“Parolapay” MMC nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, nizamnamə kapitalının 300 000 ABŞ dolları məbləğindən 86 000 ABŞ dolları məbləğinə azaldılması barədə qərar qəbul edilmişdir. Belə ki, şirkətin kapitalı 214 000 ABŞ dolları məbləğində azaldılır.
Cəmiyyətin kreditorları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu elan dərc edildiyi tarixdən etibarən 1 ay müddətində öz tələblərini aşağıdakı ünvana təqdim edə bilərlər: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev.60
Məlumata görə, şirkətin qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı Mehmet Gülerdir.








