .....                     Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı .....                     “Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...” .....                 

Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Tarix: Bu gün, 13:02 | Çap et

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir.

Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə keçirilən parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36 deputat yeri qazanmışdı. “Ermənistan” bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu “Mənim şərəfim” bloku 7 yer qazanmışdı.

Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır: Hakim "Vətəndaş Müqaviləsi" Partyası - 61 mandat; Samvel Karapertyanın lideri olduğu “Güclü Ermənistan” bloku - 28 mandat; Robert Köçəryanaın lideri olduğu “Ermənistan” bloku - 11 mandat; iş adamı Qaqik Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan” Partiyası isə - 5 mandat. Ümumilikdə müxalifət 44 yer qazanıb.
Beləliklə, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından xeyli uzaqdır.

Ən mühüm məqam isə budur ki, Paşinyan konstitusion çoxluq əldə edə bilməyib. Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.
Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir.

Seçkilərin ən diqqətçəkən tərəfi erməni cəmiyyətinin növbəti dəfə revanşist qüvvələrə tam etimad göstərməməsi oldu. Ermənistan seçicisi yenidən müharibə ritorikasını deyil, sülh və sabitlik vədlərini üstün tutdu. Ancaq burada vacib bir məqam var: Paşinyana verilən səs onun siyasətinə sonsuz etimad deyil, alternativlərin zəifliyinin nəticəsidir.

Çünki Ermənistan cəmiyyəti yaxşı anlayır ki, ölkə iqtisadi, siyasi və təhlükəsizlik baxımından dərin böhran içərisindədir. Regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda İrəvanın əvvəlki siyasətlə davam etməsi mümkün deyil. Məhz buna görə seçici Paşinyanı seçdi. Lakin bu, ona ağ vərəq vermək anlamına gəlmir.
Paşinyanın qarşısında duran əsas məsələ hökumət qurmaq deyil. O bunu artıq edib. Əsas məsələ Azərbaycanla yekun sülh sazişinə nail olmaqdır.

Burada isə Ermənistan hakimiyyətinin indiyədək yerinə yetirmədiyi öhdəliklər ortaya çıxır.
Bu günə qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. İrəvan müxtəlif bəyanatlar versə də, hüquqi müstəvidə heç bir ciddi dəyişiklik etməyib. Konstitusiya islahatı ilə bağlı konkret mexanizm və ya tarix yoxdur.

Eyni vəziyyət Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması məsələsində də müşahidə olunur. İllərdir bu mövzu gündəmdə olsa da, ortada nə yekun razılaşdırılmış layihə, nə hüquqi mexanizm, nə də icra planı var. Yəni Ermənistanın sülh gündəliyi daha çox bəyanatlar üzərində qurulub, praktik addımlar isə son dərəcə məhduddur.
Məhz buna görə Paşinyanın sülhə nə qədər sadiq olduğunu seçkilərdəki qələbəsi deyil, seçkilərdən sonrakı addımları göstərəcək.

Digər tərəfdən, seçkilərin nəticələri Moskva üçün də müəyyən imkanlar yaradıb. Kremlin əsas məqsədi regionda təsir imkanlarını qorumaqdır. Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə Rusiyanın Cənubi Qafqazdakı ən mühüm təsir alətlərindən birinin zəifləməsi deməkdir.

Bu səbəbdən Moskva seçkidə qalib gəlməsə də, tam da məğlub olmayıb. Əksinə, parlamentdə təmsil olunan müxalif qüvvələr vasitəsilə sülh prosesinə təsir göstərmək imkanlarını saxlayıb. Xüsusilə Robert Köçəryan və Samvel Karapetyan ətrafında formalaşan siyasi düşərgələr gələcəkdə Paşinyanın hər addımını daxildən təzyiq altında saxlamağa çalışacaqlar.
Seçkilərin ən vacib nəticələrindən biri də budur ki, Paşinyan artıq əvvəlki kimi siyasi monopoliyaya malik deyil. O, hökuməti formalaşdıra bilər, lakin Ermənistanın gələcəyini müəyyən edəcək strateji qərarları qəbul etmək üçün ciddi müqavimətlə üzləşəcək.
Əgər Paşinyan Konstitusiyanın dəyişdirilməsi, Azərbaycanla sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real addımlar atarsa, həm parlamentdə, həm küçədə, həm də xarici təsir mərkəzləri tərəfindən ciddi təzyiqlərlə üzləşəcək.
Əgər bu addımları atmazsa, onda Ermənistan yenidən geosiyasi qeyri-müəyyənlik, iqtisadi durğunluq və təhlükəsizlik riskləri içərisində qalacaq.

Başqa sözlə, Paşinyan seçkini qazanıb, amma əsas döyüşü hələ başlamayıb.
Bu gün Ermənistan parlamentində rəqəmlər sadəcə mandat bölgüsü deyil, həm də geosiyasi qüvvələr nisbətidir.

Bu seçkinin əsas nəticəsi hakimiyyət dəyişikliyi deyil. Əsas nəticə ondan ibarətdir ki, Ermənistan cəmiyyəti Paşinyana sonuncu böyük siyasi şansı verib. Bu şansın məqsədi hakimiyyəti qorumaq deyil, ölkəni regional təcriddən çıxarmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq və yeni geosiyasi reallığa uyğunlaşdırmaqdır.
Əgər Paşinyan bu mandatdan istifadə edə bilməsə, növbəti seçkilərdə onun qarşısında təkcə Köçəryan və ya digər müxalif qüvvələr deyil, nəticə görmək istəyən və artıq gözləməkdən yorulan Ermənistan cəmiyyəti dayanacaq. Bu baxımdan 2026-cı il seçkiləri Paşinyanın qələbəsi kimi yox, onun siyasi taleyini müəyyən edəcək son mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Amma onu da unutmaq lazım deyil ki, Paşinyan verdiyi vədin üzərində duracaq, ya yox? Moskva ilə hər hansı bir anlaşma içərisindədirmi? Pərdəarxası hər hansı bir oyunu varmı? Bunu zaman göstərəcək. Çünki Ermənistan bu gün rusiyadan iqtisadi, təhlükəsizlik baxımdan hələ də Rusiyadan çox asılı vəziyyətdədir. Ermənistan sərhədlərini rus sərhədçiləri qoruyur, ölkədə rus hərbi bazası mövcuddur. Enerji sektoru, dəmiryolu və digər strateji iqtisadi sektor Moskvanın nəzarətindədir.

Təbii ki, Bakı və Ankara üçün bu seçki bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara bölgədə dayanqılı sülh və əməkdaşılıq üçün ilkin real addımlar atsa da, ehtiyatı əldən vermir. Çünki hələ də İrəvanın verdiyi bəyanatları yekun sülh üçün yetərli saymır. Yekun sülüh üçünsə şərtlər bəllidir. İndi top irəvanın meydanındadır. Bakı cavab reaksiyanı gözləyəcək. İrəvan sülhdə maraqlıdırsa, o zaman real addımlar atmalıdır.
Bakı isə istənilən varianta hazırdır.

Mürtəza Bünyadlı - olke.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Bu gün, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Bu gün, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Bu gün, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Bu gün, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 13:18
Ruslan Quliyev vəfat etdi
Bu gün, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Bu gün, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Bu gün, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Bu gün, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Bu gün, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Bu gün, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Bu gün, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Bu gün, 12:35
İran İsraillə son eskalasiyaya görə ABŞ-ı günahlandırır
Bu gün, 12:25
Hansı partiya neçə mandat qazandı? – YEKUN SİYAHI
Bu gün, 12:20
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI - "Məlum oldu ki..."
Bu gün, 12:14
““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil” - Natiq Cəfərli
Bu gün, 12:11
Azərbaycanlılar üçün Türkiyə otelləri “bağlandı” -VİDEO
Bu gün, 12:08
ADNSU-dan "AZI" məsələsinə reaksiya: - universitetin adı dəyişdirilib?
Bu gün, 12:02
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
Bu gün, 11:59
Onunla bağlı qərar veriləcək: Rövnəq Abdullayevin kadrı imiş deyə... - İLGİNC İDDİA
Bu gün, 11:58
"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..." - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 11:51
Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: - 50 min manatlıq cərimə GƏLİR
Bu gün, 11:43
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Bu gün, 11:41
Rusiya XİN-dən Paşinyanın seçilməsinə qəribə reaksiya - “Hraparak”
Bu gün, 11:24
Tehran aeroportlarında bütün uçuşlar ləğv edilib
Bu gün, 11:21
Beynəlxalq yükdaşımada məsuliyyət necə müəyyən edilir? - Ali Məhkəmədən açıqlama
Bu gün, 11:20
"Həkim mənə vəziyyətimin ağır olduğunu bildirdi..." - MÜRACİƏT
Bu gün, 11:19
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 11:13
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir - Paşinyan
Bu gün, 10:58
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR... - NARAZILIQ VAR...
Bu gün, 10:55
Paşinyan TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK... - ÇÜNKİ...
Bu gün, 10:49
Probasiya şöbəsinin keçmiş rəisi kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:31
Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:29
Ukraynanda vəzifəli şəxsi öldürərək 10 il sonra həbs edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:27
“Atam Hollivudda çəkilməyə hazırlaşırdı, faciə baş verdi, səhnədə yıxıldı və...”
Bu gün, 10:25
Bəraət almış qızıl alverçinin işi ilə bağlı Ali Məhkəməyə müraciət edildi
Bu gün, 10:20
Paşinyan təkbaşına hökumət qura biləcək? - ŞƏRTLƏR
Bu gün, 10:15
Köçəryan, Karapetyan, Tsarukyan: Paşinyan onları həbs etdirəcək - GƏLİŞMƏ
Bu gün, 10:11
Tokayev və Kobaxidze Paşinyanı təbrik edib
Bu gün, 10:08
Ermənistanda səslərin hamısı hesablandı, Paşinyanın partiyası qalib gəldi - 49,81% səslə...
Bu gün, 10:04
Süni intellekt Yer kürəsində ən böyük resurs istehlakçılarından birinə çevrilir -Fəlakətin miqyası tükürpədicidir
Bu gün, 09:59
Ermənistan Rusiyasız mövcud ola bilməz - Ayvazyan
Bu gün, 09:56
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO
Bu gün, 09:52
İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: - Bu obyektlər VURULDU
Bu gün, 09:50
Ermənistanda seçkilər: - son məlumatlar
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru