"Şikayətim Jetex.az şirkəti ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə ehsabında Aytən Məmməd adlı istifadəçi gileylənir.
Narazı vətəndaş dah asonra başına gələnləri belə nəql edir: "Bağlamamın artıq 1 aya yaxındır ki mənə təhvil verilməyib. Dəfələrlə zəng etməyimə və mesaj yazmağıma baxmayaraq cavab ala bilmirəm. Müştəri olaraq məlumat almaq və problemimin həll olunmasını istəyirəm, lakin şirkətlə əlaqə qurmaq mümkün deyil.
Jetex-in öz saytında da çatdırılma müddətinin xarici anbara daxil olduqdan sonra 5 iş günü olduğu qeyd edilir ..
Xahiş edirəm məsul şəxslər və aidiyyəti qurumlar bu məsələyə diqqət yetirsinlər.
Türkiyədən gəlib çatan baglamam, Bakıdan Bakıya gəlib çıxmır..."








