“Səhər saatlarından Rusiya Xarici İşlər Nazirliyində gərgin gözləmə atmosferi hökm sürür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, Rusiya diqqətlə Ermənistan müxalifətinin açıqlamalarını izləyir:
“Müxalifətin seçkinin nəticəsini qəbul edəcəyi, yoxsa etiraz bildirəcəyi məlum deyil. Bu səbəbdən Rusiya XİN gözləmə mövqeyindədir. Çünki müxalifətin seçkinin nəticəsini tanıyacağı təqdirdə, Moskvanın etiraz bildirməsi məntiqsiz olacaq.
Bu səbəbdən Rusiya XİN hələlik Ermənistana təbrik mesajı və ya hər hansı reaksiya bildirməkdən çəkinir”.
Qeyd edək ki, seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 49% səs çoxluğu ilə qalib gəlib.








